Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib
Siyasət
Oxunub: 368
30 Nis 2021 | 11:26
Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçirilib.Dinləmədə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin 6 komitəsinin sədrləri, müavinləri və deputatlar, əlaqədar nazirliklərin və qurumların təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkəmizdə sosial islahatların uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidentinin30-a yaxın Fərman və Sərəncamını əhatə edən 2 islahatlar zərfi sayəsində ölkəmizdə minimum əmək haqqı 116 faiz, minimum pensiya 82 faiz, orta aylıq pensiya 60 faiz, yaşa görə orta aylıq pensiya 54 faiz artıb.
Dinləmə iştirakçılarının nəzərinə çatdırılıb ki, postmüharibə dövründə 20 mindən çox şəxs sosial dəstəklə əhatə olunub. Onlardan 2 min 859 şəhidin ailə üzvlərindən7 min 303 nəfərə sosial ödənişlər edilib;9 min şəxsə sosial psixoloji dəstək, 500-dən çox qaziyə reabilitasiya xidməti göstərilib;510 müharibə əlili 2 min 370 reabilitasiya vasitəsi ilə təmin edilib;5 min 300 nəfər şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub.
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qanunvericiliklə tənzimləndiyinideyən Musa Quliyevəlilliyin ekspertizasının düzgün aparılmasını vacib şərt kimi önə çəkib. Son 3 ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edildiyini bildirib. Qeyd edib ki, aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib.
Günün reallıqlarından çıxış edən komitə sədri qanunvercilikdə müvafiq dəyişikliklərin olunması, yeni əlillik meyarlarının qəbul edilməsi vacibliyindən də bəhs edib.
Dinləmədə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevəlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibliyindən danışıb. Əsassız əlilik təyinatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib. 2021-ci ilin I rübünün nəticələrinə istinadən bildirib ki, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də, qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır.
Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərininqiymətləndirilməsisahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.
Dinləmədə “əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verən Sahil Babayev bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.
Sonra tədbirdə I vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov və Məşhur Məmmədov əlilliyin ekspertizası və reabilitasiyası sahəsində mövcud durum, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi barədə rəy və təkliflərini bildiriblər.
Dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Diskussiyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Nigar Bayramova,Səhiyyə nazirinin müavini Rahim Əliyev, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sədri Azad Abdullayev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Bayramov mövzu ətrafında fikirlərini bildiriblər.
Dinləmənin yekununda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müzakirə olunan mövzu ilə bağlı komitənin təkliflərini diqqətə çatdırıb.
14-04-2021, 10:33
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
4-02-2021, 11:27
MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
24-01-2019, 12:53
Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
5-11-2018, 15:07
Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
Dün, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
Dün, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
Dün, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
Dün, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
Dün, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu