Lukaşenko: “İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır”
Siyasət
Oxunub: 317
15 Nis 2021 | 10:56
Lukaşenko: “İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır” “Mənim mövqeyimi bütün dünya bilir, Azərbaycan və erməni xalqları da bilirlər. Mən həmişə həyatı əsas götürmüşəm. İlham Heydər oğlu həmişə şahid olub, hələ onun atası Heydər Əliyev ilə görüşlərdə bu barədə söhbət düşəndə mən həmişə sual edirdim: deyin, Qarabağdakı insanlar son hadisələrə, bu hərbi əməliyyatlara qədər daim zülm altında yaşadıqlarına görə xoşbəxtdirlərmi? Orada onlara yaxşıdırmı? Bir də ki, orada sovet dövründə olanların ondabir hissəsi, bəlkə də daha az hissəsi qalıb. Dözülməz həyatdır. Deməli, bu problemi necəsə həll etmək lazımdır. Mən həmişə açıq danışmışam, bəzən tənqid atəşinə məruz qalmışam, amma bu problemi necə həll etməyin lazım olması barədə öz mövqeyimi bildirmişəm. İlham Heydər oğlu tam səmimi və açıq şəkildə dedi ki, biz problemi sülh yolu ilə həll etmək istəyirdik”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Belarus Prezidenti bütün bunların şahidi və tərəfdarı olduğunu vurğulayıb: “Bu gün isə mən həqiqətən həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını onların tarixində bu kədərli, ən azı kədərli dövrün başa çatması münasibətilə təbrik etmək istəyirəm. Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Mən əminəm ki, dostum və qardaşım erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam”.
“Yəni, mən həmin suala cavab vermişəm, mən hər iki xalqı təbrik etmişəm. Bu problemin həllində onun çox böyük rolunu qeyd etmək istəyirəm. Dünən İlham Heydər oğlu ilə söhbətdə dediyimiz kimi, indi onun necə hisslər keçirdiyini düz duymuşam. Düşünmək olardı ki, bəli, qələbə qazanılıb, məsələ həll edilib, vəssalam. Amma ertəsi gün yuxudan oyandım və fikirləşdim ki, bu, yalnız ilk addımdır. Sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər, hər halda Livandan kiçik olmayan bu ərazilərdə hələ nə qədər iş görülməlidir! Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. Çox istərdim ki, bu, sülh epopeyası olsun”, deyə Aleksandr Lukaşenko bildirib.
10-05-2020, 12:05
Mehriban Əliyeva: Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq
28-10-2020, 16:59
Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj
21-06-2020, 12:49
Çavuşoğlu: Türkiyə Qarabağ məsələsində həmişə qardaş Azərbaycanın yanında olacaq
18-11-2020, 11:08
“Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub ” - Putin
8-12-2018, 14:27
Lukaşenko Paşinyanı itələdi - VİDEO
23-11-2018, 13:06
İlham Əliyev: Biz azərbaycanlılar həmişə sizin yanınızda olmuşuq
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı