Cıdır düzündə alovlanan tonqalla Azərbaycan xalqının 30 illik duası gerçəkləşdi - Tamam Cəfərova
Siyasət
Oxunub: 346
24 Mrt 2021 | 12:46
Cıdır düzündə alovlanan tonqalla Azərbaycan xalqının 30 illik duası gerçəkləşdi - Tamam Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Novruz bayramını tarixi mədəniyyət beşiyimiz olan Şuşa şəhərində, Cıdır düzündə qeyd etməsi hər bir azərbaycanlının qəlbində sonsuz bir sevincə səbəb oldu. Cıdır düzündə alovlanan tonqal ilə Azərbaycan xalqının 30 ildir dilində olan duanın gerçəkləşdiyinin şahidi olduq. Bir vaxtlar hər birimizin dilində olan duamız, əlçatmaz arzumuz gerçək oldu. Ölkə başçımızın sözləri ilə desək, “ Allah Azərbaycan xalqının dualarını eşitdi”.
Bunu Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşa çəhərində Cıdır düzündə Novruz bayramını qeyd etməsi, oradan Azərbaycan xalqına müraciət etməsi mühüm tarixi hadisədir. Cənab Prezidentin növbəti dəfə Novruz bayramında Şuşa şəhərinə səfəri mənəvi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə bu səfər, Azərbaycan xalqının 30 illik həsrətinin sonu, arzularımızın gerçəkləşdiyinin əyani sübutu idi. Cənab Prezidentin Cıdır düzündən xalqa müraciət etməsi ilə, hər bir azərbaycanlının bayram əhval-ruhiyyəsi daha da yüksəldi.Və bununla da biz bütün dünyaya göstərmiş olduq ki, biz öz torpaqlarımızı nəyin bahasına olur olsun, qaytarmalı idik və bunu etdik.
T.Cəfərova açıqlamasında bildirib ki, ölkə başçısı xalqa müraciətində bir çox mühüm məqamlara diqqət çəkmişdir. Prezidentin çıxışındakı ən önəmli məqamlardan biri erməni vandalizmi və onların törətdikləri vəhşiliklərin nəticələri idi.30 illik erməni işğalı nəticəsində bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edilmişdir. Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb. Bütün bunlara baxmayaraq, Şuşa şəhəri öz ruhunu qoruya bilib. Düşmən Şuşanı özününküləşdirməyə çalışsa da, mənfur niyyətinə çata bilməyib. Şuşa öz ləyaqətini mühafizə edə bilib.
Deputat vurğulayıb ki, əlbəttə Şuşanın bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu özünə xas olan zövqlə, öz vəsaiti hesabına icra edəcək. Bununla yanaşı, Şuşa öz qonaqlarını yeni və müasir komplekslərdə qəbul edəcək. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. İşğal dövründə bəzi otellərdən çox primitiv qaydada kiçik otel kimi istifadə ediblər. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır. Bütün bunlarla yanaşı, Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Sonda millət vəkili bildirib ki, Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Düşmən məkrli siyasətindən əl çəkməsə də, Azərbaycan düşməni yerinə otuzdura biləcək gücün, qüvvənin sahibidir. Bu baxımdan, II Qarabağ müharibəsi bütün revanşistlərə dərs olmalıdır. Cənab Prezidentin dediyi kimi, bu gün hər birimiz böyük qürur hissi ilə deyirik: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”
19-03-2021, 13:56
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
11-01-2021, 11:36
Firuzə İbadova Şuşada Vaqif Poeziya Günlərindən danışdı: 1982-ci ildə ilk konsert proqramını açdım...
7-01-2021, 10:32
Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinin təbliği ilə bağlı təşəbbüsü bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir - Xorvatiyanın sabiq prezidenti
3-12-2020, 15:30
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
18-11-2020, 10:14
Xalq öz Ali Baş Komandanı ilə qürur duyur
8-05-2020, 21:12
Şuşalı qızın çıxışı Milli Məclisdəkiləri kədərə bürüdü
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu