KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2021-ci İLİN BÜDCƏSİ MÜZAKİRƏ OLUNUB
Siyasət
Oxunub: 327
24 Ara 2020 | 09:54
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2021-ci İLİN BÜDCƏSİ MÜZAKİRƏ OLUNUB Dünən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Regional məsələlər komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraqbildirib ki, 2020-ci il Azərbaycan Respublikasının şanlı dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə ili kimi həkk olunub.Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə yeni dövrə qədəm qoyub. Bu yeni mərhələdə dövlət orqanları qarşısında işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi mühüm çağırışlar formalaşıb.
Qeyd edilib ki, bu il, eyni zamanda, bütün dünyanı əhatə etmiş pandemiya ilə mübarizə ili kimi də yadda qalacaq. Azərbaycanda koronovirusun müalicə ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkəmiz Dünya Səhiyyə Təşkilatınavə 30-dan artıq dövlətə 10 milyon dollar həcmində yardım göstərib. Azərbaycan Prezidentinin Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının keçirilməsi ilə bağlı xüsusi təşəbbüsü oldu və oktyabr ayında bu sessiya baş tutdu. Cənab Prezident bu tədbirdə həm Qoşulmama Hərəkatının üzvü olan 120 dövlətin adından, həm də Azərbaycan Prezidenti kimi çıxış etdi. Sessiyada pandemiya ilə mübarizənin yolları barədə geniş fikir mübadiləsi aparıldı. Cənab Prezident həmin tədbirdə Azərbaycanın verdiyi töhfələrdən bəhs edib və xüsusi vurğulayıb ki, pandemiyadan əziyyət çəkən ölkələrə vaksinlərin verilməsi bərabər şəraitdə aparılmalıdır.Bu sessiya bir daha göstərdi ki,beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu getdikcə artmaqdadır.
Sonra Ziyafət Əsgərov 2021-ci ilin dövlət büdcəsinin ümumi parametrləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu 2020-ci ilin proqnozu ilə müqayisədə 1,3 milyard manat və yaxud 5,4 faiz çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard manat və ya 3,8 faiz çoxdur.
Qeyd olunub ki,2021-ci il dövlət büdcəsinin əsas prioritetləri işğaldan azad olunmuş ərazilərin bərpası, ölkənin müdafiə potensialının gücləndirilməsinin davam etdirilməsi və pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləridir. Növbəti ilin dövlət büdcəsinin ümumi xərclərinin 63,1 faizi cari xərclərə,29,2 faizi əsaslı xərclərə, 7,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 4 milyard 586 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilə nisbətən 781,5 milyon manat çoxdur.
Xərclərin əsas istiqamətləri müəyyən edilərkən ən ümdə prioritet kimi qəbul edilən və 2020-ci ildə Azərbaycan xalqının apardığı Vətən müharibəsi nəticəsində 30 ilə yaxın bir müddətdən sonra düşmən işğalından azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görülməsi, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı çağırışlar, eləcə də qlobal iqtisadi vəziyyət və tendensiyalar nəzərə alınıb.
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, bu ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri11,1 milyard manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılacaq.
2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 faiz çoxdur.
Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2,1 milyard manat, cari illə müqayisədə 500 milyon manat və ya 31,3 faiz çox vəsait nəzərdə tutulub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə ilə bağlı fikirlərini aşıqlayaraq bildirib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı artım və pozitiv meyllərlə başlayacaq. Növbəti ildə ümumidaxili məhsulda 3,4 faiz artım gözlənilir, neftin qiymətinin daha yüksək olması planlaşdırılır. Neftin qiymətinin büdcədə 40 dollardan götürülməsi növbəti ilin büdcəsinin daha dayanıqlı olmasına əsas verir. Qeyd edilib ki, təqdim olunmuş sənəddə büdcənin riskləri də aydın şəkildə göstərilib. Bu,eyni zamanda, növbəti il üçün pul siyasətinin və fiskal büdcə siyasətinin istiqamətlərinin göstərilməsi daha çox təhlil aparmağa imkan verir.
Komitə sədri 2021-ci ildə Azərbaycan dövləti və iqtisadiyyatı qarşısında duran mühüm çağırışlardan bəhs edib. Bildirilib ki, bu çağırışlardan biri pandemiya ilə mübarizə tədbirləridir.Ümumi proqnozlara görə, peyvəndin tətbiq olunması mart-aprel aylarına qədərplanlaşdırılır. Azərbaycan iqtisadiyyatı və büdcəsi buna hazırdır. Növbəti il iqtisadi cəhətdən dövlətlə özəl sektor arasında yeni münasibətlərin qurulmasında mühüm il olacaq.
Tahir Mirkişili bildirib ki, komitənin ümumi rəyi ondan ibarətdir ki, büdcə məqbuldur, ölkə Prezidenti tərəfindən Azərbaycan dövləti və cəmiyyəti qarşısında qoyulan çağırışlara cavab vermək üçün mühüm maliyyə mənbələri və imkanları yaradır.
Onlayn iclasda iştirak edən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2021-ci ildə də 2020-ci ildə həyata keçirilən büdcə siyasətinin davam etdirilməsi vacibdir. Bizim büdcə xərclərimiz daha da artıq olmalıdır ki, biz iqtisadiyyatımızın inkişafına əlavə təkan verək, əsasən də iqtisadi aktivliyi canlandıraq və sahibkarlara dəstək verə bilək. Qeyd olunub ki, növbəti il qarşımızda böyük vəzifələr durur. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası, ordumuzun hərbi qüdrətinin möhkəmlənməsi ilə əlaqədar müvafiq maliyyə təminatı yaradılmalıdır. Eyni zamanda, sosial proqramların həyata keçiriməsi, dövlətin beynəlxalq miqyasda fəaliyyətinin təbliğ edilməsi, təhsil, mədəniyyət, digər sahələrin maliyyələşməsi təmin olunmalıdır.
Maliyyə naziri 2021-ci ilin dövlət büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verdikdən sonra bildirib ki, növbəti ilin büdcəsi tarixi büdcədir. Ona görə ki, biz Qələbə qazanmış dövlətin büdcəsini təqdim edirik. Bu büdcə,ilk növbədə, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması üçün şəraitin yaradılması, orada müvafiq infrastrukturun qurulması, iş yerlərinin açılması kimi önəmli vəzifələrin həyata keçirilməsini təmin edəcək. Eyni zamanda, əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaradan büdcədir.
Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Sadiq Qurbanov, Tahir Rzayev, deputatlardan Hikmət Məmmədov, Kamran Bayramov, Səttar Mehbalıyev, Nigar Arpadarai, Elman Nəsirov, Aydın Mirzəzadə, Asim Mollazadə 2021-ci ilin dövlət büdcəsi barədə fikirlərini açıqlayıblar.
Müzakirələrin yekununda Maliyyə naziri Samir Şərifov millət vəkillərinin səsləndirdikləri bəzi məqamlara aydınlıq gətirib.
Tədbirin sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
24-12-2020, 11:30
Milli Məclisdə büdcə müzakirələri başladı
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
24-12-2020, 10:10
2021-ci ilin BÜDCƏ ZƏRFİ 7 KOMİTƏNİN BİRGƏ İCLASINDA MÜZAKİRƏ OLUNUB
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
3-09-2020, 13:59
NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin video konfrans formatında iclası keçirilib
8-11-2020, 11:13
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin BƏYANATI
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı