Milli Məclisdə "Təhsil haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
Birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə Milli Məclisin ötən gün-oktyabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən 8 məsələdən biri də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı məsələ idi. Bu qanun layihəsi barədə ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bəhs etdi. B. Əliyev diqqətə çatdırdı ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.
Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaqdır.
Deputatlar Rauf Əliyev, İltizam Yusifov, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.
Millət vəkili İltizam Yusifovun səsləndirdiyi fikirlər daha çox diqqət çəkdiyindən çıxışı olduğu kimi təqdim edirik:
Hörmətli Əli müəllim,
Hörmətli deputat həmkarlarım,
Hörmətli mediya təmsilçiləri,
Çox Aktual bir qanun layihəsidir. Mən də Qanun layihəsinin lehinə səs verəcəm. Lakin 2-ci oxunuşun tələblərinə uyğun olaraq öz fikrimi bildirmək və bir neçə təklif vermək istəyirəm. Bu məsələ ilə bağlı bizə seçicilərdən çoxlu müraciətlər daxil olur.
Bu gün istər ölkəmizdə fəaliyyət göstərən , istərsə də xarici ölkələrin Ali təhsil müəssisələrində çoxlu sayda vətəndaşlarımız təhsil alır. Bu çox yaxşı haldır.
Bütün ölkələrdə olduğu kimi , bizim də ölkədə Diplomların tanınması sahəsində müəyyən qaydalar mövcuddur .
Lakin bu sahədə hansısa səbəbdən müəyyən çətinliklər də var..
Hər hansı bir gənc Azərbaycan vətəndaşı hansısa sabəbdən xarıcdə öz hesabına təhsil alır, ixtisaslı kadr olur. Sonradan öz vətənındə işə düzəlmək istəyəndə onu yenidən imtahan edirlər.
Amerika, Avropa, Rusiya ilə yanaşı, hətta qardaş Turkiyənin aparıcı universitetlərinin diplomlarının da tanınmasında böyük problemlər olur. Necə ola bilər ki, qardaş Turkiyənin sayılıb-seçilən Unuversitetlərindən biri, BDU, bizim Universitetlər ilə sıx əlaqələri olan, bizim Millət vəkillərimizin də iştirakı ilə vaxtaşırı tədbirlərin keçirildiyi bir unuversiteti bizim vətəndaş bitirir, onun diplomu tanınmır və yaxud da illərlə bu proses imtahan-müsabiqə ücbatından uzadılır.
Bilirsiz ki, bu gün dünyada Ali təhsil də bir biznesdir. Kim yaxşı təklıf edirsə hami ora gedir. Əyər bu gün insanlar özləri xərc çəkərək təhsil alırlarsa, bunu yalnız alqışlamaq olar.
Biz bu gün sahibkarlığı inkişaf etdiririk, İqtisadiyyatda özəl sektorun payını artırırıq. Biz iqtisadiyyatımızı inkişaf etdirmək üçün istər xaricdə, istərsə də Azərbaycanda təhsil alan bütün kadr potensialından maksimum istifadə etməliyik. Bizim vətəndaşlarımız xarici ölkələrdə, Dünyanın tanınmış Universitetlərində, istənilən formada təhsil ala bilərlər, yetər ki, onlar öz ölkəsinə, onun inkişafına xeyir vermiş olsunlar.
Təklif olunan qanun layihəsində, əsas anlayışlar maddəsində Nostrifikasiya sozünü Xarici dövlətlərin Ali təhsilə aid kvalifikasiyası sözü ilə əvəz edilir. Mövcud variantda olan Nostrifikasiya anlayışı- təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi proseduruduru kimi göstərilir, lakin Təklif olunan variantda Xarici dövlətlərin Ali təhsilə aid kvalifikasiyası isə sənəddir. Lakin bu sənəd xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə Ali təhsil almaq və ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəddir. Bundan əlavə bu sənəd -həm də şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən bir sənəddir.
Qanunun 27 maddəsində də dəyişiklik edilərək 27.4 bəndində göstərilir ki, Xarici dövlətlərin Ali təhsilə aid kvalifikasiyasının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir. Düşünürəm ki, bu dəyişiklikdən sonra sözü gedən “ Müəyyən edilən Qaydalar” daha da sadələşəcək və insanlarımız üçün daha da asan olacaqdır.
Təklif edirəm ki:
1. Xarici dövlətlərin Ali təhsilə aid kvalifikasiyasının tanınması qaydaları - Azərbaycan vətəndaşları üçün Ali təhsilli adamla işəgötürən arasında olan bir münasibət formatında formalaşmalıdır, sözsüz ki, biliyi olmayan kadrı işəgötürən işlə təmin etməyəcək. Yəni bu qaydalar təkmilləşdirilməli, çox sadə, elektron formada olmalı və bir neçə parametr kifayət etməlidir ki, həmin şəxsə ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilsin .
2. Xarici dövlətlərin Ali təhsilə aid kvalifikasiyasının tanınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydadlar bu sahədəki Avropa Konvensiyasına uyğun olaraq Müvafiq İcra hakimiyyəti orqanı ilə sözü gedən Təhsil müəssisəsi arasında qarşılıqlı sorğulama yolu ilə məsələ öz həllini tapmalıdır. Əvvəlki kimi Əlavə imtahana- müsabiqəyə ehtiyac olmamalıdır.
3. Ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və elmlə məşğul olmaq istəyənlər üçün isə Təhsilin Uyğunluq səviyyəsi tələb oluna bilər. Bundan əlavə Xarici ölkə vətəndaşlar üçün, xaricdən iş üçün Azərbaycana gələn insanlar üçün bu proseduru dünya praktikasına uyğun formatda aparmaq olar.
26-06-2020, 12:47
Milli Məclisinin iyunun 29-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R
27-06-2020, 21:34
Milli Məclisinin növbədənkənar Iclasının gündəliyi
23-06-2020, 22:43
Milli Məclisinin iyunun 25-də keçiriləcək növbədənkənar iclasının gündəliyi
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
8-04-2020, 16:46
Baş nazir Milli Məclisdə necə hesabat verəcək? - AÇIQLAMA
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı