Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Deputat ofisim evdən çıxmanın qadağan olunduğu günlərdə dəstək və əlaqələndirmə mərkəzi qismində fəaliyyət göstərəcək”
Nazirlər Kabineti yanında Operativ Qərargah bazar günü və bazar ertəsi (14 və 15 iyun) günlərində yenidən sərt karantin rejiminin tətbiq olunacağını bəyan etdi. Başqa alternativimiz yoxdur. Virusun yayılma gücünü zəiflətməliyik. Bunun üçün isə heç olmasa həftə sonları bayıra çıxıb heç kimlə təmasda olmamalıyıq ki, xəstəliyin yayılma zənciri qırılsın və bunu gələcək həftələrdə hiss edə bilək. Əlbəttə, tibbi maska taxmaq və sosial məsafəni qorumaq şərtini də unutmamalıyıq. Prezidentimizin də doğru vurğuladığı kimi, xəstəliyə qarşı peyvənd və dərman çalışmaları bitməyənə qədər bu virus asanlıqla yox olmayacaq. Demək virusla mübarizə hələ bir müddət davam edəcək. Vətəndaşlarımızın böyük əksəriyyəti qoyulan məhdudiyyətlərə əməl edir və buna görə də hər kəsə minnətdaram. Bunu ötən dəfəki bayıra çıxmaq qadağası da göstərdi, təəssüflər olsun ki, bəzi neqativ hallarla da üzləşdik. Bu sıraya Cümə günü çörək piştaxtalarının boşaldılmasını, marketlərdə növbələrin yaranmasını və bir qrup insanın qaydalara riayət etməyərək polisə müqavimət göstərməsini qeyd edə bilərik. Biz bu halları tənqid etdik. Ancaq millət vəkili olaraq bunu da düşünürəm: Daha nə etməliyik ki, ötən dəfəki səhvlər təkrarlanmasın? Tənqiddən asan iş yoxdur. Önəmli olan, qüsurların aradan qaldırılmasında dövlətə və cəmiyyətə dəstək vermək, necə deyərlər, əlini daşın altına qoymaqdır. Bu məqsədlə bir neçə təklif vermək və onların reallaşdırılmasında iştirak etmək istəyirəm.
Bazar və bazar ertəsi günlərini seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən deputat ofisimdə keçirməyi planlaşdırıram. Deputat ofisimin ünvanı Nərimanov rayonu, Atatürk prospekti 33C, qaynar telefon xətləri bunlardır: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35
Ölkədə sərt karantin rejiminin həyata keçirilməsini və kənar ərazilərə çıxmağın mümkünsüzlüyünü nəzərə alaraq, yalnız ərazimizdə yaşayan və bayıra çıxmaq qadağası tətbiq edilən günlərdə dairəmdən deputat ofisimizə zəng edən seçicilərimin sosial problemlərinin həllində iştirak edəcəyəm. Kiminsə bazar və bazar ertəsi üçün kifayət qədər ərzaq məhsulu almaq imkanı olmaya bilər, nəyisə almağı unudub və ya un məmulatlarına ehtiyacı yarana bilər. Siz deputat ofisimizə zəng edin, ofisimizdəki imkanlar çərçivəsində ərzaq və un məmulatlarını evinizə çatdıraq. Ofisin qarşısında hazır vəziyyətdə bir neçə maşınımız olacaq, bəzilərinin dərmana və ya xəstəxanaya çatdırılmağa ehtiyacı yarana bilər. Eyni zamanda, “qaynar xətt”imizdə ərzaq məhsullarına yaranmış ehtiyaclarla yanaşı, psixoloji dəstəyin göstərilməsi də planlaşdırılmışdır. Hər hansı çətin vəziyyət baş versə, dəstək və əlaqələndirmə mərkəzində bununla əlaqədar olaraq aidiyyəti orqanlarla (polis, səhiyyə, fövqəladə hallar və s.) əlaqələndirmə həyata keçiriləcəkdir. Həmin günlərdə yaranmış digər problemlərin həllində də iştirak edə bilərik. Qaynar xətdə növbə çəkən dostlarımız Sizin zənglərə cavab verəcək və növbəlilik əsasında göstərdiyiniz ünvana maşın göndərəcəklər.
Digər vacib məsələyə də toxunmaq istərdim. Hamılıqla vətəndaşlarımızla polislərimiz arasında hər hansı xoşagəlməz halların əleyhinəyik. Bunu heç kim istəmir, hamımız eyni Vətəndə yaşayır və eyni dövlətin vətəndaşlarıyıq. Ötən dəfəki xoşagəlməz halların yaşanmayacağına inanmaq istərdim. İşğalçı dövlətin əlinə bəhanə verməyək. Virusla bağlı “məhdudiyyətlər nə zaman tam ortadan qaldırılacaq” kimi suallar da eşidirik. Bu bəla ilə tək biz üzləşməmişik, başqalarının dərdi bizdəkindən daha çoxdur. Misal üçün əhalisi bizim qədər olan bir sıra Avropa ölkələrində virusdan ölüm halları minlərlədir. Allaha şükürlər olsun ki, biz bu təhlükəli həddə deyilik, lakin sərt qaydalara riayət etməsək, vəziyyət nəzarətdən çıxa bilər. Polislərimiz ictimai asayişi qoruyurlar. Bu onların vəzifəsidir. Bu, istənilən ölkədə belədir. Ola bilsin ki, hər yerdə olduğu kimi polislərin içərisində də vəzifəsini düzgün yerinə yetirməyənlər var. Vətəndaş polisin tələblərini yerinə yetirməli olduğu kimi, polis də vətəndaşa qarşı rəftarda diqqətli olmalıdır. Əsas odur ki, hansısa vətəndaşın aqressivliyinə qarşı eyni tərzdə cavab verilməsin, qaydaları pozmağa meylli olan vətəndaşlarla məlumatlandırma işi aparılsın. Yarana biləcək istənilən problemlə bağlı dairəmdəki seçicilərin dərdlərini dinləməyə və millət vəkilinin ona verdiyi səlahiyyətlər çərçivəsində problemlərinin həllində iştirak etməyə hazıram. İnanıram ki, sərt karantin günlərində əvvəlki problemləri yaşamayacaq, bir-birimizə hörmətlə yanaşacağıq! Cənab Prezidentin dediyi kimi: “Biz birlikdə güclüyük”.
29-05-2020, 19:22
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
3-06-2020, 13:12
Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ
28-05-2020, 12:23
Azərbaycanlı həkimdən SOS: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…”
27-05-2020, 16:45
İyunun 1-də Azərbaycanda iri ticarət mərkəzləri açıla bilər - VACİB AÇIQLAMA
9-06-2020, 16:54
Sərt karantin: bu şəxslərin maaşı kəsiləcək?
7-06-2020, 13:36
Maskanı çənənin altına keçirmək daha TƏHLÜKƏLİDİR
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı