PLENAR İCLASDAN: MÜZAKİRƏLƏR, TƏKLİFLƏR, RƏYLƏR
Siyasət
Oxunub: 282
29 Nis 2020 | 20:13
PLENAR İCLASDAN: MÜZAKİRƏLƏR, TƏKLİFLƏR, RƏYLƏR Aprelin24-də Milli Məclisin vı çağırış birinci sessiyasının 7-ci iclası keçirildi. İclasın gündəliyinə 27 məsələ daxil edilmişdi. İstər gündəlik məsələlərlə, istərsə də cari məsələlərlə bağlı yetərincə müzakirələr aparıldı, təklif və rəylər dinlənildi, bəzi ictimai-əhəmiyyətli məsələlər qaldırıldı. Millət vəkilləri Sabir Rüstəmxanlı və Razı Nurullayevin səsləndirdikləri fikirlər daha çox diqqət çəkdiyindən çıxışlarını olduğu kimi veririk.

Millət vəkili Sabir Rüstəmxanlı:
-Mən bir neçə məsələ üzərində dayanmaq istəyirəm. Birinci məsələ ondan ibarətdir ki, görünür, biz tariximizi hələ əməli şəkildə qoruyub saxlamağı, yaşatmağı bacarmırıq və ya bu məsələdə düşmənlərimizdən çox geri qalmışıq. Ermənilər qondarma soyqırımlarına muzey düzəldiblər, ancaq biz yalnız Xocalı faciəsindən başqa, digər faciələrimizi Bakıda hələ yetərincə bir muzeydə əks elətdirə bilməmişik.
İkinci deyəcəyim məsələ, danışıqlarda Qarabağ məsələsindən söz düşəndə hər dəfə bir milyon qaçqın və məcburi köçkünün olduğunu dilə gətirirlər. Bu nə deməkdi? Aradan 30 il keçib, bu bir milyon dəyişilmir, bu statistika donub qalıb? Artıq bu rəqəm milyon yarımdır. Ona görə də bütün danışıqlarda Qarabağdan söhbət gedəndə məsələ belə qoyulmalıdır; milyon yarım qaçqın və məcburi köçkün doğma torpaqlarına, öz yurd-yuvalarına qayıtmaq istəyir, vəssalam!
Üçüncü məsələ isə ondan ibarətdir ki, hörmətli xanım spiker Sahibə xanım, rayonlarımızın coğrafiyası dəyişilməyib, sərhədləri dəyişilməyib, adları dəyişilməyib, amma bizə məlum olmayan səbəbdən rayonların idarələri birləşdirilir, regional idarələr yaradılır. Bu nə deməkdi? Məsələn, bir rayonun qaz idarəsi verilir başqa bir qonşu rayona, işıq idarəsi verilir başqa bir qonşu rayona, mədəniyyət şöbəsi digər bir rayona verilir, təhsil şöbəsi həmçinin başqa bir rayona... Bu nə cür idarəçilikdi? Adamlar qalıb bu rayonların arasında. Xüsusən, indiki pandemiya şəraitində bir rayondan, bir kənddən digərinə getmək qadağan olunduğu vaxtda indi təhsillə bağlı sənəd almaq üçün 100 kilometr yolu Neftçaladan durub getməlidilər Salyana, ordan da hərlənməlidilər Biləsuvara. Onda bu rayonları ləğv edək və idarələr bu şəkildə birləsdirilsin. Fikir verin, rayon qalır, köhnə təfəkkür qalır, idarələr isə tək-tək bu rayonların tərkibindən çıxır, mədəniyyət idarələrinin, kitabxanaların və digərlərinin sayı azaldılır.
Məsələn, Meşə idarəsi deyək ki, Yardımlıdan alınıb verilib Masallıya. Bu idarəyə Masallıda təyin olunan rəis dağları görmədiyi, bilmədiyi, tanımadığı halda deyir, orda filan qədər meşə gözətçisi ixtisar olunmalıdı, sayı çoxdu. Birdən-birə 30 gözətcini işindən azad edib 10 adam saxlayır. Sual olunur, axı, sənin o coğrafiyadan xəbərin varmı bu adamları azaldırsan. Onda bu dağdan o dağa get görüm, neçə gedəcəksən. Ona görə də bu məsələlərə aidiyyatı qurumlardan bir aydınlıq gətirilməlidir.

Millət vəkili Razı Nurullayev:
- Prezident İlham Əliyevin ən çox sevdiyi və istifadə etdiyi sözlərdən biri " ictimai nəzarət" ifadəsidir. Bunu işə ictimai təśkilatlar həyata keçirir. Məlumdur ki, QHT-lər haqqında qanuna məhdudlaşdırıcı maddələr əlavə edilib. İctimai təşkilatlar yeganə olaraq Prezident Yanında Dövlət Şurasının sayəsində nəfəslik ala bilib. Məhdudiyyətlər ayrıca fondlardan maliyyə vəsaitinin alınmasını qadağan edib. Bu qadağa nəticəsində professional ictimai nəzarət demək olar ki, yox olub. İddia edilir ki, bu məhdudiyyətlər bəzi təşkilatların qrant vəsaitinin rəngli inqilablara xərcləndiyi üçün tətbiq edilir. Nə baş verdi? Dövlətçilik əleyhinə işləməsi deyilən təşkilatlar yenə da maliyyələşir və hesabatları da verilmir. Amma nə dəyişdi? Əvəzində bütün neytral və professional təşkilatlar sıradan çıxarıldı. Bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını təklif edirəm.
Bir araşdırma apardım və gördüm ki, koronavirusla mübarizə üçün dünyada milyardlarla vəsait ayrılıb. Niyə bizim ictimai təşkilatlar bu fondlardan yaralanıb ehtiyaclı ailələrə kömək etməsinlər? Axı niyə hökumət hər bir məsələyə özü yuklənməlidir? Mövcud resurslardan niyə istifadə olunmasın?
Odur ki, hörmətli xanım sədr, mən xahiş edirəm ki, səlahiyyətlərinizdən istifadə edib bu məsələni qaldırasız.
Bir neçə məsələni də qeyd etmək istəyirəm; Heydər Əliyev Fondu kifayət qədər ailələrə kömək edib və buna görə də birinci vitse-prezidenti Mehriban xanıma təşəkkür edirəm və təklif edirəm ki, bir çox şirkətlərin də nəzdində fondlar yaradılsın ki, onlar da ictimai ailələrə kömək göstərə bilsinlər. Artıq Heydər Əliyev Fondu tərəfindən bu ənənə yaradılıb və çox normal şəkildə inkişaf etdirilə bilər.
25-04-2020, 09:34
Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi
28-04-2020, 23:07
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ
9-04-2020, 12:52
Milli Məclisin iclası başlayıb
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
18-12-2018, 12:27
Milli Məclisin növbəti plenar iclası keçirilir
18-12-2018, 13:40
Milli Məclisin növbəti plenar iclası keçirilir
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı