TDT XİN başçıları Nyu-Yorkda görüşüb, antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
Siyasət
Oxunub: 206
22 Eyl 2023 | 21:34
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov görüşdə iştirakından məmnunluq duyaraq Nyu-Yorkda Türk evində iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib.

Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd edib, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirib.

Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb. Bu xüsusda, Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib cənab Kubaniçbek Ömüralıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Çıxışda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Çıxışda Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.

Çıxışında Azərbaycan Ermənistan arasında sülh gündəliyi və normallaşma məsələlərinə toxunan nazir Ceyhun Bayramov son üç ildə aparılan danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın ziddiyyətli və destruktiv yanaşmasının Cənubi Qafqazda sülhü relsindən çıxardığını, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrini saxlayaraq yalnız 2020-ci il Üçtərəfli bəyanatını pozmadığını, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı və xarici havadarlarının köməyi ilə regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini diqqətə çatdırıb.
Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib.

Qeyd edilənlər xüsusunda, üzv ölkələri və mövcud türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə dayanmağın və güclü olmağın vacibliyi vurğulanıb
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
ABŞ-nin Nyu-York şəhərində Türk Dövləltəri Təşkilatının (TDT) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib.

Capar.info ” xəbər verir ki, iclasda Azərbaycanın antiterror tədbirləri müzakirə olunub.

Bildirilib ki, TDT-nin 10-cu Zirvə Görüşünə hazırlıq, qurumun BMT-nin Baş katibliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi qurumlarla əlaqələri barədə fikir mübadiləsi aparılıb.
22-09-2023, 21:25
Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
15-05-2022, 23:19
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı
16-07-2020, 15:44
Ceyhun Bayramov Xarici işlər naziri təyin edildi
30-11-2020, 10:35
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
14-01-2021, 11:30
Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru ilə görüşüb
24-06-2021, 10:57
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı