Şəkidə qədim Albaniyanın yeni dəfn adətləri aşkar edilib
Arxeoloqlar Şəkidə qədim Albaniyanın yeni dəfn adətlərini aşkar ediblər.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, 2020-ci ilin 4-cü rübündə Dövlət Turizm Agentliyinin sifarişi ilə Şəkidə Kiş Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 70 gün ərzində arxeoloji və antropoloji tədqiqatlar aparılıb.
Tədqiqatları nəticəsində Kiş-Doxun qəbiristanlığında antik dövr üçün unikal dəfn adətlərini özündə əks etdirən döyüşçü qəbirləri aşkar olunmuşdur ki, bunlardan bəziləri daş düzümlü kiçik təpə formalı struktura sahibdir. 1 nömrəli qazıntı sahəsinin şimal hissəsindən Qafqazda və Yaxın Şərqdə təkrarı olmayan böyük küpdə kollektiv dəfn aşkar olunmuşdur. 5 insan kəlləsi və sümükləri küpün içərisində olmaqla yanaşı, həm də ətrafındadır. Ondan əlavə, beli üzərində uzadılmış bütöv skelet də vardır. Bir sıra xüsusiyyətlərinə görə bu uzadılmış dəfn Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri – nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxdı. Ondan əlavə, bu qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi-mədəniyyət nümunələri əldə olundu.
2 saylı qazıntı sahəsinin 2 nömrəli qəbirində yenə kollektiv dəfn olunmuş qəbir aşkar edildi. Buradan antik dövrə aid saxsı qablar, böyük dairəvi, oval və aypara formalı tunc asma və tikmə bəzəklər, tunc, şüşə və pastadan olan muncuqlar, tunc düymələr, tunc zəncirlər, dəmir və tunc qolbaqlar, dəmir nizə ucluqları, dəmir bıçaqlar və Roma üslublu göz muncuğular əldə olundu. Qəbir 3 müxtəlif qatdan (yarusdan) ibarət idi. Üst qatda böyük küpün içində və ətrafında insan sümükləri pərakəndə halda aşkar olunmuşdur. Qəbirin alt qatında 18 insan kəlləsi və müxtəlif insan sümükləri yenə də pərakəndə halda qeyd olundu. Buna baxmayaraq, qəbirin bütün avadanlıqları yerində idi. Bu qəbirin yanında tədqiq olunmuş həmin dövrə aid ayin yerində sarmat tipli damğalı böyük küpələrin fraqmentləri üzə çıxarıldı.
Tədqiq olunan qəbirlər əldə olunmuş keramika nümunələri əsasında b.e. 1-3 əsrlərinə aid oluna bilər. Təsvir olunan iki müxtəlif dəfn adəti Albaniyanın arxeoloji tarixinin öyrənilməsində təmamilə yeni bir səhifə açır. Arxeoloji tədqiqatların nəticələri, qəbir konstruksiyaları, dəfn adətləri və s. qonşu bölgələrin abidələri ilə müqayisə olunaraq təhlil olunacaqdır. Əldə olunmuş materiallar kompleksinin fotoları AutoCAD proqramında dəqiq qrafik təsvirləri çəkilərək sənədləşdiriləcəkdir. Nekropolun dron çəkilişi vasitəsi ilə ortofotoplanı hazırlanmışdır. Tapılan nümunələr analizlər üçün beynəlxalq laboratoriyalara göndəriləcək və tədqiqatın nəticələri beynəlxalq indeksli jurnallarda nəşr ediləcəkdir.
Ümumiyyətlə, Doxun nekropolu qədim Albaniyanın arxeologiyasının və tarixinin öyrənilməsində unikal bir rol oynayır. Regionda təkrarı olmayan antik dövr dəfn adətinin, həm bəzək, həm silah nümunələrinin tapılması, eyni zamanda erkən xristianlığa keçid dövrünə aid keramika nümunələrinin üzə çıxması qədim albanların mədəniyyətinin müəyyən məsələlərini öyrənməyə imkan verir. Burada müxtəlif mədəniyyətlərin Albaniyada bir-biri ilə rastlaşması da müşahidə olunur. Cənubi Qafqaz sənət numunələri, Roma tipli bəzəklər və Sarmat tipli tapıntılar burada bir yerdə aşkar olunurlar.
Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.
22-09-2020, 11:26
Şəkidə yeni qədim abidə aşkarlandı
6-08-2020, 12:56
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
25-09-2020, 14:44
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı
12-08-2019, 10:03
Bakıda dəhşətli hadisədə ölən uşaqlar dəfn edildi - İNSANI SARSIDAN GÖRÜNTÜLƏR - FOTO
15-07-2020, 13:47
General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub - VİDEO
9-09-2020, 10:25
Şirvanşahların sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqatlara başlanılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı