“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri
Mədəniyyət
Oxunub: 204
27 Eyl 2020 | 12:59
“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri “Sosial şəbəkələrdən aktiv istifadə etməyim? Hə, maraqlı sualdı. İstəyirəm, dost-tanış görsün ki, mən bu yaşımda da dayanmıram, işləyirəm. Çəkdiklərimdən orada paylaşıram, söhbətləşirəm və nələrisə müzakirə edirik. Çalışıram ki, zamanla ayaqlaşım. Bu yaşda da yavaş-yavaş öyrənirəm”.
Lent.az -ın qonağı 73 yaşlı fotoqraf Bahadur Cəfərovdu. Həmkarımız Elnur Kələntərovun vasitəsilə tanış olduq qocaman sənətkarla. Bir ömrə sığmayacaq qədər xatirələri var onun.
- 60-cı illər idi. O vaxt sovetin 10-15 manatlıq aparatları var idi. Hamı onlardan alırdı. Düzdü, ən yaxşı aparat “Zenit” idi. Amma biz “Smena” , “Lyubitel” alırdıq. Çünki “Zenit” tapılmırdı, hər adam ala bilmirdi. “Lyubitel” almanların da ən çox sevdiyi aparat idi. Qiyməti də 12 manat. Hə, bu fotoaparatdan mənim də var idi. Amma bu, fotoqraf olmağa bəs etmirdi. Mən istəyirdim universitetə qəbul olum, oxuyum. Çünki məqsədim operator olmaq, filmlər çəkmək idi. Bu istəyə düşməyimin səbəbi dayım qızı Gülbəniz Əzimzadənin kinorejissor olması idi”.
1964-cü ildə Bakı İncəsənət İnstitutunun Mədəni-Maarif fakültəsinə daxil olan gənc Bahadur burda da çətinliklərlə qarşılaşır:
- 15 yaşım vardı. Balaca, arıq oğlan idim. Götürmürdülər məni. Dedilər, bunun heç pasportu yoxu. Sonra məni tanışlıqla qəbul etdilər”.
Eyni zamanda, “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan tələbə Bahadur bu müddət ərzində bir çox filmlərin çəkilişində iştirak edir. Azərbaycan kino tarixində “Ulduz”, “Arşın mal alan”, Sehrli xalat”, “Yenilməz batalyon” filmlərində çəkilişləri fotolentə köçürmək ona qismət olur.
- İşığı öyrənmək üçün iki il işlədim və o zamanın məşhur filmlərin çəkilişlərində oldum. Kimlərlə çiyin-çiyinə işləmədim ki... O vaxtkı kinomuzun ulduzları. 15 yaşlı gənc, ağır texnikanı çiyinlərində daşıyır, ora-bura qaçır. Çətin idi, eyni zamanda da maraqlı. Gün o qədər maraqlı keçirdi ki, fərqinə varmırdım iş ağırdı, ya yüngül. İki ildən sonra qərar verdim ki, elə fotoqraf kimi çalışım. Bu, mənim üçün daha maraqlı idi”.
Fotoaparatı əlinə götürür:
- Bunlar mənim dostlarımdı, mən hara onlar da ora. Bax, fotoaparatlarımdan biri yanımdadır, biri də evdə. Mütləq yanımda biri olmalıdır. Yolda elə bir mənzərə ilə qarşılaşa bilərəm ki, maşını saxlayıb onu çəkərəm. Məsələn, bu gün Böyük şor gölünün yanından keçəndə maraqlı görüntü ilə qarşılaşdım. Bir qadın stulda oturub ayaqlarını gölə sallamışdı. Hə, bax bu, kadr idi! Özümü gülməkdən saxlaya bilmədim. Maraqlı görüntü idi, çəkməsəm, olmazdı. Belə hallarla çox qarşılaşmışam. 2015-ci ildə Avropa oyunlarını çəkdim. Çox çətin idi. İsti bir yandan, ağır texnika bir yandan. Həm də dayanmaq olmazdı, ora-bura qaçmaq lazım idi. Gənc fotoqraflarla birlikdə qaçırdım. Təəccüblə deyirdilər, Bahadur müəllim, siz bu yaşda burada nə edirsiz? Amma mən orda özümdən də yaşlı fotoqraf gördüm və bu, məni daha da həvəsləndirdi. Rusiyadan gəlmişdi. Yaşlı, uzun saqqallı, optimist biri idi. Gülür, danışır, çəkilişlərini edirdi. Dedim, hə, bu lap əla oldu. Qoy məndən də yaşlısı olsun”.
Bahadur müəllim “Ədəbiyyat və İncəsənət” qəzetində işləməyindən də danışır:
- Dayım Yusif Əzimzadə qəzetin redaktoru idi. Mən də onun yanında fotomüxbir işləməyə başladım. O vaxtın bütün məşhur yazarları ilə görüşmək mənə nəsib oldu. Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, İmran Qasımov kimi sanballı insanlar gəlib-gedirdi redaksiyaya. Onlarla münasibət qurmaq, söhbət etmək asan idi, nəinki indikilərlə. Qətiyyən zəhlətökənlik etməzdilər. Özlərini o qədər sadə aparırdılar ki, heç deməzdin xalq yazıçısıdır. Amma bir-iki nəfər vardı, davranışlarından “Burda mənəm, Bağdadda kor xəlifə” oxunurdu.
Yaradıcılığında “Qarabağ” mövzusu da yer alıb.
- 1987-88-ci illərdə “Azərinform”da, indiki “AzərTAc”da işləməyə başladım. Münaqişə bölgəsinə - Xankəndinə getmək lazım idi. Orda da müharibə, atışma. Hamı qorxurdu. Dedim, mən gedərəm. Yanımda da Malik Şərifov adlı bir nəfər var idi. Gedib Şuşada qaldıq. Yerevandan qaçqın düşən azərbaycanlılar oraya gəlirdi. Şuşa artıq adamla dolmuşdu. Çəkilişə görə gedirdik Xankəndinə, ermənilərin arasına, axşama da Şuşaya qayıdırdıq. Müharibə illərində Füzuli, Xankəndi, Şuşa və bir də ermənilərin məskunlaşdığı Şaumyan rayonunda (indiki Ağcakənd – L.M.) oldum. Həm erməni ailələrini, həm də bizimkiləri çəkirdim. O şəraitdə başıma hər şey gələ bilərdi. Bütün fotoları, lentləri Şuşada saxlayırdım. Qorxurdum ki, başımıza bir iş gələr, görüntülər də gedər. Vəziyyət çox ağır idi. Həmin günlərdə çəkdiklərim arasında elə kadrlar var idi ki, gərək mən onlardan saxlayardım. Amma o lentləri bizdən Moskva götürdü.
Bu günə qədər minlərlə insan şəkli çəkdiyini deyən qocaman fotoqraf bildirdi ki, bu şəkillər arasında elələri olub ki, həyatında böyük rol oynayıb:
- Bakı ilə Şamaxı arasında “Cəngi meşəsi” adlı yer var. Orda qarşıma çox maraqlı bir mənzərə çıxdı. Dərədir və yaz-payız aylarında ora yağış suları dolur. Yayda isə su çəkilir, çatlar əmələ gəlir. O qədər dərin çatlardı ki, ora nə isə düşsə, götürmək qeyri-mümkün olur. Bu məkan diqqətimi çəkdi. Növbəti il bura gələndə özümlə bir model də götürdüm. Orada maraqlı fotosessiya etdik. Torpaq yumşaq olduğuna görə çox gəzməsinə icazə vermədim. Ayaq izləri düşməli deyildi. Mən bu qadını çılpaq çəkdim. Amma elə çəkdim ki, orada mentalitetə zidd heç nə olmadı. Səhəngə sarılan qadın fotosu jurnalda da yer aldı. Bu fotonun ərsəyə gəlməsi, hazırlanması bir xeyli zaman aldı, amma dəyərdi.
Bir xatirəni də bölüşüm. Teatr muzeyində işləyirdim. Hüseyn Cavidin qızı Turan xanım dedi ki, istəyirəm bizim fotoqraf sən olasan. Çünki mən incəsənəti bitirmişdim və teatrın nə olduğunu çox yaxşı başa düşürdüm. Rejissor Mehdi Məmmədov dedi ki, heç bir fotoqrafla işləmirəm, Bahadur gəlsin. O da mənim işlərimə bələd idi. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasının hazırlığı idi. Hazırlıq vaxtı bir foto çəkdim və heç bilməzdim ki, bu kadr belə alınar. Səhnədə aktyorlar qarışmışdı bir-birinə. Bir tərəfdən də Şəfiqə Məmmədova qaçır və mən bunu çəkdim. Şəkili hazırladım, çıxarıb axırıncı məşq zamanı gətirib rejissora verdim. Mehdi Məmmədov tamaşanı yarıda saxlatdırdı və şəkli göstərib, dedi ki, bir baxın, bu cavan fotoqraf şəkli necə çəkib. Daha sonra Mərkəzi Komitənin orqanı olan “Kommunist” qəzetində o şəkil çap olundu. O qəzetdə hər şəkli verməzdilər”.
Fotoqrafiya sahəsində göstərdiyi fəaliyyətlərə görə bir çox mükafatları var. “Humay” Milli Mükafatının laureatıdır. 2005-ci ildə Bakıda keçirilən “Quraqlıq” ekoloji məsələlər üzrə beynəlxalq müsabiqədə mükafata layiq görülüb:
- Yaşından və məşhurluğundan asılı olmayaraq, qazandığın hər kiçik mükafat insana xüsusi həyəcan və sevinc bəxş edir. 2005-ci ildə keçirilən “Quraqlıq” ekoloji məsələləri üzrə beynəlxalq müsabiqə üçün çəkdiyim foto quraqlıq bir sahədə tikan şəkliydi. Susuzluqdan çatlayan torpaq və saralmış tikan. Bu foto böyük diqqətə sahib olmuşdu. Təkcə müsabiqədə deyil, eyni zamanda, çap olunan kitablarda da mənim fotolarımdan istifadə olunub. Mənim üçün əsas qonorar deyil, əsas odur ki, bu kitab çap olunsun və mənim işlərim də orada yer alsın.
Bahadur Cəfərov deyir ki, fotoqrafın gözü adi insanın görmədiyi incəlikləri sezməyi bacarmalıdır. Onun fərqi də elə bundadır:
- Quraqlıq ərazidə çəkdiyim qurumuş tikan fotosunun tarixçəsini danışım sizə. Neftçiləri çəkmək üçün getmişdim. Orada yağışdan sonra cadarlanan çox balaca bir yerdə rəngi saralan tikan gördüm. Dedim, bu elə hazır əsərdi də. Sadəcə, düzgün çəkmək lazımdır. İndi mən baxıram bu tikana ki, hansı tərəfdən çəkim. Diz üstə çöküb, fotoaparatı tuşladım. Yaxınlıqdan keçən iki neftçi mənə baxıb gülərək “ay dayı, o palçığa niyə girmisən?” soruşdular. Mən də dedim ki, tikanı çəkirəm. Bu onlara qəribə gəldi. Amma həmin foto müsabiqədə uğur qazandı.
Heydər Əliyevlə bağlı maraqlı xatirələri var. Deyir, yeganə insan idi ki, hər an şəkil çəkdirməyə hazırlıqlı olardı:
- Üzü həmişə gülürdü. İstənilən kadrda yaxşı düşürdü. Bir dəfə Şıxəli Qurbanovun yubileyində iştirak edirdim. Ön sırada da Heydər Əliyev əyləşmişdi. Çəkdim onu. Şəkilləri saxladım ki, bir gün görüşəndə özünə təqdim edərəm. Amma qismət elə gətirdi ki, ailə üzvümüz gənc qrafik-rəssam Əli Cəfərin sərgisi oldu və Heydər Əliyev də orada iştirak edirdi. Mən də aparatla bir kənardan çəkirəm. Yaxınlaşıb, salam verdim. Təbii ki, ona yaxınlaşmağıma mane olmaq istəyirdilər. Amma o özü bunu hiss etdi və mənə tərəf çevrildi. Şəkilləri ona təqdim etdim. Baxıb, təəccübləndi, dedi “Nə gözəl şəkillərdir, bunları nə vaxt çəkmisən?” Heydər Əliyev elə bir insan idi ki, hər bir sahə haqqında məlumatı vardı. Fotoqrafa deyərdi ki, orda yox, gəl burda dur çək. Sonra görürdün ki, düz deyir. Şəkili o deyən yerdən çəkəndə daha keyfiyyətli alınır. Bu hadisələri xatırladıqca adam kövrəlir. Çox gözəl günlər idi.
Bahadur Cəfərovun fikrincə, bir fotoqraf üçün ən faciəli hadisə fotoaparatının əlindən alınması olar. Çünki o hara getsə, fotoaparat lazımı olur:
- Fotoqraf getdiyi hər yerdə nə isə kiçik də olsa, bir mənzərə görür və onu çəkir. Məsələn, mən nə qədər şəkillər çəkmişəm. Şərt deyil ki, bu şəkillər kiməsə lazım olacaq, ya yox. Sadəcə, çəkirəm və saxlayıram. Amma bir də görürsən, sənin çəkdiyin şəkli başqa biri götürür, müəllif hüquqlarını da pozur. Belə şeylər başıma çox gəlib. Gəlib şəkil istəyib, demişəm otur seç. Hardan bilim ki, aparıb öz adından verəcək.
Bir çox məşhurların fotosessiyasını edən fotoqraf deyir ki, onların icazəsi olmadan heç vaxt şəkilləri harasa verməyib. Təbii ki, şəkil çəkdiyi vaxt təzyiqlə qarşılaşdığı da olub:
- Eləsi olub ki, gəlib şəkillərini çəkdirib. Elə-belə, özü üçün. Paylaşmaq üçün yox. Mən şəkil çəkəndə demirəm ki, dayan çəkirəm. Gördüyümü çəkirəm. Rayonlarda çəkilişlər edərkən təzyiqlə qarşılaşdığım çox olub. Gülən bir qadın çəkmişdim, qadın bunu görüb gəldi ki, niyə çəkirsiz, kim icazə verdi? Belə hallar çox olurdu. Amma onu da deyim ki, turistləri çəkəndə onlar əksinə, yaxınlaşıb təşəkkür ediblər.
Müsahibimiz deyir ki, yaxşı fotoqraf olmaq üçün bahalı fotoaparatın olması yetərli deyil:
- Mən muzeylərə gedirəm, məhz fotoqrafiyaya aid çoxlu kitablar və jurnallar alıram. Həm oxuyuram, həm də orada olan fotolara baxıram. İlk olaraq öyrənmək, daha sonra tətbiq etmək lazımdır.

Lamiyə Məmmədova
28-08-2020, 16:47
“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev
9-04-2020, 17:59
Eldar Mansurov: "Nəvələrimi görmək istəyirəm"
29-01-2019, 14:18
PSJ-dən rəsmi transfer: 47 milyon avro
27-01-2019, 14:00
“Zenit” Xorvatiya millisinin üzvünü 10 milyona alır
23-01-2019, 11:47
Vəfa Zeynalova efirlərdən niyə uzaqlaşıb?
20-01-2019, 13:54
20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO
Dün, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
Dün, 22:00
Bakı həbsxanasında ÖLÜM
Dün, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
Dün, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
Dün, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
Dün, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
Dün, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
Dün, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
Dün, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
Dün, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
Dün, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
Dün, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
Dün, 10:29
Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
Dün, 10:28
Cəbrayılda minalar aşkarlanıb
Dün, 10:26
Ələt-Astara magistralında təhlükəli vəziyyət - FOTO
Dün, 10:23
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
Dün, 10:20
Bakıda 10 yaşlı oğlan itkin düşüb
Dün, 10:19
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
Dün, 10:16
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb
Dün, 09:51
Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
Dün, 09:31
Rusiyada böyük bir şəhərin sakinləri təcili təxliyə edilir
15-04-2024, 22:35
Goranboyda usta yıxılaraq öldü
15-04-2024, 22:31
Şakiradan tamaşaçılarına xoş xəbər
15-04-2024, 22:27
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi
15-04-2024, 11:19
Malatyada avtobus aşdı: 22 yaralı var - FOTO
15-04-2024, 10:37
İranın İsrailə hücumu qızılın qiymətinə təsir edib
15-04-2024, 10:25
Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb
15-04-2024, 10:22
Tokayev İrəvana səfər edib
15-04-2024, 09:53
Lənkəran sakini Balakəndə 10 kiloqram narkotiklə saxlanılıb - FOTO
15-04-2024, 09:46
Rusiyada daşqınlar nəticəsində 14 mindən çox evi su basıb
15-04-2024, 09:45
Akif Çovdarov yenidən hakim qarşısında
15-04-2024, 09:44
İş adamını sifarişlə öldürən şəxslərdən xəbər var
15-04-2024, 09:42
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
15-04-2024, 09:38
Azərbaycanda zəlzələ olub
14-04-2024, 11:56
Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü
14-04-2024, 11:53
Bakıda gənc oğlan sübh tezdən özünü asdı
14-04-2024, 11:49
Küçədə atışma, ölən və yaralananlar var
14-04-2024, 11:47
Baqiri əməliyyatdan danışdı
14-04-2024, 11:35
Biznesmenin yarım milyardı oğurlandı