“Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsi ilə bağlı RƏSMİ MƏLUMAT
Mədəniyyət
Oxunub: 342
31 Ağu 2020 | 11:36
“Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsi ilə bağlı RƏSMİ MƏLUMAT "Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, onun "Kor ərəbin mahnısı” əsərinin musiqisinin Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənildiyini və "Houcher” adı altında "Karin” musiqi albomuna daxil edilərək "Youtube” kanalında yayıldığını bildirib və bununla bağlı müəllifin pozulmuş hüquqlarının bərpa olunmasını, hüquq pozucularına münasibətdə tədbir görülməsini xahiş ediblər”.
Bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.
Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa edilmiş və "Karin” musiqi albomuna daxil edilmiş, həmçinin "Youtube" kanalında yerləşdirilmiş "Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, "Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun "Kor ərəbin mahnısı” əsərinin adı "Houcher” adı ilə dəyişdirilərək təhrif edilib, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulub. Bununla yanaşı, Vardan Hovanissian və Emre Gültekin tərəfindən www.bandcamp.com saytındakı səhifələrində yerləşdirilmiş "Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməyib, "Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş "Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjemançı kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, "Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulub.
"Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq da (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjemançı kimi təqdim edirlər) bir daha sübut edir ki, Vardan Hovanissian və Emre Gültekin "Kor ərəbin mahnısı” əsərindən Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla qeyri-qanuni istifadə ediblər. Bu hərəkətlər eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin Vardan Hovanissian və Emre Gültekin tərəfindən pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi "dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Belçikanın iştirakçısı olduqları "Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır. Bildiririk ki, "Kor ərəbin mahnısı”nın musiqisi Fikrət Əmirov tərəfindən 1956-cı ildəAzərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş Hüseyn Cavidin "Şeyx Sənan” dramına yazılıb. Həmin tamaşanın premyerası 1956-cı ildə Bakıda, Azərbaycan Dövlət Dram Teatrında olub.
"Kor ərəbin mahnısı” əsəri Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.
Yuxarıda göstərilən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Agentlik tərəfindən Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilib, həmçinin "Youtube” kanalında yerləşdirilmiş "Houcher” adlı musiqi əsərinin kanaldan çıxarılması xahişi ilə həmin kanalın Administrasiyasına müraciət hazırlanıb.
16-08-2020, 11:42
Müğənnimiz efirdə erməni mahnısı oxudu - VİDEO
18-04-2020, 20:28
"Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur"
31-01-2020, 11:50
Emre Can bu gün "Borussiya"ya keçir
22-12-2018, 15:09
Bakı Musiqi Akademiyasında balaca ifaçının çıxışı maraqla qarşılanıb
19-12-2018, 14:52
Fazil Mustafa: Yeni binaların sakinlərinin 70 faizinin mülkiyyət sənədi yoxdur
13-12-2018, 13:56
Bu da Ayselin məşhur mahnısına çəkdirdiyi klipi
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU