Onlar İnstaqramdan nə qədər qazanırlar? - Siyahı
Mədəniyyət
Oxunub: 348
14 Ağu 2020 | 11:36
Onlar İnstaqramdan nə qədər qazanırlar? - Siyahı Artıq 5 aydan çoxdur ki, koronavirus infeksiyası ilə əlaqədar dünyada bir çox sahələrdə iş dayanıb. Bu sırada şou-biznes də dayanır. Konsert, el şənlikləri, şou-proqramların olmaması sənət adamlarının gəlirini xeyli azaldıb. Dünyanın müxtəlif yerlərində müğənnilər tək qazanclarının reklam olduğunu gizlətmirlər. Onlar bir çox çarxlarda rol alır, İnstaqram səhifələrində paylaşımlar edib milyonlar qazanırlar. Bunu etiraf etməkdən isə çəkinmirlər.
Elə götürək bizə yaxın olan Türkiyəni... Sənətçilər pandemiya ərəfəsində İnstaqram gəlirləri ilə dolandıqlarını gizlətməyiblər. Hətta onlar məbləğləri də açıqlamaqdan çəkinməyiblər: Burcu Esmersoy 8 min, Demet Akalın 20 min, Murad Boz 30 min lirə.
Bəs, Azərbaycanda? Məlumdur ki, bizdə sənət adamları milyon yox, ən çox 1000-5000 qazanma şansına malikdirlər.
Deqiq.info İnstaqram səhifəsində tez-tez reklam paylaşan ifaçılar arasında araşdırma aparıb. Onların demək olar ki, 95 faizi məbləğ açıqlamayıb.
Xalq artisti Röya Ayxan bu mövzuda ən ürəkli ifaçı olub. Müğənninin köməkçisi bildirib ki, İnstaqramda reklam üçün 15 min manat qiymət qoyublar. Röyanın tələbi isə çəkilişə öz komandası ilə birlikdə getməkdir.
Müğənni Xatirə İslam İnstaqramda ən çox reklam paylaşan sənət adamıdır. Amma sənətçi hər dəfə bunla bağlı sualdan yayınmağa çalışıb. Xatirə paylaşım üçün tələb etdiyi məbləği gizlətməyə üstünlük verib.
Müğənni Gülay Zeynallı da qiymət açıqlamayıb. İfaçı bir onu deyib ki, pandemiyadan əvvəl etdiyi reklam xarakterli paylaşımlar üçün qonorar alıb. Amma indi yalnız məhsul qarşılığında reklam yayımlayır.
Müğənnilər Sevil və Sevinc Səfərovalar da İnstaqramda tez-tez reklam məzmunlu paylaşım edirlər. Bacılar qiymət demək istəmədiklərini söyləyiblər. Onlar bildirib ki, səhifələri reklam şirkətinin ixtiyarına verilib:
"Buna görə də məbləği demək düzgün deyil. Biz bir qiymət deyərik, onlar müştəriyə başqa məbləğ söyləyərlər. Bu da arada narazıçılıq yaradar".
Müğənni Nadir Qafarzadə isə İnstaqramından heç pul qazanmadığını deyib. O bildirib ki, bütün paylaşımları ödəniş almadan edir. "Nə edim, ürəyiyumşağam. Kim yazıb nəsə istəyirsə, paylaşıram" deyə, Nadir əlavə edib.
Müğənni Ceyhun Əliyev isə pandemiyadan əvvəl İnstaqramından yaxşı pul qazandığını etiraf edib. O bildirib ki, indiyənə kimi sosial şəbəkə ona ümumilikdə, 5860 manat qazandırıb.
Müğənni Sevda Yahyayeva hər zamankı kimi qiymət açıqlamaqdan qaçıb. Sənətçi "İnstaqramdan gəlir əldə etmək mümkündür. Amma deyilən 10-15 min manat Azərbaycan bazarı üçün real qiymət deyil" deyə, söyləyib.
Müğənni Elvin Abdullayev isə heç vaxt İnstaqramda ödənişli reklam yerləşdirmədiyini söyləyib. O deyib ki, reklam təklifləri alsa da, səhifəsini bazara çevirməyi düşünmür. "Karantində də heç bir gəlirim olmayıb. Amma yenə də İnstaqramda reklam götürməmişəm" deyə, Elvin əlavə edib.
Müğənni Günay İbrahimli də İnstaqram hesabında paylaşdığı reklamların qiymətini açıqlamayıb. O bildirib ki, bu iş sirridir.
Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, pandemiyadan əvvəl də, sonra da İnstaqramda paylaşımlar edib. O bildirib ki, sosial şəbəkə progilində bir paylaşım 500 manatdır. Bu qiymət məhsula görə dəyişə bilər. Bəzən isə məhsul hədiyyə göndərilir və bunun qarşılığında sənətçi paylaşım edir.
Müğənni Nigar Camal da İnstaqramda reklam qiymətlərini açıqlamaqdan çəkinməyib. Sənətçi bir fotonu 1500 manata paylaşır. Əgər video çəkiliş istənsə, qiymət 5 min manata qalxır.
18-06-2020, 14:31
“Vəziyyət çox pisdir" - Toysuz qalan müğənnilər indi necə dolanırlar? - SORĞU
27-04-2020, 12:05
Serdar Ortaç: “Demet Akalın Ebru Gündeşlə aramızı vurdu”
28-01-2020, 23:59
1 milyonluq reklam çarxına çəkildi - Fotolar
28-12-2018, 13:13
Dostlarından Sevdaya ad günü sürprizi - Video
25-12-2018, 15:47
Qadın deputatı döydülər
12-11-2018, 12:46
6 aydan sonra barışdılar
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"