Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM
Azərbaycan Texnologiya Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 saylı peşə liseyinin sabiq dirktoru Fazil İsmayılovu himayəsinə alıb desək, yəqin ki, yanılmarıq. Belə ki, əvvəllər avtobus parkında mühasib, daha sonra isə GDU-da müəllim vəzifəsində çalışan, ixtisasça iqtisadçı olan Fazil İsmayılov, çox keçmədi ki, ona “arxa-dayaq” olan şəxslərin köməkliyi ilə 2016-cı ilin oktyabr ayında 3 saylı Peşə Liseyinə direktor təyin olundu. Təyinatından az sonra o, liseydə reformalar keçirmək adı altında, bir neçə nəfəri işindən uzaqlaşdırıb onları işsiz qoya bildi. Bu şəxs direktor işlədiyi ötən illər ərzində liseyin daxilində çəkişmələr, söz-söhbətlər “pik nöqtə” yə çatdı və baş verən hoqqalar səbəbindən də, neçə-neçə şəxslər işsiz qaldılar. Elə şəxslər də oldu ki, onlar Fazil İsmayılovla “dil tapmağın” mümkünsüzlüyünü hiss edib, özləri liseydən uzaqlaşdılar və başqa sahələrdə iş axtarışına çıxdılar. Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verənlərlə bağlı lazımi qədər məlumatlı olsalar da, nədənsə agentlikdə səlahiyyət sahibi olanlar Fazil İsmayılovun hoqqalarına göz yummaq qərarı verdilər. Həmin dönəmdə işçilərdən bir neçəsi məhkəməyə müraciət edib bəraət ala bilsələr də, onlar sabiq direktorun şər-böhtanlarından kənarda qalmaq üçün, bir daha liseyə qayıtmadılar. Əldə etdiyimiz məlumatlara görə, həmin şəxslər bu gün də işsiz qalmaqdadırlar.Bir faktı da qeyd edək ki, Fazil İsmayılov direktor işlədiyi illər ərzində narazılıqlar getdikcə artır və vəziyyət o həddə gəlib çatır ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu şəxsə “jest edib” onu kollegiyanın qərarı ilə deyil, məhz yumşaq şəkildə desək, öz ərizəsi əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırmaq üçün razı sala bilirlər. Düşündürücü hal odur ki, Fazil İsmayılov hansı kollektivə rəhbərlik edibsə, bütün zamanlarda işlədiyi kollektivdə narazılıqlar yaradıb. Yəni, bu şəxsin xarakterik xüsusiyyəti, həyata keçirdiyi idarəçiliyin mahiyyəti belə olub. Bütün bunlara baxmayaraq, adı çəkilən bu şəxsi Gəncə Dövlət Universitetinin rəhbərliyi deyil, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi işə qəbul edir. Bu şəxsin yarıtmaz idarəçiliyi sayəsində işsiz qalanlar, hələ də işlə təmin olunmasalar da, artıq Fazil İsmayılov yeni vəzifəsinin icrasına “start verib”.
Bildirək ki, adı çəkilən bu şəxsə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən edilən güzəştlər yenə də davam etməkdədir. Belə ki, heç bir korrupsiyaya yol vermədən fəaliyyət göstərdiyini iddia edən Azərbaycan Texnologiya Universiteti, vaxtilə işdə qol qoyduğu ciddi nöqsanlar səbəbindən daşıdığı vəzifəsindən azad olunan Fazil İsmayılovu, əmək kitabçası olmadan işə qəbul edib. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bugünə kimi Fazil İsmayılova əmək kitabçasının qaytarılmamasının səbəbi isə, onun ticarət və xidmət üzrə 3 saylı Peşə Liseyində direktor vəzifəsini daşıyarkən, liseyi təhvil-təslim etməməsidir. O, 2019-cu ilin avqust ayında direktor vəzifəsindən xaric olunsa da, işlədiyi 3 saylı Peşə Liseyinin invertarları, mühasibatlığı və s. təhvil-təslim etmədən, bu gün eyni nazirliyə tabe olan təhsil müəssisəsində işlə təmin olunması, Fazil İsmayılovun güclü himayədar tərəfindən himayə olunmasından xəbər verir. Bu da onu söyləməyə əsas verir ki, Təhsil Nazirliyi ilə bərabər, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi də sabiq direktora “yaşıl işıq” yandırıb. O halda sual oluna bilər ki, görəsən Fazil İsmayılovun günahı ucbatından işsiz qalan şəxslərə nə vaxt “yaşıl işıq” yandırılacaq?! Belə bir düşündürücü sualın cavabı uzun müddətdir ki, bu sahədən məlumatlı olan gəncəliləri hələ də düşündürməkdədir. Demək, kimin “daydayı”sı varsa həmin şəxsə hər şey olar, kim sıradan bir şəxsdirsə, həmin şəxsin işsiz qalması kimisə düşündürməz. Bax, budur faciə, budur özgürlük!
5-11-2018, 18:32
“Peşə məktəblərində oxuyanlara tələbə statusu veriləcək” - Nazir
19-12-2018, 14:26
Sumqayıtda əmək yarmarkası keçirilib
21-01-2019, 12:36
Ötən il 2,4 min nəfərə işsizlikdən sığorta, 6,3 min nəfərə işsizlik müavinəti ödənilib
18-11-2018, 13:27
Ən gəlirli peşə hansıdır? - SORĞU
27-11-2018, 15:22
Fazil Mustafadan etiraz: Bakı məhəllələr şəhərinə dönüb
9-12-2018, 14:13
FAZİL MƏMMƏDOVLA BAĞLI YENİ XƏBƏR – PETEK DİNÇÖZ ONA MƏXSUS XƏSTƏXANAYA NİYƏ GƏLİBMİŞ?
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı