“İki ildir maaş almırıq” – Deputatlığa namizəd futbolçularla görüşdü + Video
Maraqlı
Oxunub: 460
31 Ock 2020 | 10:49
“İki ildir maaş almırıq” – Deputatlığa namizəd futbolçularla görüşdü + Video47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Səbuhi Abbasov “Energetik” futbol klubu və “Zona 45” azarkeş qrupunun üzvləri ilə görüşüb.

capar.info-ın məlumatına görə, Səbuhi Abbasov çıxışında bildirib ki, Mingəçevirin tarixinə qızıl hərflərlə yazılmış “Energetik” klubu hazırda acınacaqlı durumdadır:

“Bilirsiniz ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilər Prezident İlham Əliyevin müəllifi olduğu islahatlar prosesinin ən mühüm tərkib hissəsidir. Ölkəmiz bütövlükdə yeni bir mərhələyə qədəm qoyur. Çox istərdik ki, bu mərhələdə “Energetik” klubunun tarixində də yeni səhifə açılsın. Bu klubu öhdəsinə götürən aidiyyatı qurum yoxdur. Ümid edirik ki, AFFA rəhbərliyi “Energetik” klubunun problemləri ilə maraqlanacaq və komandaya lazım olan ən minimum ehtiyacların ödənməsi üçün vəsait ayıracaq”.

“Energetik” klubunun prezidenti Ruslan Həmidov isə qeyd edib ki, futbolçuları 2 ilə yaxındır maaş almırlar. Onlar məhz şəhərin adını yaşatmaq üçün heç bir təmənna güdmədən futbol oynayırlar:

“Bizim vəziyyətimiz həddindən artıq pisdir. İki ildir futbolçular maaş ala bilmir. Bir neçə aidiyyatı qurumlara müraciət etsək də, hələlik heç bir nəticə yoxdur. “Energetik”in futbolçuları gənclərdən ibarətdir. Mingəçevir futbol şəhəridir. Bizim keçən il “Sumqayıt”la oyunumuza 3500 azarkeş gəlmişdi. Burdakı insanlarda futbol yanğısı var. Biz “Energetik” üçün milyonlar istəmirik. Heç olmasa, futbolçulara 250-300 manat maaş verə bilək. Bizi əvvəllər “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev maliyyələşdirirdi. O işdən azad olunandan sonra komanda sahibsiz qalıb. Ümid edirik ki, AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov bizim köməyimizə çatacaqlar və komandanın vəziyyətinin yaxşılaşması üçün yardım edəcəklər. Fevralın 8-də Region Liqasında ikinci dövrə başlayır. Amma biz hələ də bilmirik ki, necə davam edəcəyik. Halbuki, komanda 1-ci yerdə gedir”.

Klubun prezidenti sonda bildirib ki, Səbuhi Abbasov hər zaman “Energetik”ə qarşı həssas olub və yaranmış problemləri mediada işıqlandırıb: “Bütün klubumuzun üzvləri və azarkeşlərimiz 9 fevralda Səbuhi Abbasova səs verəcəyik”.

30-01-2020, 13:12
Deputatlığa namizədliyini geri götürənlərin sayı 302 nəfərə çatıb
29-01-2020, 13:10
Masallıda maraqlı seçki mənzərəsi - İDDİA
27-01-2020, 13:57
Parlament seçkilərində namizədlərin sayı məlum oldu - Ən çox namizəd hansı dairədəndir?
25-01-2020, 10:30
Deputatlığa namizədlərin sayı açıqlanıb
17-01-2020, 16:44
YAP ödənişsiz efir vaxtından imtina etdi
9-12-2018, 13:49
YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur
Bugün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Bugün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Bugün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Bugün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Bugün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Bugün, 11:48
Yağış yağacaq – Bu günün havası
Bugün, 11:39
Salah seçimini etdi
Bugün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU