İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq. Birinci oxunuşda təqdim olunan məsələ ilə bağlı bildirilib ki, buqanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub. Fərmanda göstərilən məsələlərin həlli məqsədilə “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur.
Nəzərə çatdırılıb ki, qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı8-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçininqiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Bildirilib ki, nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiyaməhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
Qeyd olunub ki, qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir.
Bildirilib ki, qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.
İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar institusional dəyişiklikləri, özəl ekspertiza qurumlarının yaradılması, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin yaxşılaşdırılması kimi məqamları əhatə edir. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər bu sahədə olan vəziyyətin optimallaşdırılması ilə əlaqədardır. Qanunvericiliyin təkmilləşdirilməsində məqsəd həm də ədalət mühakiməsinin keyfiyyətinin, məhkəmə qərarlarından insanların məmnunluğunun artırılmasıdır.
Vəkillər Kollegiyasının nümayəndəsi Anar Qasımlı qanun layihəsi barədə fikirlərini açıqlayaraq deyib ki, sənəd, eyni zamanda, məhkəmələrə verilən əsassız şikayətlərin qarşısının alınmasına xidmət edəcək.
Çıxışlarda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumu ilə bağlı dünya ölkələrinin təcrübəsindən bəzi nümunələr və statistik rəqəmlər diqqətə çatdırılıb.
Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Rüfət Quliyev qanun layihəsinə öz münasibətlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkənin məhkəmə-hüquq sisteminin hazırki vəziyyəti, burada tətbiq olunan rüsumlar barədə danışıb. Vitse-spiker bu sahənin təkmilləşdirilməsinin vacibliyiniqeyd edib.
Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə digər qanun layihəsinə baxılıb.Məlumat verilib ki, sənəd “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif olunan dəyişiklikdəqiqləşdirmə xarakteri daşıyır.Layihədə “xarici avtomaşınlar”, “xarici nəqliyyat vasitələri”, “xarici yük avtonəqliyyat vasitələri” ifadələrinin müvafiq olaraq “xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınlar”, “xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələri” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.
İclasın sonunda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
25-06-2021, 10:03
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
10-09-2020, 11:41
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək
2-05-2021, 13:46
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
1-06-2020, 15:59
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı