Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq
İqtisadiyyat
Oxunub: 417
26 Kas 2020 | 10:30
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq İlk mərhələdə Kəlbəcər rayonu ərazisində kəşf edilmiş yataqların mövcud vəziyyətinin monitorinqi və təftişinin aparılması nəzərdə tutulur. Bu fəaliyyət başa çatdırıldıqdan sonra erməni işğalçıların ölkəmizə vurduğu ziyanın həcmi hesablanacaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Kəlbəcər rayonunun böyük potensiala malik mineral-xammal ehtiyatlarına malik olduğunu deyən Ə.Əliyev əlavə edib ki, 1993-cü il erməni ordusu tərəfindən işğal olunanadək rayon ərazisində kəşf edilmiş, dövlət və sahə balanslarında qeydiyyata alınmış 34 filiz, qeyri-filiz, termal mineral su və tikinti materialları yataqları qeydə alınıb. Bundan başqa, rayon ərazisində çoxsaylı filiz təzahürləri qeyd edilib ki, aparılacaq qiymətləndirmə işləri nəticəsində onların da yataq statusu alınması gözlənilirdi.
Xidmət rəisi bildirib ki, Kəlbəcər əsasən qızıl, gümüş, selen, tellur, qurğuşun, molibden, kükürd, mis və xrom yataqları ilə zəngindir. Söyüdlü, Ağduzdağ, Qızılbulaq qızıl yataqlarında ümumi ehtiyatları 143 ton hesablanmış və dövlət balansına daxil edilmiş ehtiyatlar mövcuddur. Levçay, Qamışlı, Ağyataq və Şorbulaqda sənaye əhəmiyyətli 968 ton civə ehtiyatları müəyyənləşdirilib:
"Kəlbəcər rayonu ərazisində yerləşən "Tutqun" və "İstisu" mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Bu yataqların sutkalıq debiti isə 3085 m3/gün hesablanıb. İstisu termal su yatağında ötən əsrin 80-ci illərində iri kurort-sanatoriya və mineral sudoldurma zavodu fəaliyyət göstərib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında isə hər il 50 min nəfər insan müalicə olunur və istirahət edirdi".
Ə.Əliyev deyib ki, rayon ərazisindəki yataqlardan 8-i filiz, 7-i termal mineral su, 19-u isə qeyri-filiz və tikinti materialları yataqları olub:
"Təəssüflə qeyd edilməlidir ki, erməni işğalı dövründə bu yataqların bir qismi kortəbii şəkildə qarət edilmiş və ölkəmizə ciddi ziyan vurulub. Xüsusilə, qızıl ehtiyatı 112.5 ton hesablanmış "Söyüdlü" yatağından filizin Ermənistan ərazisindəki Zod qızıl emalı zavoduna daşınması kütləvi xarakter daşıyıb. Bu səbəbdən Kəlbəcər rayonu ərazisinin ekosisteminə də ciddi ziyan vurulub. Kosmofotoşəkillərə əsasən, müəyyən edilmişdir ki, erməni vandalları Mehmana polimetal, Dəmirli və Qızılbulaq yataqlarında da müəyyən dağ-mədən işləri aparıblar. Bu fəaliyyətlərində onlara müxtəlif zamanlarda 30-a yaxın xarici işbaz yaxından kömək edib".
Ə.Əliyev qeyd edib ki, artıq işğaldan azad edilmiş Kəlbəcər rayonu böyük sənaye potensialına malik olmaqla, gələcəkdə yeni dağ-mədən sənayesinin inkişaf etdirilməsi üçün geniş perspektivlər yaradır.
24-10-2020, 11:29
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək - RƏSMİ
22-10-2020, 10:18
Azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək
25-11-2020, 11:30
Kəlbəcər zəngin təbii resurslara və turizm potensialına malikdir – TƏHLİL
29-10-2020, 10:24
İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti komendaturalar yaradılacaq
5-11-2020, 10:42
Ermənistan torpaqlarımızı işğal etməklə hansı gəlirləri əldə edib?
21-07-2020, 14:26
Bu şəxslərin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı