Ötən il Xəzərin sahilboyu hissəsindəki torpaq sahələrindən istifadə vəziyyətinə dair 35 hal üzrə inzibati tənbeh tədbirləri görülüb
İqtisadiyyat
Oxunub: 321
28 Ock 2019 | 13:01
Ötən il Xəzərin sahilboyu hissəsindəki torpaq sahələrindən istifadə vəziyyətinə dair 35 hal üzrə inzibati tənbeh tədbirləri görülüb
Keçən il Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitədə 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdən, uğurlu iqtisadi islahatlardan danışan komitə sədri Kərəm Həsənov bildirib ki, ötən il dövlət idarəçiliyində müasir prinsiplərin tətbiqi, innovativ həllərin reallaşdırılması, elektron xidmətlərin inkişafı istiqamətdə mühüm tədbirlər həyata keçirilib və bu işlər müsbət dinamika ilə davam etdirilməkdədir.

Bildirib ki, ölkə başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətlərində modern yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğun yüksəldilməsi, xidmətlərin da geniş şəkildə elektron müstəviyə keçirilməsi ilə bağlı ötən il ərzində 7 əsas hədəf müəyyən edilib. Bu hədəflərin reallaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb. Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi sahəsində keçən il Dünya Bankı ilə birgə 20 iri dövlət şirkətlərinə dair maliyyə, mühasibatlıq, kadr uçotu və daşınmaz əmlaka aid məlumatların elektron vahid bazası formalaşdırılıb. Bu bazada iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb-platforma yaradılıb. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması onlayn rejimdə qəbul edilir. Ötən il 5 mindən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, sahələr üzrə təhlillər aparılıb. Həmçinin 2 minə yaxın monitorinq aktı təhlil edilib.

Qeyd edilib ki, özəlləşdirmənin tam elektronlaşması və şəffaflığın təmin edilməsi məqsədilə ölkədə innovativ layihələrindən biri olan elektron hərracların tətbiqi, hərracları onlayn izləmə imkanları yaradılıb. İndiyədək 30-dək elektron hərrac keçirilib, 900-dək elektron sifariş qəbul edilib. Bu dövrdə Bakı şəhəri, respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci ildə ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Ötən il 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub. Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Özəlləşmə ilə bağlı bütün informasiyaları ictimaiyyətə və işgüzar dairələrə çatdıran Özəlləşmə portalına baxış sayı indiyədək 2 milyonu ötüb. Hər il olduğu kimi 2019-cu il üçün də “Özəlləşdirmə gündəliyi” portala yerləşdirilib. Bu sahənin geniş təbliği ilə bağlı regionlarda işgüzar forumlar da keçirilib.

Diqqətə çatdırılıb ki, əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması sahəsində ən mühüm hadisələrdən biri 2018-ci ildə tikintisinə başlanılmış Əmlak Xidmətləri Məkanının cari ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Bu məkan vətəndaşlara göstərilən xidmətlərin daha müasir idarəetmə prinsiplərinə uyğun təşkil olunmasına imkan verir. Burada bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunmasına, vətəndaş məmnunluğunun artırılmasına, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsinə, xidmətlərin tam elektronlaşdırılmasına istiqamətlənib. Yeni açılmış Əmlak Xidmətləri Məkanında beynəlxalq standartlara cavab verən, müasir üslubda, 100 nəfərin iştirak edə biləcəyi hərracların keçirilməsi zalı istifadəyə verilib. Həmçinin bu sahədə yeniliklərdən biri də vətəndaşlara “Elektron çıxarış” təqdim olunmasıdır. Artıq 8 mindən çox elektron çıxarış sahibi var. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çıxarışların bir iş günü müddətində verilməsi imkanları yaradılıb. Ötən ildən qeydiyyatı vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial layihəyə start verilib. Xüsusi nəqliyyat vasitəsi alınmış və kampaniyanın 2018-ci il ərzindəki fəaliyyət dövründə mindən artıq vətəndaşa hüquqların dövlət qeydiyyatının müxtəlif sahələri üzrə xidmətlər yerində göstərilib, 500-ə yaxın vətəndaş mülkiyyət hüququ əldə edib. Çıxarışları vətəndaşlara ünvanlarında təqdim etmək üçün “Kütləvi çıxarış” kampaniyaları da keçirilir. Ötən ildə də müxtəlif şəhər və rayonlarda 21 “Kütləvi çıxarış” kampaniyası baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə keçən il ərzində vətəndaşlardan ümumilikdə 81 minə yaxın müraciət qəbul olunub. Bütün bunlarla yanaşı, ötən il ərzində ölkə üzrə 220 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunların nəticəsində ölkəmiz “Doing Business 2019” hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb.

Qeyd olunub ki, əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqamsal xəritələrin hazırlanması işləri artıq 30 rayonda tamamlanıb. Kadastr uçot işləri yekunlaşmış 22 rayonda görülən işlərin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatı keçirilib, formalaşmış məlumat bazası praktiki istifadə üçün yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən ötən ildən artıq vətəndaşlar da faydalanmağa başlayıb. İlk pilot layihəyə Salyan rayonunun Parça Xələc kəndində start verilib. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri təqdim edilib. Keçən il bu sahədə tətbiq edilən yeniliklərdən biri də “Kadastr Kalkulyatoru”nun istifadəyə verilməsi olub. Vətəndaşlar artıq kadastr işləri ilə bağlı xidmət haqqının məbləğini qabaqcadan hesablaya biləcəklər. Ünvan Reyestrinin formalaşdırılması sahəsində görülən işlərin nəticəsi olaraq ölkənin ilk rəsmi Ünvan Portalı istifadəyə verilib. Bu informasiya resursu Avropanın Ünvan Məlumatları İnfrastrukturu prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb-servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir.

Bildirilib ki, torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sisteminin tətbiqi məqsədilə komitə tərəfindən Avropa təcrübəsi öyrənilib və ilk dəfə olaraq torpaqların səmərəli istifadəsinə Peyk Nəzarət Sistemi qurulub. Artıq bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirilməklə tam istifadəyə veriləcək. Burada başlıca məqsəd torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların (Süni İntellektin) imkanlarından istifadə edilməsidir. Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarının icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaq. Həmçinin, 2018-ci il ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1245 hal üzrə inzibati protokollar tərtib edilib. Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2117 müraciət üzrə 8805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub. Azərbaycan Respublikası Prezidentinin “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilməsi ilə bağlı 2018-ci il 28 dekabr tarixli Fərmanına əsasən artıq bu sahədə işlərə başlanılıb, xarici ekspertlərlə işgüzar danışıqlar aparılır. Milli Məkan Məlumatları İnfrastrukturu daha səmərəli idarəetməni təmin edəcək, xüsusən də eyni bir məlumatın təkrar-təkrar toplanmasını aradan qaldıracaq.

Diqqətə çatdırılıb ki, əmlak idarəçiliyində inklüziv inkişafın təmin olunması nəticəsində göstərilən elektron xidmətlərin sayı 40-a çatdırılıb. 2018-ci ildə elektron və onlayn xidmətlər vasitəsilə 266 mindən çox müraciət daxil olub və cavablandırılıb. Eyni zamanda, ötəni il ərzində 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 20 minə yaxın müraciət daxil olub və cavablandırııb. Komitənin müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətdə keçən il bir sıra tədbirlər həyata keçirilib, regionlarda görüşlər olub, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb. Bundan başqa, komitə beynəlxalq əməkdaşlıq sahəsində mühüm tədbirlər reallaşdırıb. Ötən il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin özəlləşdirmə nazirlərinin və ekspertlərinin görüşü keçirilib və Bakı Bəyannaməsi qəbul edilib.

Daha sonra komitə sədri 2019-cu ilin yeni hədəflərini açıqlayıb: “Dövlət əmlakını qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bunu cəmiyyətə aşılamalıyıq. Özəlləşdirmədə yeni yanaşmalar, şəffaflıq və iqtisadi səmərə olmalıdır. Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir. Əmlak qeydiyyatında əsas vəzifə - xidmətlərdə əlçatanlıq və vətəndaş məmnunluğunun daha da artırılması, kağız çıxarışdan tam elektron çıxarışa keçməkdir. Torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır. Torpaqlardan səmərəli istifadədə - Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya, həmçinin Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inteqrasiyası, eləcə də müasir düşüncə - gələcəyə addım, kadr potensialının inkişafı və çevik idarəçilik qarşıda duran vəzifələrdəndir”.

Müşavirənin yekununda K.Həsənov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələrək qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarına uyğun olaraq qeyd edib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində daha da operativ fəaliyyət göstərilməlidir. Yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə bu sahədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir.

Komitə sədri bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi tam təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.
27-01-2019, 14:22
Elman Rüstəmov: Mərkəzi Bank qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək
19-01-2019, 13:32
Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib
11-01-2019, 13:55
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib
18-12-2018, 13:36
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
16-12-2018, 13:26
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var