General Nizami Məmmədovun həbs qoyulan əmlakları açıqlandı
Hadisə
Oxunub: 111
26 Ağu 2024 | 22:44
General Nizami Məmmədovun həbs qoyulan əmlakları açıqlandı
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Capar.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, sübutların qiymətləndirilmə cədvəlində Cəlal Kazımovun adına 2 milyon 521 min manat pul yazılıb: “Mən bütün səhifələri vərəqləmişəm, lakin bu məbləğin haradan çıxdığını bilməmişəm”.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə çıxışında müvəkkilinin də adına 18 milyon 674 min manat mənimsənilmiş pul yazıldığını deyib. Vəkil Rəşad Mirmehdizadə bildirib ki:

“Cinayət işi üzrə bütün yoxlama 2015-2020-ci illəri əhatə edib. Biz bəzi məsələləri aydınlaşdırmaq üçün idarənin əvvəlki rəisi Namiq Poladov məhkəməyə gətirilməlidir”.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları açıqlanıb.

Qeyd olunub ki, həmin əmlakların bir qismi hələ cinayət işi açılmamışdan əvvəl satılıb. Bir qismi də saxlanılan şəxslərin digər ailə üzvlərinin adına olan evlər, eləcə də yaxınlarına məxsus pay torpaqlarıdır.

C.Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, 2022-ci ildə Hərbi Havva Qüvvələrinin sabiq komandanı Ramiz Tahirov müvəkkili barədə istintaqa mənfi xasiyyətnamə verib:

“Sabiq komandan Ramiz Tahirovla Cəlal Kazımovun arası yaxşı olmayıb. Ona görə də müvəkkilim 2020-ci ildən bu yana müharibə veteranı adını ala bilməyib. Müdafiə Nazirliyinin yeni xasiyyətnamə verməsini, müvəkkilimin işinə əlavə olunmasını xahiş edirəm.”

Nizami Məmmədovun vəkilləri isə məhkəməyə onun xidməti dövründə təltif olunduğu medallarının siyahısını təqdim ediblər. Generalın dəfələrlə Müdafiə Nazirliyinin yubiley və Vətən uğrunda medalları ilə təltif olunduğu bildirilib. Müdafiəçilər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.

Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Hakimlər Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədləri cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər.

Proses avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
28-02-2024, 22:13
"Land Rover"imi 40 min dollara satdım - Orduda 9 milyonluq MƏNİMSƏMƏ
21-09-2022, 11:05
MTN generalına HÖKM OXUNDU
7-01-2024, 15:44
Qaraciyərə fəlakətli təsir göstərən 10 amil
21-04-2022, 22:07
“Nəcməddin Sadıkovun həbsi labüddür” - GƏLİŞMƏ
30-03-2022, 21:14
Ləğv edilmiş MTN-nin sabiq rəisi, general-mayorun cinayət işi ilə bağlı AÇIQLAMA
19-12-2018, 14:25
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı