Fazil Mustafaya sui-qəsd necə təşkil edilib? - TƏFƏRRÜATLAR
Hadisə
Oxunub: 136
22 Ock 2024 | 20:56
Fazil Mustafaya sui-qəsd necə təşkil edilib? - TƏFƏRRÜATLAR
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Capar.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda prokuror çıxış edib.

İttihama görə, Azər Səricanov İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər.

Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.

Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.

Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahını Rəşad Əhmədov, avtomat silahı isə Səbuhi Şirinova verib.

Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinova Fazil Mustafaya 7 dəfə atəş açıb.
Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.

Dəstə üzvləri terror aktından başqa Azərbaycanda müxtəlif ünvanlarda olan hərbi təyinatlı obyektlər barədə məlumatları İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüb.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Daha sonra təqsirləndirilən şəxslərdən Azər Səricanov ifadə verib.

O, ittiham aktında yazılan bəzi hissələrlə razı olmadığını deyib. Ancaq Fazil Mustafaya qarşı terror aktının göstərişinin onun tərəfindən verildiyini təsdiqləyib. Onun sözlərinə görə, deputatın dinlə və dindarlarla bağlı səsləndirdiyi fikirlərdən qıcıqlanıb nəticədə onu cəzalandırmağa qərar verib:

“İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” ifadəsini işlətmək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səslənən fikirlər lap ağ oldu. Nə deməkdir ki, “kişi ağlamaz”.

Təqsirləndirilən şəxs Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayətlər göndərdiyini ancaq baxan olmadığını deyib. “Facebook”da onun özünə və oğluna da yazdıqlarını ancaq bunun da xeyri olmadığını deyib. Bütün bunlardan sonra şəxsi təşəbbüsü ilə onu cəzalandırmaq qərarına gəlib.

A. Səricanov bildirib ki, İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sonradan sığına bilməsi məsələsini araşdırdıb.

Onun sözlərinə görə, İrandan qayıdandan sonra Fazil Mustafa ilə bağlı araşdırma aparmağa, onun evinin yerini, hərəkət marşrutunu müəyyənləşdirməyə başlayıb. Daha sonra cinayəti icra edən Səbuhi Şirinovla tanış olub:

“Mən adam axtarırdım. Məclislərdən birində Səbuhi ilə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda MAXE (müddətdən artıq xidmət edən) olub. O dəqiqə bildim ki, mənə lazım olan adamdır. Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Səbuhiyə Fazil Mustafa haqqında danışanda dedi ki, o da onun yazdıqlarına görə ondan xoşu gəlmir".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib. Tapşırıb ki, ailəsinin, uşaqlarının yanında olmasın.

Azər Səricanov ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər:

"Buna görə əvvəlcədən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim”.

O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.

Növbəti məhkəmə baxış iclası fevralın 16-da keçiriləcək.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
3-05-2023, 10:10
AQİL BABAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ ŞOK QƏRAR – Hakim polisə 4 “zərərçəkmiş”i məcburi gətirməyi tapşırdı
29-11-2022, 23:37
İstanbuldakı terror aktına görə daha 1 nəfər saxlanıldı
5-11-2022, 11:23
Fazil Məmmədov dəfn olundu
4-11-2022, 10:33
Sabiq nazir Fazil Məmmədov vəfat etdi
19-12-2018, 14:52
Fazil Mustafa: Yeni binaların sakinlərinin 70 faizinin mülkiyyət sənədi yoxdur
27-11-2018, 15:22
Fazil Mustafadan etiraz: Bakı məhəllələr şəhərinə dönüb
Dün, 14:27
"Vaşinqtona etimad göstərmirik" - İran
Dün, 11:37
Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
Dün, 11:16
TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
Dün, 11:04
“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”
Dün, 11:02
Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
Dün, 10:55
Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
Dün, 10:52
Qızıl və gümüş ucuzlaşdı
Dün, 10:47
Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto
Dün, 10:44
“Azeri Light” 80 dollara satılır
Dün, 10:39
Mərdəkanda dənizdə 4 nəfər batdı: Üçünün meyiti tapıldı
22-06-2026, 23:50
Bu həftə 4 gün işləyəcəyik
22-06-2026, 23:47
Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
22-06-2026, 23:40
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
22-06-2026, 23:35
Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən
22-06-2026, 23:26
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
22-06-2026, 23:20
Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar
22-06-2026, 23:11
Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
22-06-2026, 23:03
Sosial müavinət və təqaüd alanlarla bağlı ŞAD XƏBƏR
22-06-2026, 22:56
Orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək