Paşinyan Ermənistanda ictimai rəyi Rusiya əleyhinə kökləyir - Kreml bədbindir - ŞƏRH + FOTO
Hadisə
Oxunub: 121
31 Ekm 2023 | 17:19
Paşinyan Ermənistanda ictimai rəyi Rusiya əleyhinə kökləyir - Kreml bədbindir - ŞƏRH + FOTO
Anti-Rusiya əhval-ruhiyyə Ermənistanın mövcudluq tarixi ərzində ilk dəfə isterik həddə çatıb. Elə gün olmur ki, İrəvandan Kremlə yönəlik bəyanat, sərt çıxışlar və şantaj xarakterli açıqlamalar səslənməsin. Ölkənin birinci şəxsindən tutmuş mətbuat, siyasilərinə kimi Moskva ən müxtəlif formada ittiham olunur, aşağılanır. Rusiya az qala Ermənistanın bütün bəlalarının səbəbkarı kimi göstərilir. Görünən odur ki, baş nazir Nikol Paşinyan Qərbdən aldığı göstəriş və tapşırıqlara uyğun olaraq addım-addım ictimai rəyi uğurla Rusiyaya qarşı yönəltməyə müvəffəq olur. Obyektivlik naminə deyə bilərik ki, bu siyasətə qarşı müxalif olanlar da barmaqla sayılacaq qədərdir. Yəni ictimai rəy anti-Rusiya əhvala söykənir.

Bu sırada baş nazir Nikol Paşinyanın “respublikanın təhlükəsizlik sahəsində yalnız bir ölkədən asılılığının strateji səhv olduğu” bəyanatını xüsusi qeyd etmək gərəkdir. Məhz bu bəyanatla gərginlik yeni mərhələyə daxil olub. Rusiyanın himayəsi altında olan təşkilatlardan - KTMT, Aİİ və MDB-dən çıxmaq çağırışlarının ardınca, hərbi baza məsələsi də gündəmə gətirilib. İlkin olaraq KTMT çərçivəsində münasibətlərin pozulmasına nail olunub. Bir dövlət kimi mövcudluqlarında Kremlə təşəkkür etməli olan ermənilər “sağ ol” əvəzinə, indi bu bazanı təhlükəsizlikləri üçün hədə görürlər. Bir faktı qeyd edək ki, Ermənistan Sovet İttifaqına daxil olarkən ərazisi 9 min kv. km idisə, cəmi bir neçə il sonra Azərbaycan torpaqları hesabına bu ərazini 29 minə kimi qaldırıb. Bu fakt da çox şeydən xəbər verir.
Paşinyan Ermənistanda ictimai rəyi Rusiya əleyhinə kökləyir - Kreml bədbindir - ŞƏRH + FOTO
Beləliklə, vaxtilə Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsini toy-bayramla qeyd edən İrəvan indi onu çıxarmağın yolunu axtarır. Bəhanə kimi gah Qarabağ məsələsində bu bazanın heç bir rol oynamadığı, gah da əhəmiyyətsizliyi qabardılır. Moskvanın reaksiyası isə hələ mətbuat, mətbuat xidmətlərinin rəhbərləri səviyyəsində edilir. Artıq Kremlin nəzarətində olan media vasitələrində İrəvana qarşı hücum start götürüb, yazılarda Gümrüdə yerləşən Rusiya bazasının çıxarılmasının mümkünsüzlüyü təhdid formasında vurğulanıb. Məsələn, “İzvestiya” qəzeti yazır ki, ermənilər nə qədər çalışsalar da, birtərəfli qaydada bazanı 2044-cü ilə kimi çıxara bilməzlər. Rusiya nəşri hesab edir ki, bu baza Cənubi Qafqazda xarici oyunçuları narahat edən əsas məsələ olub, eyni zamanda Moskva ilə İrəvan arasında gərginlik yaranan kimi baza məsələsi dərhal gündəmə gətirilir.

Qeyd edək ki, 102-ci Rusiya hərbi bazasının Ermənistanda iki qarnizonu var, onlar Gümrü və İrəvanda yerləşir. Bazanın aviasiya komponenti Erebuni aerodromundadır (İrəvan). 2017-ci ildə Rusiya və Ermənistanın Birgə Qüvvələr Qrupu yaradıldıqdan sonra hərbi baza Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə qrupa daxil edilib. Bazada şəxsi heyətin sayı təxminən dörd min nəfərdir, onlar S-300 hava hücumundan müdafiə sistemləri, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri ilə təchiz olunub. 102-ci bazanın statusu və mövqeyi Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci ildə Ermənistan ərazisində Rusiya hərbi bazası haqqında imzalanmış müqavilə ilə müəyyən edilir.
Paşinyan Ermənistanda ictimai rəyi Rusiya əleyhinə kökləyir - Kreml bədbindir - ŞƏRH + FOTO
Bazanın çıxarılması bir neçə faktorla gündəmə gətirilə bilər.

Birincisi, ermənilərin müsəlman dövlətləri ilə əhatə olunduğu uzun illər qabardılıb. Bu səbəbdən də kiminsə “qoltuğunun altında” olması vurğulanıb. Qarabağ işğal altında olanda isə bu, daha çox qabardılırdı. Lakin artıq Qarabağ məsələsi həll olunub. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması üçün əngəl qalmır. Belə olan halda Ermənistana uzun illər yeridilən xarici təhlükə iddiası və təbii ki, Rusiya hərbi bazası da əhəmiyyətsiz məsələyə çevrilir.

İkincisi, Ermənistan rəhbərliyi sürətlə Qərbə yaxınlaşır, Rusiya silahı Qərb silahı ilə əvəzlənir, İrəvanda Avropa İttifaqının müşahidə missiyaları peyda olur.
Ən mühüm faktorlardan biri də Ermənistan hakimiyyətidir. Bu komanda məhz anti-Rusiya şüarları ilə hakimiyyətə gəlib. Başqa münasibət də gözləmək olmazdı.
Digər bir nüfuzlu nəşr - “Moskovski komsomolets” isə dərc etdiyi məqaləyə “Rusiyanın Ermənistandan qovulması - Gümrüdə bazaya amerikalılar yerləşəcək” başlığını qoyub. Yazıda Nikol Paşinyanın siyasətinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəldiyi, bu tələbin ABŞ-dən gəldiyi vurğulanır. “ABŞ sistemli və qan-tərlə regionda işləyir”, - deyə ehtiyatda olan hərbçi Levon Arzanov nəşrə müsahibəsində bildirib. Onun sözlərinə görə, məqsəd Rusiyanın Qafqazdan çıxarılmasına yönəlib:

“Bu, artıq faktdır ki, postsovet məkanında ən çox Ermənistandakı səfirlikdə Vaşinqtonun əməkdaşları fəaliyyət göstərir - 2500 nəfər. Aydındır. Paşinyan hakimiyyətə təsadüfi gətirilməyib. Bu şəxs sabiq prezident Levon Ter-Petrosyanın davamçısıdır. Ermənistanda hərbi bazanın çıxarılmasına gəlincə, ilk növbədə, Qarabağdan sülhməramlılar çıxacaq. Artıq münaqişə həllini tapıb. Və orada onların qalması mənasızdır”, - deyə ekspert bildirib.

O əlavə edib ki, onların çıxarılmasının ardınca dərhal 102-ci bazanın çıxarılması məsələsi qaldırılacaq. Heç kim də bu mandatı uzatmayacaq. İlkin olaraq Ermənistan KTMT-dən çıxacaq. Sonra sülhməramlıların çıxarılması, 102-ci bazanın çıxarılması baş tutacaq. Bundan sonra amerikalılar gələcək. Bütün bu proseslər də ardıcıl həyata keçiriləcək.

Beləliklə, deyəsən Rusiya artıq bazanın nə vaxtsa çıxarılacağı ilə barışmaq üzrədir. Rusiya ermənilərin razılaşmanı poza bilməyəcəyi kimi təsəlliverici bəyanatlar versə də, görünən odur ki, proses artıq başlayıb. Sadəcə, vaxt lazımdır, o isə Rusiyanın əleyhinə işləyir.

“Report” İnformasiya Agentliyi
27-10-2021, 12:04
Ermənistanda inqilab gözləntisi:Azərbaycan və Rusiyaya müharibə elanı? - NƏ BAŞ VERİR?
29-10-2020, 09:46
Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi
26-03-2022, 06:21
Paşinyan Rusiyaya bu tarixdə gedəcək – SƏFƏRİN SƏBƏBİ
18-11-2021, 06:48
Sərhəd təxtribatı Paşinyanın “ikibaşlı” planıdır - GƏLİŞMƏ
12-12-2021, 18:55
Paşinyan məqalə yazdı, Rusiyanı hədəf aldı, Qarabağa toxunmadı - TƏFƏRRÜAT
27-03-2022, 17:05
“Paşinyan Əliyevin təklif etdiyi sülh müqaviləsini imzalayacaq” - Ermənistan KİV
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı