Şirvan şəhərində 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi

capar.info : - 29.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən iclasda Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, YAP şəhər təşkilatının fəalları iştirak edib.
capar.info xəbər verir ki, yığıncağı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb. Yığıncaq iştirakçıları öncə mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edib. 2022-ci ilin altı ayında şəhər üzrə ümumi məhsul buraxılışının 373 milyon manat olduğunu, sənaye sahələrində istehsal olunmuş məhsulun, görülmüş xidmətlərin 51 faizi və ya 141 milyon 205,2 min manatı dövlət, 49,0 faizi və ya 135 milyon 961,3 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edildiyini qeyd edib. Şirvan şəhərində hər işçiyə hesablanmış orta aylıq əmək haqqının 673,7 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artdığını, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsu ilə “Bizim həyət” layihəsi çərçivəsində sahəsi 15 min kv.m olan ikinci həyətin müasir memarlıq üslubunda abadlaşdırıldığını, 123 küçə və prospektin işıqlandırıldığını, hər il 613 ədəd olmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağac əkildiyini vurğulayıb. Hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şirvan Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət edildiyini, “Şəhid Anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini, onların qayğıları ilə maraqlandığını, Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini, şəhərin mərkəzində quraşdırılmış müasir tipli monitorda Şirvan şəhidlərinin fotoları, avtobioqrafiyaları, döyüş yolu və xidmətləri barədə məlumatların mütəmadi təbliğ edildiyini, Şirvan Şəhidlər Xiyabanında yenidənqurma işlərinin davam etdirildiyini qeyd edib. Ötən dövr ərzində 471 yeni iş yerinin açıldığını, 42 nəfərin “Özünüməşğulluq proqramı” na cəlb edildiyini, İcra Hakimiyyəti başçısı tərəfindən 15 səyyar qəbul-görüşdə 926 nəfərin iştirak etdiyini, 97 nəfər vətəndaş tərəfindən qaldırılan 127 müxtəlif təklif və problemin həll edildiyini bildirib. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyinə, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyinə, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyasına sadiq qalacağına inamını ifadə edib. Yığıncaqda Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçuyev, Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, “Şirvan Araz zavodu” MMC-nin direktoru Rəhman Mehdiyev çıxış edərək 2022-ci ilin altı ayında ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur lahiyələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar. Yığıncaqda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup gəncə partiyaya üzvlük vəsiqəsi təqdim edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2022-ci ilin altı ayının sosial-iqtisadi inkişafında, uğurların əldə edilməsində və şəhərin ictimai həyatında fəaliyyəti ilə fərqlənən bir qrup şəhər fəalına Şirvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
19-11-2021, 05:18
Şirvanda şəhidin ildönümü qeyd olunub
25-10-2021, 13:01
İcra başçısı onu özünə müavin TƏYİN ETDİ - ƏMR
23-05-2022, 19:28
Azərbaycan-Ermənistan sərhədi ilə bağlı komissiya yaradıldı - SİYAHI
13-12-2021, 15:59
Heydər Əliyevin anım günü Bərdədə dərin hüznlə qeyd edildi
12-11-2021, 18:52
Azərbaycanda icra başçısı olmayan rayonlar... - SİYAHI
28-06-2020, 11:44
Nazirlər Kabinetində koronavirusla bağlı son durum müzakirə olunub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı