“Talesizliyimiz ondadır ki, adımız ərəb, soyadımız ya rus ya fars mənşəlidir” - MALƏSƏF BELƏDİR...

Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var. Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.
Məsələn, son beş ildə dörd uşağa Tovuz adı verilib. Bir körpəyə Gəncə, altısına Gəncəli, birinə Gəncəbanu adı qoyulub. 2021-ci ildə dünyaya gələn bir körpə qız Şuşa adlandırılıb. Son beş ildə iki uşağa Quba, birinə Qubaxanım ismi qoyulub. Valideynlər bir körpəni Şəmkir, birini Şəki adlandırıblar.
Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, bir uşağa Şəkixanım, birinə Şəkiyə, birinə Şəkixan, birinə Şəkibə adı verilib. Hazırda bir uşaq Zərdabi, bir uşaq Kəpəz, biri Ağsurə adı ilə böyüyür.
Son beş ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, dördü Oğuzcan adlandırılıb. Son beş ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, altısına Xətai, 197 körpəyə Xəzər, 65-nə Füzuli adı verilib. Dia.az-ın məlumatına görə, məsələyə münasibət bildirən dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayev “Sherg.az”a bildirib ki, insan adı əslində böyük əhəmiyyət daşıyır:
“Valideyn gərək elə ad seçsin ki, uşaq gələcəkdə adından utanmasın. Məsələn, əvvəllər uşaqlara Qurultay, Sovet, Noyabr kimi adlar qoyurdular. Hətta Sovet höküməti belə məsələ qaldırmışdı ki, milli adlar qoyulmasın. Öz adlarımız da ruslaşdırılıdı. Əliyə Alik, Alyoşa kimi səslənirdilər. Hər millətin ,hər xalqın öz adları olur. Bizim millətin talesizliyi ondadır ki, adımız ərəb mənşəli olub, soyadımız ya rus ya fars mənşəli olub”.
Rayon adlarının uşaqlara verilməsini müsbət qiymətləndirməyən professor onu da əlavə edib ki, seçilən adlar estetik olmalıdır:
“Tovuz adı bizdə uzun müddətdir ki, var. Bu rayon adı ilə yanaşı, həm də quş adıdır. Həmin quşun gözəlliyinə görə, bu adı qadınlara verirlər. Əgər insana heyvan adı verilirsə, onun faydalılığına görə yox, estetikliyi və gözəlliyinə görə verilir. Ona görə də atın yox, aslanın və yaxud toyuğun yox, tovuzun adı verilir.
İndiki zamanda artıq öz adlarımızı qoyuruqsa, elə seçim etməliyik ki, bu ad başqa millətlər tərəfindən həm mənimsənilməsin, həm də rişxənd obyektinə çevrilməsin. Yer adını uşalarımıza versək, anormal səslənəcək. Nə deyəcəklər, danışır Gəncə? Söz verilir Qazaxa?
Bu səbəbdən ad verəndə həm onun estetikliyinə, həm də milli mənafe nöqteyi-nəzərinə fikir vermək lazımdır. Bir sözlə kənd və ya şəhər adı vermək olmaz. Bu yalnız ləqəb və təxəllüs kimi istifadə edilə bilər. Məsələn, şair Dəmir Gədəbəyli. Düzdür, rəsmi şəkildə belə bir qadağa yoxdur. Lakin valideyn bu prosesdə savadlı və düşüncəli olmalıdır. Bu prosesdə əsas üç istiqamətdə nəzərdə saxlamaq lazımdır.
Birincisi, uşağın adının milliliyi, ikincisi, onun estetik səslənməsi, sonuncusu isə gələcəkdə uşaq üçün utanc yaratmamasıdır. Bütün bu istiqamətləri əsas götürüb ad seçmək lazımdır”.
1-04-2022, 00:31
Zaqatalada 2 yaşlı uşaq YANDI
11-04-2022, 13:12
Azərbaycanda ŞOK: iki yeniyetmə qız uşaq doğdu - YENİLƏNİB
15-01-2021, 09:47
Bakıda 6 maşın bir-birinə çırpıldı, sıxlıq var
23-03-2022, 22:52
Bakıda 4 maşın biri-birinə çırpıldı
25-12-2018, 14:45
Eldar Əzizov: Bakının yeni baş planı hazırlanır
7-04-2020, 19:30
Bu şəxslərin hər birinə 2 ay ərzində 190 manat veriləcək - QEYDİYYATA BELƏ DÜŞÜN
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı