Vilayət Eyvazov bütün rəisləri TOPLADI - YENİLƏNİB
Gündəm / Siyasət
Oxunub: 271
19 Nis 2022 | 21:10
Vilayət Eyvazov bütün rəisləri TOPLADI - YENİLƏNİB
Bu gün Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

Nazirlikdən capar.info -ya verilən məlumata görə, İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu və həmin istiqamətlərdə həyata keçirilən tədbirlərin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bu ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən nazir Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb.
Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini nəzərə çatdırıb.

Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis polkovniki Nahid Məmmədzadə və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

capar.info -nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə onlayn formatda keçirilən kollegiya iclasında respublikanın rayon və şəhərlərinin polis rəisləri iştirak edir.

Kollegiya bu ilin birinci rübündə respublika ərazisində baş verən cinayətlərin müzakirəsinə və təhlilinə həsr olunub.

Kollegiya iclasında həmçinin son günlər respublika ərazisində törədilən ağır cinayət hadisələrinin də müzakirə ediləcəyi bildirilir.
18-04-2022, 10:52
Vilayət Eyvazov yüksək vəzifəli polisi işdən çıxardı
31-08-2021, 11:07
Vilayət Eyvazov rəis müavinini işdən qovdu - ƏMR
7-01-2022, 12:14
Vilayət Eyvazov idarə rəisini işdən çıxardı
7-01-2022, 12:14
Vilayət Eyvazov idarə rəisini işdən çıxardı
27-12-2021, 19:36
Vilayət Eyvazov Türkiyədə magistr təhsili almış 6 polisi vəzifəyə təyin edib - SİYAHI
4-08-2021, 16:22
Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı - Yeni TƏYİNAT
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı