“RoyalBank”ın rəhbəri özünə və oğluna bəraət istədi: PROKUROR İSƏ 14 İL...

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Camın işi üzrə məhkəmə prosesi davam etdirilib.
capar.info xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Camın vəkili dövlət ittihamçısının çıxışına etiraz edib.
O, müdafiə etdiyi şəxsə prokurorun 14 il həbs cəza istəməsini əsassız hesab edir:“Biz buna etiraz edirik. Məhkəmədə 101 cildlik cinayət işində kifayət qədər Fuad Camın xeyrinə faktlar olsa da, ittiham tərəfi bunları nəzərə almayıb. Bankın rəhbər şəxslərinin hamısı cinayətdə Fuadın adını çəkməyib. Hamısı bildirib ki, bu işdə Fuadın əli yoxdur. Amma ittiham tərəfi bunları nəzərə almayıb. Dövlət ittihamçısı bütün ittiham olunan maddələrdə Fuada ən ağır cəza istəyib. Niyə? İttiham tərəf niyə belə qərəz nümayiş etdirir? Məhkəmədə dindirilən şahidlər heç biri demədi ki, Fuada pul veriblər. Məhkəmədən xahiş edirəm, bu hallar nəzərə alınsın. Fuad Cama hökm oxunarkən xahiş edirəm, yüngülləşdirici hallar nəzərə alınsın”.
Vəkilin sözlərinə görə, Fuad Camın cinayət işindəki heç bir sənəddə imzası olmayıb:
"Cinayət Əli Camındırsa, oğul niyə ağır cəzaya məhkum olunmalıdır. Axı onun ittiham edilən sənədlərin heç birində ki, imzası yoxdur. Bu köçürmələri Əli Can edibsə, Fuad Cam niyə cəzalandırılır? İttihama kənd təsərrüfatı kreditləri adı ilə 4 milyon manata yaxın pul mənimsənilməsi var. Bu prosesdə Fuad Canın hesabına 1 milyon 200 min manat köçürülüb və çıxarılıb. İttiham aktında da göstərilir ki, bu proses Əli Camın göstərişi ilə köçürülüb və çıxarılıb. Burda Fuadın nə günahı var? Axı bu pulu Fuad köçürməyib. Əl Cam köçürüb də, çıxarıb da. Fuad Camın bu işdə nə günahı var? İttiham aktında yazılıb ki, Fuad bu işdə atası ilə əlbir olub. Bu əlbirlik harada olub? Kim sübut elədi bunu? İstəyirlər ki, Fuad, cavan uşaq türmədə yatsın?
Ona görə də xahiş edirəm Fuad barədə ədalətli qərar verəsiniz”.
Prosesdə Əli Cama son söz verilib.
Ə.Cam bildirib ki, onun prosesdə heç bir günahı yoxdur və bəraət istəyib:
“1991-ci ildən bu vaxta qədər olan xidmətlər bir kənara, biz bankı 2003-dən sonra götürmüşük. 2003-2006-cı illərdə bank əməkdaşları 12 nəfərdən 600 nəfərə çatdırılıb. 2008-ci ildə “RoyalBank”ın kapitalı 10 milyon, 2010-da 22 milyon olub. Bütün dünyada böhran olsa da mən bankın kapitalının düşməsinə imkan verməmişəm. Mən xaricdən mülkümü satıb Bakıya gətirmişəm. İstəməsəydim, etməzdim. Xahiş edirəm mən və oğluma bəraət verin".
Prosesdə son söz deyən Fuad Cam da məhkəmədən bəraət istəyib.
Hakimlər müşavirəyə ayrılıb.
Qeyd edək ki, ittihama görə, ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.
Xatırladaq ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulub, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub.
Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.
14-10-2021, 15:26
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb
17-12-2021, 21:29
Adəm Məmmədov növbəti dəfə ağır cinayətdə ittiham edilən bir şəxsə bəraət verilməsinə nail olub
10-08-2021, 15:33
Vəkil nazir müavininə bəraət istədi - "Əmlakları üzərindən də həbs götürülsün"
11-12-2018, 13:43
Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL
21-12-2021, 13:23
"Məni o adamlardan pul tələb etməyimi sübut edən heç bir fakt yoxdur" - Ata Abdullayevə 9 il CƏZA İSTƏNİLDİ
12-01-2022, 20:06
Vüqar Səfərli ilə birgə ittiham olunan şirkət rəhbəri apellyasiya ŞİKAYƏTİ VERİB
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı