“Əgər bir əsərdə açıq-saçıq, yataq, qucaqlaşma, öpüşmə səhnələri varsa..."
Gündəm / Siyasət
Oxunub: 261
25 Ock 2022 | 18:49
“Əgər bir əsərdə açıq-saçıq, yataq, qucaqlaşma, öpüşmə səhnələri varsa..."
“Mən 1987-ci ildə “Sən həmişə mənimləsən” televiziya tamaşası ilə sənətə gəlmişəm. Ondan sonra Akademik Milli Dram Teatrına təyinat aldım, 4 il orada çalışdım. Teatrda işlədiyim dövrlərdə, oynadığım tamaşalarda, seriallarda, filmlərimizdə açıq-saçıq səhnələr heç vaxt olmayıb. Çünki Azərbaycan xalqının öz mentaliteti var.

capar.info Yetişmə tərzimiz, tərbiyəmiz çox fərqlidir. Baxmayaraq ki, uzun illər Rusların içərisində yaşamışıq, amma hər zaman biz öz adət ən-ənələrimizə, milli ruhumuza sadiq bir xalq olaraq qalmışıq. Bu sənətimizdə də öz əksini tapıb. Çəkilən filmlərə, səhnələşdirilən tamaşalara baxanda görürük ki, rejissorlar buna hər zaman diqqət ediblər. Baxmayaraq ki, uzun illərdir Türkiyədə yaşayıram, amma o mentaliteti hələ də qoruyub saxlayıram. O hər zaman mənim içimdə qalıb”. Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, tanınmış aktrisa Məlahət Abbasova bildirib. O daha sonra əlavə edib.

“Əgər bir əsərdə açıq-saçıq, yataq, qucaqlaşma, öpüşmə səhnələri varsa, bunun çəkilməsi, səhnəyə qoyulması vacibdirsə mən bir sənət insanı olaraq buna pis gözlə baxmıram. Çünki geriyə dönüş yoxdur, bu əsərdə belə səhnələrin olması mütləqdir. Lakin həmin səhnələri tamaşaçıya düzgün təqdim etmək lazımdır. Bunun da ağırlığı o filmlərin, tamaşaların rejissorlarının üzərinə düşür. Rejissor o səhnəni o qədər gözəl və estetik şəkildə çəkməlidir, yaxud səhnələşdirməlidir ki, tamaşaçı o səhnəyə baxanda üzü qızarmasın, utanmasın, iyrənməsin. Belə səhnələr pornoqrafik, çirkin göründüyü zaman tamaşaçılarda nifrət hissi oyanır. Bunun üçün rejissorların üzərinə böyük məsuliyyət düşür, onlar bu səhnələrin estetik həllini tapmalıdırlar. Məsələn, mən xatırlayıram, illər əvvəl Elçinin “Qatil” əsərini səhnələşdirirdim. Orada qaçılmaz, vacib bir səhnə var idi. Kişi qadının evinə gəlir və həmin gecə onlar birlikdə olurlar. Mən bu cür səhnələrə diqqət etdiyim üçün bir daha düşündüm ki, bunu necə edə bilərəm ki, sevişmədən tamaşaçı onların sevişdiyini görsün. Səhnədə sevişməyəcəklər, amma tamaşaçı görəcək ki, onlar sevişdi. Daha sonra oğlan qıza bir də təcavüz edir. Həmin səhnələrin heç biri yox idi. Amma mən elə bir rejissor işi ilə onu təqdim etdim ki, tamaşaçı bildi ki, onlar sevişiblər, oğlan da həmin qıza təcavüz edib. Aktrisamız narahat idi həmin səhnədən, həyat yoldaşı da çox qısqanc idi, demişdi ki, elə et ki, həmin səhnə olmasın, yoldaşımla aramızda problem yaranar. Bu gün reytinq, ticari olaraq belə səhnələri səhnələşdirirlər, çəkirlər, soyunurlar, pornoqrafik filmlər çəkirlər. Çox üzülürəm ki, bunun adını sənət qoyurlar. “Sənət üçün soyunduq”, “Sənət bunu tələb edir”, “Sənət üçün öpüşürəm” deyirlər, sənəti çox ucuzlaşdırırlar. Bunların sənətlə heç bir əlaqəsi yoxdur, sadəcə bu işin ticarətini görüb, pornoqrafiya çəkib, sənətin adından istifadə edirlər. Xeyr, mən bu sözlərlə razılaşmıram, sənət bunu tələb etmir, sənət üçün soyunmağa da gərək yoxdur. Bunlar soyunaraq özlərini təmizə çıxaran insanların sözləridir. Mənə görə həmin insanlar heç bir zaman sənətkar deyil. Sənət gözəllikdir, estetikadır. Onu da gözəl bir şəkildə insanlara təqdim etmək lazımdır” deyə aktrisa bildirib.

Məlahət Abbasova ona təklif gələn açıq-saçıq səhnələrdən də danışıb.

““Sən həmişə mənimləsən” televiziya tamaşasından sonra Şahmar Ələkbərov məni kinostudiyaya çəkilən bir filmə dəvət etdi. Həmin filmdə təcavüz səhnəsi var idi. Dedi ki, Məlahət bu obrazı sənin oynamağını istəyirəm. Mən ssenarini oxudum və səhəri gün Şahmar Ələkbərova dedim ki, mən bu obrazda çəkilmək istəmirəm. O da dedi ki, mümkün deyil, o səhnə mütləq olmalıdır. Dedim ki, o zaman mən bu obrazda çəkilməyəcəm, imtina etdim. Daha sonra başqa bir aktrisamız həmin obrazı oynadı. Sonra mən Türkiyəyə gəldim, “Süpər baba”, “Ayrı dünyalar”, “Yalan” və s. seriallarda çəkilməyə başladım, çox gözəl rollarım oldu. Gənc idim, açıq-saçıq səhnələrə də dəvət alırdım, amma mən bunların heç birini qəbul etmədim. Mənim xalqın, ailəmin gözündə bir imicim var, bu imici heç vaxt zədələyə bilməzdim. Çünki bu ailədən gələn tərbiyə ilə bağlı idi. Belə səhnələrə dəvət gələndə mən hər zaman ailəmi, valideynlərimi, qardaşlarımı düşünürdüm, indi də oğlumu düşünürəm. Çünki 26 yaşı var, o artıq yetkin bir insandır. O vaxt ailəmizlə Pirşağıda balaca bir sovxozda yaşayırdıq, istəməzdim ki, ailəm kənd yerində mənə görə utansın, başı aşağı olsun. Onlardan da əlavə bu artıq mənim sənət qanunumdur, hər dəvət aldığım seriala gedəndə soruşuram ki, açıq-saçıq səhnələr varsa mən yoxam. Film direktorlarının bəziləri deyir ki, biz indidən bir söz deyə bilmərik, o zaman da öncədən fikirləşib, mən onlarla iş birliyi qurmuram. Bəlkə bəzilərinə görə geridə qalmış hesab oluna bilərəm, amma mən belə rollar oynamaq istəmirəm. Hər kəsin həyatda bir seçimi var, bu da mənim seçimimdir. Sənətə gəldiyim gündən bu günə qədər yaradıcılığıma, bütün rollarıma diqqət etmişəm. Çox şanslıyam ki, teatrda da mənə belə açıq-saçıq rol təklifi gəlməyib. Çünki teatrdakı roldan imtina etmək asan deyil. Serialları biz seçirik, mən istəyərəmsə oynayaram, istəməsəm oynamaram. Onu da deyim ki, açıq-saçıq rollar heç vaxt məni cəlb etməyib, bu rolların arzusunda olmamışam. Belə rollarda oynayan sənətçilərə də pis baxmıram” deyə məşhur aktrisa bildirib.
3-02-2020, 16:00
Məşhur müğənni açıq-saçıq şəkilləri ilə gündəm oldu - FOTO
19-06-2020, 17:03
"İki qardaşım məni dəstəkləyir" - Açıq-saçıq geyinən azərbaycanlı müğənni
4-02-2020, 12:58
Samirənin həyat yoldaşı ilə açıq-saçıq görüntüləri
16-03-2021, 11:14
Açıq-saçıq paylaşımlar karyerasını bitir
5-02-2020, 10:01
Sevgilisi ilə açıq-saçıq fotolarını paylaşdı
6-01-2021, 10:48
Aktrisa Röyanı BİABIR ETDİ: "Nə əxlaqın, nə də insanlığın..."
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı