Məktəblərin aqressiv şagird problemi - Ekspertlər həyəcan təbili çalır

capar.info : - “Şagird tədris prosesi zamanı sinif yoldaşlarına müxtəlif xəsarətlər yetirib”, “şagird nizam-intizam qaydalarını pozub və sinifdə qeyri-etik hərəkətlər edib”, “şagird əsəbiləşərək onu intizama dəvət edən müəllimlərə xəsarət yetirib”... Təəssüf ki, son zamanlar bu cür xəbərlərlə hər gün rastlaşırıq. Əvvəllər şagirdin müəllimə, sinif yoldaşlarına xəsarət yetirməsinə nadir hallarda rast gəlinirdisə, son vaxtlar belə hadisələr tez-tez baş verir.
Məktəblərdə aqressivlik, müəllim və sinif yoldaşlarına qarşı qeyri etik, xoşagəlməz davranışlar nümayiş etdirən şagirdlərin bu hərəkətləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, belə uşaqlara ailədə nəzarətin zəif və təlim-tərbiyədə boşluqların olması bu kimi halların baş verməsinə gətirib çıxarır. Valideyn nəzarətindən uzaq olan uşaq küçə həyatına meyl göstərir, yaşına uyğun olmayan insanlarla dostluq edir, pis vərdişlərə yiyələnir nəticədə də onlarda davranış pozğunluqları baş verir.
Bu problemin kökündə nə dayanır? Səbəblər nədir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan həkim-psixoloq Aybəniz Rüstəmli deyib ki, məktəblilər, xüsusən də yuxarı sinif şagirdləri arasında aqressivlik geniş yayılıb və get-gedə artmaqdadır. Aqressiv davranışlara səbəb bioloji, psixoloji və sosioloji amillərdir:
“Bu halların yaranmasının başlıca səbəblərindən biri ailədaxili problemlərdir. Atanın anaya şiddət tətbiq etməsi uşağa psixoloji cəhətdən mənfi təsir göstərir. Nəticədə də uşaq həmyaşıdları ilə münasibətdə aqressiv davranışlar nümayiş etdirir. Yaşadığı psixoloji gərginlik səbəbindən uşaq ətrafında insanlarla kobud davranmaq, dava etmək istəyir. Ailədaxili münasibətlərin necə olması, valideynlərin göstərdiyi münasibət, diqqət, qayğı yeniyetməlik dövründə olan uşaqlar üçün çox vacibdir. Çox zaman yeniyetmənin aqressiv davranışına valideynlərin ona qarşı sərt cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıqla üzləşən, şiddət görən, qayğıdan, diqqətdən, valideyn sevgisindən uzaq yeniyetmədə ətrafdakılara qarşı mənfi münasibət, aqressiv hisslər yaradır: “Belə uşaqlar təhsildən yayınır. Məktəbə getmək, müəllimlərlə, sinif yoldaşları ilə ünsiyyət qurmaq ona maraqsız gəlir. Küçə həyatını üstün tutur”.
Psixoloq bildirib ki, yuxarı sinif şagirdləri yetkinlik dövrünə qədəm qoyduqları üçün daha aqressiv olurlar: “Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışlarında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Onlarda həddindən artıq emosionallıq, aqressivlik, əsəbilik, ətrafdakı insanlara qarşı laqeyidlik, yekəxanalıq kimi davranışlar üzə çıxır. Ailədaxili münaqişələr, valideynlərin onlarla kobud rəftarı bu yeniyetmələrdə aqressiyanın pik həddə çatmasına səbəb olur”.
Aybəniz Rüstəmlinin dediyinə görə, belə uşaqları cəmiyyətə, təhsilə qazandırmaq üçün valideyn, müəllim və psixoloq birlikdə çalışmalıdır: “Aqressiv, psixoloji gərginlik keçirən uşağa tək psixoloq dəstəyi yetərli deyil. Psixoloq müəyyən söhbətlər, danışıqlar aparıb yeniyetməni sakitləşdirə, psixoloji gərginliyini azalda bilər. Uşağa sinifdə müəllim, evdə valideyn diqqəti, qayğısı, sevgisi və ən başlıcası isə anlayış göstərməsi mütləqdir”.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, müasir dövrdə tərbiyə məsələləri əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də itirməyə doğru gedir. Necə deyərlər, təlimə həddən artıq vaxt ayırmağımız tərbiyə məsələlərini ikinci plana keçirib:
“Tərbiyə, təhsil və təlim prosesləri birlikdə vəhdət təşkil edir. Bunların hər üçü birlikdə şəxsiyyətin inkişafına xidmət edir. Təlim prosesi tərbiyə funksiyasını yerinə yetirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə öz təsirini göstərir. Ümumilikdə götürsək pedaqoji prosesin hər bir sahəsi bütün bu funksiyların yerinə yetirilməsində əsas rol oynayır. Çünki, təhsil insanın müxtəlif bilik və bacarıqlara yiyələnməsinə, həmçinin dünyagörüşünün formalaşmasında əhəmiyyətlidir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır. Çünki, təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir”.
Ekspertin sözlərinə görə, postsovet dövründə əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi: “Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun dönəmində davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Bu gün də biz yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmalıyıq”.
“Aqressiv, söz dinləməyən, dərsi pozan, müəllim və sinif yoldaşlarına qarşı qeyri etik davranan, nizam-intizam qaydalarına riayət etməyən şagirdlər hər zaman olub” - deyir müəllim Mahirə Məmmədova. Ancaq təəssüf ki, son zamanlar belə şagirdlərin sayı artıb. Müəllimin dediyinə görə, belə uşaqlar əsasən oxumağa, dərsə meyli olmayan, vaxtlarını əyləncədə, küçədə, oyun zallarında keçirən uşaqlardır: “Mənim əvəllər belə şagirdlərim olub. İndidə var. Onlarla daim danışıqlar, söhbətlər aparmışam, öyüd-nəsihət verib, səhv yoldan döndərməyə, məktəbə, təhsilə qaytarmağa çalışmışam. Bu şagirdlərlə həm müəllim həm də psixoloq kimi davranmışam. Belə uşaqlar çətin tərbiyə olunan, dağınıq fikirli olduqları üçün bəzi hallarda söhbətlər, onları düz yola qaytarmaq cəhdlərim boşa çıxıb. Ancaq çətinliklə də olsa əksər hallarda məqsədimə nail olmuşam. Hər müəllim müəyyən mənada bir psixoloqdur. O, dərs dediyi şagirdlərin psixologiyasına ən azı valideynləri qədər bələddir. Hər gün dərs dediyi, ünsiyyətdə olduğu şagirdlərinin ayrı-ayrılıqda hansı psixologiyaya, fərdi xüsusiyyətinə, hansı düşüncəyə malik olduğunu yaxşı bildiyi üçün də ona uyğun olaraq hərəkət etməlidir. Bu zaman hər hansı bir nəticəyə gəlmək mümkündür”.
Müəllim qeyd edib ki, uşaq ailənin güzgüsüdür. Məktəbə gələn hər bir uşaq ailədə aldığı tərbiyəni, gördüyü davranışı burada nümayiş etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi rəy yaratmamaq üçün hərəkətlərinə və davranışlarına fikir verməlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hesab edir ki, şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bunun aradan qaldırılması istiqamətində işlər görülməlidir: “Cəmiyyət belə insanlara qarşı həssas olmalıdır. Psixoloji durumunda problem olan şagirdin üzərinə gedib ittiham etməyimiz düzgün yanaşma deyil. Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu, yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa onu aradan qaldırmaq, o şagirdi düzgün yola qaytarmaq və tərbiyələndirmək üçün əlimdən gələni etməliyik”.
17-08-2021, 11:59
Ənənəvi tədrisə başlamalıyıq, çünki distant dərsdə keyfiyyət yoxdur - Ekspert
16-03-2021, 11:37
Gələn aydan I sinfə şagird qəbuluna start veriləcək
3-12-2020, 14:20
“1 milyon 500 min şagird var, bu qədər kompüter heç satışda yoxdur”
5-10-2020, 12:58
Bu həftədən ibtidai sinif şagirdlərinin əyani dərs saatları artırıldı
1-10-2020, 10:46
Bu gündən V-IX sinif şagirdləri üçün əyani dərslər başlayıb
2-09-2020, 12:23
Məktəbəhazırlıq qruplarında şagird sıxlığı müəyyənləşib
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq