Təhsil Nazirliyi nə etmək istəyir? – “Status” söhbəti birmənalı qarşılanmır

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, rəhbəri olduğu qurum “təhsil eksperti” statusu təqdim edəcək. Onun sözlərinə görə, indiyə qədər Təhsil İnstitutu olaraq heç kimə “təhsil eksperti” statusu təqdim edilməyib.
“Lakin yaxın gələcəkdə proses başlaya bilər, hazırda xarici təcrübə öyrənilir. Bu, yalnız təhsil sahəsinə aid deyil. Məsələn, kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar”, - deyə direktor bildirib.
Qeyd edək ki, Azərbaycanda müxtəlif sahələr üzrə müstəqil ekspertlər insitutu fəaliyyət göstərir və həmin ekspertlər aidiyyəti üzrə baş verənlərlə bağlı mövqeyini cəmiyyətə çatdırırlar. Bir çoxları belə hesab edirlər ki, “təhsil eksperti” statusu bir başlanğıcdır və gələcəkdə digər sahələrdə də hökumət tərəfindən “sahəvi ekspertlər” müəyyən ediləcək. Onların fikrincə, burada əsas məqsəd nəzarət altında olan şəxslərin vasitəsilə ictimai rəyə təsir etmək və müstəqil ekspertlərin fəaliyyətini əngəlləməkdir.
DİA.AZ xəbər verir ki, Xəzər Universitetinin təsisçisi və Direktorlar Şurasının sədri, professor Hamlet İsaxanlı AYNA-ya şərhində deyib ki, hər hansı qərarı qəbul edərkən ilk növbədə onun alqoritmləri tapılmalıdır: “Bu, əslində, çox qarışıq məsələdir. Son dövrlər Azərbaycanda təhsil eksperti institutu geniş vüsət almağa başlayıb. Bəziləri həqiqətən də bu sahənin incəliklərini öyrənib və kifayət qədər sağlam fikirləri var. Elələri də var ki, bu “statusdan” müəyyən məqsədlər üçün istifadə edirlər. Bir kitab yazan, kiçik bir araşdırma aparan da özünü təhsil eksperti kimi təqdim edir. Təbii ki, bu, yolverilməzdir. Lakin bunu inzibati yollarla həyata keçirmək nə dərəcədə düzgündür - bu barədə qəti mülahizə yürüdə bilmərəm”.
“Mən Təhsil İnstitutu direktorunun açıqlaması ilə tanış deyiləm. Yaxşı olardı, onlar bu məsələyə əsaslandırılmış şəkildə aydınlıq gətirsinlər ki, bunu necə və hansı formada həyata keçirəcəklər. İşçi Qrupu yaradılmalı, ümumi müzakirələr ictimaiyyətə təqdim edilməlidir. Belə olduqda məsuliyyəti bölüşmüş olacaqlar”, - deyə həmsöhbətimiz bildirib.
İsaxanlı hesab edir ki, belə olan halda verilən yekun qərar da ictimai etiraza səbəb olmayacaq: “Təbii ki, bu sahədə olan parakəndəlik aradan qalxmalıdır. Çünki bəzən özünü “təhsil eksperti” kimi təqdim edən şəxslər ictimai rəyi çaşdırırlar. Bir daha söyləmək istəyirəm ki, müzakirələr sağlam olmalı və ictimaiyyətin iştirakı ilə təşkil olunmalıdır. Əgər qərar qəbul olunarsa, ekspertlərin seçimi obyektiv şəkildə aparılmalıdır”.
Təhsil eksperti Kamran Əsədov isə AYNA-ya açıqlamasında söyləyib ki, Təhsil Nazirliyi və ya ona tabe olan dövlət təşkilatları ekspert statusu verə bilməz: “Onlar dərsliklərin monitorinqi, bu və ya digər layihələrin icrasının yoxlanılması üçün ekspert təşkil edə bilər, amma müstəqil ekspert təyin edə, ad verə bilməzlər. Azərbaycanda senzura 1998-ci ildə ləğv edilib və ölkədə fikir, söz azadlığı mövcuddur. İctimai şuralara seçkilər adı ilə təyinatlar, ekspert təyin etmək və ya kimisə tədbirə dəvət etmək, TV-yə buraxmamaq üçün xahiş etmək çıxış yolu deyil. Mən özümə heç vaxt ekspert deməmişəm və demirəm də. Mətbuat belə müraciət edir, indi Təhsil İnstitutu bunun qarşısını almaq istəyirsə, buyursunlar”.
“2-3 il əvvəl də Təhsil Nazirliyi ekspert məsələsini gündəmə gətirdi, lakin nəticə barədə heç kimin məlumatı olmadı. Mən bildiyim qədər onlar ancaq tədbirlərə çəpik çalmağa adamlar toplaya bildilər. O qədər lahiyə qalibləri, imkan yaradılanlar var, bəs onların hansısa biri narazı kütləyə cavab verə bilirmi? Narazıların qarşısına çıxa bilirmi? Və ya Təhsil Nazirliyinin təyin etdiyi, qrant verdiyi, imkan açdığı bir nəfərin ictimai nüfuzu varmı? Bəlkə bu barədə düşünək, cənablar?!”, - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, hər hansı təsisat yaratmaq və kimlərisə harasa təyin etmək asandır, amma söhbət sahənin inkişafından gedirsə, bu, müşahidə edilmir: “Məncə, ciddi narazılıq yaratmaq, təhsildə problemlər qala-qala, ekspert təyin etməyə vaxt ayırmaq və ya onlara qarşı “səlib yürüşünə” çıxmaq nəticəsi olmayan bir “müharibədir””.
“Dövlət qurumlarının, o cümlədən Təhsil Nazirliyinin özündən olmayanları sıradan çıxarması başadüşülən deyil. Beynəlxalq təcrübədə qəbul olunub ki, hər bir sahədə tənqid olmalıdır. Tənqid cəmiyyətin inkişafı üçün başlıca şərtdir. Yoxsa hər yeri qapat, əks fikirdə olanların ağzını bağla - bununla uzağa getmək olmaz”, - deyə Əsədov fikrini yekunlaşdırıb.
20-12-2021, 12:04
Beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələri yaxşılaşıb - Təhsil İnstitutu
16-12-2021, 20:37
Ekspert Təhsil Nazirinə QARŞI... - “İdarə edə bilmir“
19-11-2021, 05:30
Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib
17-12-2020, 13:12
Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır -Təhsil Nazirliyi
1-10-2020, 11:00
Məktəbdənkənar təhsil müəssisələrinə qeydiyyat başladı
5-11-2018, 18:32
Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır"
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu