Avrasiya İqtisadi İttifaqı Azərbaycana nə verə bilər? - GƏLİŞMƏ
Gündəm / Siyasət
Oxunub: 252
17 Ara 2021 | 14:18
Avrasiya İqtisadi İttifaqı Azərbaycana nə verə bilər? - GƏLİŞMƏ “Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq ticarət əlaqələrinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verə bilər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanın sözügedən təşkilatda müşahidəçi status ala biləcəyi barədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin fikirlərini şərh edərkən bildirib. “Azərbaycanla qurum arasında istənilən formatda dialoqun inkişaf etdirilməsi qarşılıqlı ticarət əlaqələrin artmasına, regiondakı nəqliyyat yollarının açılmasına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb ola bilər. Bununla belə, birlik çərçivəsində əməkdaşlıq səviyyəsinin artırılmasına dair qərarların bütün üzv dövlətlərin razılığı ilə verildiyi də nəzərə alınmalıdır”, - Zaxarova vurğulayıb.
Rusiya XİN nümayəndəsi, həmçinin təşkilatın inteqrasiya və əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin üzünə açıq olduğunu da əlavə edib. Qeyd edək ki, Azərbaycan iqtisadi əlaqələrin inkişafı, möhkəmlənməsi istiqamətində bir çox qurumlarla əməkdaşlıq edir.
Bəs ölkəmizin Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq Azərbaycan üçün hansı imkanlar yarada bilər?
DİA.AZ xəbər verir ki, millət vəkili Azər Badamov “Cümhuriyət” qəzetinə bildirdi ki, Azərbaycan bütün təşkilatlarla, tərəfdaşlarla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır: “O cümlədən, Avrasiya İttifaqına daxil olan ölkələrlə də əlaqələrin genişləndirilməsində maraqlıdır. Düşünürəm ki, iqtisadi əlaqələrin genişləndirilməsi, həm Azərbaycana, həm də tərəfdaşlıq edəcəyi ölkələrə iqtisadi mənfəətlər, dividentlər gətirəcək. İqtisadi əlaqələrin genişləndirilməsi indiki dövrdə ən vacib məsələlərdən biridir. Münasibətlərin daha çox formalaşması ölkəmizin iqtisadiyyatına daha çox öz təsirini göstərəcək. Yeni əlaqələr yeni yaranan fürsətlərdir. Hər bir əlaqənin yaranması yeni əməkdaşlıq mühitinin formalaşması deməkdir. Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Həm işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulub bərpa olunur, investisiyalar yatırılmalıdır. Həm də Azərbaycan qeyri-neft məhsulları istehsal edir, bir çox çeşiddə məhsullar ölkəmizdə istehsal olunmağa başlanılıb. İqtisadi əlaqələrimizin genişlənməsi ixrac coğrafiyamızın genişlənməsinə imkan yaradacaq”.
İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, Azərbaycanın ümumilikdə götürdükdə hər bir ölkə ilə ikitərəfli iqtisadi, ticari münasibətləri var: “Azərbaycan regionda əməkdaşlığın, sülhün möhkəmlənməsinin tərəfdarı olduğunu hər zaman bəyan edib. Bu, hər zaman Azərbaycan tərəfdən eşidilib ki, regionda qarşılıqlı iqtisadi, ticarət əlaqələrinin olması bütün ölkələr, o cümlədən torpaqlarımızı işğal edən Ermənistan üçün də əlverişli olar, daha çox məfəət gətirə bilər. Son vaxtlar ən çox müzakirə obyekti isə Zəngəzur dəhlizi ilə əlaqədardır. Zəngəzur dəhlizi ən bəsit formada yanaşsaq, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə üçün vacib element kimi nəzərdən keçirilə bilər. Ancaq Azərbaycan tərəfi müharibədən sonra imzalanan kapitulyasiya sənədində bunu qeyd etməyə nail olmuşdu, sonradan Rusiya dövlət başçısı dəfələrlə bunu bəyan etdi ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsi demək deyil, bütövlükdə region ölkələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizi üçün də çox əlamətdar seqment sayılır. Onun reallaşacağı təqdirdə bütün regionlar, həm Asiya, həm də Avropa ölkələri qarşılıqlı şəkildə mənfəət götürə biləcəklər”.
Ekspert onu da vurğulayıb ki, Rusiya XİN sözçüsünün Azərbaycanın Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq barədə münasibətlərinin hansı hədəfə xidmət etdiyini deyə bilməsə də, Azərbaycanın istər MDB, istərsə də Avropa İttifaqı daxilində sırf siyasi xarakter daşımayan iqtisadi birliklərlə hər zaman qarşılıqlı əlaqələri olub: “Azərbaycan hər zaman harada qarşılıqlı iqtisadi əlaqələr, ticari münasibətlərdən, faydalı əməkdaşlıqdan söhbət gedirsə, buna hazır olduğunu nümayiş etdirir. Hətta bu istiqamətdə təkbaşına bir çox mühüm strateji əhəmiyyət daşıyan layihələrin ideyaçısı olaraq çıxış edir. Kiçik dövlət olmasına baxmayaraq həmin layihələri təkbaşına reallaşdırıb. Buna Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, nəhayət, Cənub Qaz Dəhlizi üçün çox böyük əhəmiyyət kəsb edən strateji bir qaz layihəsi də aiddir. Hansı ki, bu layihənin özü gələcəkdə Transxəzər üçün böyük imkanlar açır, Avrasiya İttifaqının enerji resusrlarını dünya bazarlarına çıxarılması üçün alternativ imkanlar ortaya qoyur. Əslində Azərbaycanın istər Avrasiya İqtisadi İttifaqı, istərsə də bu ya digər qurumlarla olsun, bütün iqtisadi, ticari əlaqələr baxımından heç bir məhdudiyyəti yoxdur və hər zaman buna can atıb”.
10-04-2020, 11:04
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”
18-01-2020, 13:08
Nazarbayev Xəzərlə Qara dənizi birləşdirmək istəyir
29-10-2021, 09:27
Rusiya tərəfi Naxçıvanla əlaqəni təmin edəcək yolu ilk dəfə “Zəngəzur dəhlizi” adlandırdı
30-04-2021, 11:41
İsrail Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır
17-06-2021, 10:12
Türkiyəli nazir Bakı-Ankara arasında nəqliyyat və infrastruktur üzrə əməkdaşlıq sahələrini açıqlayıb
11-09-2021, 00:07
Zaxarovanın “sülh danışıqları” mesajı: - “Kreml şərtlərə müdaxilə edə bilər”
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı