İcra hakimiyyətləri LƏĞV OLUNURMU? - Reaksiyalar...
capar.info : - Ölkə başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı ölkədə yeni iraəetmə modelinə keçid məsələsini gündəmə gətirib. Zaman-zaman sosial şəbəkə istifadəçilərinin icra başçılarının ünvanına olan tənqidi paylaşımları, şikayətlər, prezidentə olunan müraciətlər hər kəsin narazı qaldığı bu institutun ləğv olunması düşüncəsini yaradır. Hətta kreslodan birbaşa dəmir barmaqlıqlar arasına göndərilən, hətta oradaca vəfat edənlərə olan vətəndaşlar tərəfindən olan münasibət, əslində, rayon rəhbərlərinin öz əməllərinin nəticəsidir.
İdarəetmə sistemində müəyyən dəyişikliklərə ehtiyac var
Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a İcra Hakimiyyəti və bələdiyyələrlə bağlı cəmiyyətdə müəyyən fikirlərin olduğunu bildirib.
Onun sözlərinə görə, Prezidentin imzaldığı sərancam idarəetmə sistemində müəyyən dəyişikliklərə ehtiyac olduğuna işarədir:
“Yəni, rayonlarda İcra hakimiyyəti ilə bələdiyyələr arasında səlahiyyətlərin bölüşdürülməsi, imkanlar və.s müzakirə obyektidir. Çünki bələdiyyənin statusu kifayət qədər aşağıdır. Neçə dəfə təklif etmişdik ki, Türkiyə modelindən istifadə edilsin və bələdiyyənin statusu artırılsın. Bununla da İcra Hakimiyyətlərinin də fəaliyyəti müəyyən qədər məhdudlaşdırıla bilər. Bələdiyyələr seçki ilə təyin oldunduğu üçün əsas iş, bütün məsələlər onlar tərəfindən həyata keçirilsin. Bununla bağlı Milli Məclisə müəyyən müzakirələr gedir, təkliflər səsləndirilir. Təbii ki, bu müzakirələr davam etdiriləcək”.
Deputat bildirib ki, Prezidentin Qarabağdakı idarəetmə metodunun bütün Azərbaycan ərazisində tətbiqinə ehtiyac var:
“Bu idarəetmə orqanında əsas məqsəd əhali ilə işləməkdir. İlk olaraq Qarabağda həyat keçirilən bu metod düşünürəm ki, yaxşı metoddur. Nümayəndəliyin yəqin ki, özünün aparatı olacaq. O aparat fəaliyyət göstərib, bütün məsələləri həll edə bilər. Amma o yerlərdə bələdiyyə mütləq olmalıdır. Bələdiyyə seçkili orqandır, xalq tərəfindən seçilir. Onların da səlahiyyəti müəyyən olunmalı, əhali ilə əsas onlar işləməlidir”.
İcra Hakimiyyətlərini nə vaxt ləğv olunacaq?
Milli Məclisin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, yeni model İcra Hakimiyyətlərinin ləğvinə doğru atılan addımdır.
Onun sözlərinə görə ölkədə idarəetmənin təkmilləşməsi prosesi uzun müddətdir ki, davam edir:
“Bir çox orqanların idarə olunmasında bəzi islahatlar aparılıb. Əlbəttə ki, bunu zaman deyəcək. Bu gün icra orqanları bilavasitə ölkə rəhbərinin tapşırıqlarını yerinə yetirən, əsaslandıran, o istiqamətdə bütün məsələləri operativ həll edən orqanlar hesab olunurlar. Rayon ərazisində baş verən bütün hadisələr, məsələlər bu gün icra orqanlarının ixtiyarındadı, onlardan tələb olunur. Tez bir zamanda icra orqanlarını ləğv etmək, düşünürəm ki, hazırda real görünmür. Onun yerinə, hansısa bir alternativ orqan olmalıdır. Hələ yoxdur. Bəzən bunu bələdiyyə adlandırırlar. Bələdiyyələrin də maddi-texniki bazası, kadr potensialı, hadisələrə müdaxiləsi yoxdur. Amma icra orqanlarında savadlı mütəxəssislər var, uzun müddətdir işləyirlər, idarəetmə məktəbi keçiblər. Bu, böyük bir idarəetmə orqanıdır, ona görə də birdən-birə ləğvi real görünmür. Ola bilər ki, bir neçə il keçsin, müəyyən qaydada alternativ bir struktur mövcud olsun, əsaslandırılsın və bundan sonra icra orqanlarının səlahiyyətləri həmin struktura keçsin”.
T.Rzayev qeyd edib ki, cənab prezident bütün dövlət proqramlarında, layihələrində idarəetmənin təkmilləşməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur:
“Ölkə rəhbəri bütün çıxışlarında bunu deyir. Yeni icra başçıları ilə görüşdə də mütləq idarəetmən təkmilləşdirilməli, buradakı kadrların bacarıqlı, daim əhali ilə təmasda olmağı xüsusi vurğulayır. Bu gün elə rayon var ki, onların 250-150 min əhalisi var. Bu qədər insanı razı salmaq çətinidir”, - deyə deputat bildirib.
11-12-2020, 13:48
Milli Məclis hərbi vəziyyətin ləğv olunması məsələsini TƏSDİQLƏDİ
9-09-2020, 10:38
Pandemiya dövründə saxta arayış verən icra nümayəndəsinin işi məhkəməyə göndərildi
9-12-2020, 11:13
Bakıda icra başçısının müavini koronavirusdan vəfat etdi
20-06-2020, 12:19
İcra başçısının müavini koronavirusdan vəfat etdi
2-08-2021, 17:03
Razi Nurullayev: “Məncə, referendum olmalıdır”
20-05-2021, 10:03
Azad edilmiş ərazilərdə bələdiyyələr necə formalaşdırılacaq?
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı