Səlim Müslümovun miras qoyduğu saxta əlillik problemi - NƏ ETMƏLİ?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 138
20 Kas 2021 | 22:19
Səlim Müslümovun miras qoyduğu saxta əlillik problemi - NƏ ETMƏLİ?

capar.info : - Ölkənin sosial siyasət sistemində saxta əlilliyə qarşı mübarizə aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib ki, daha iki dəllal şəxs vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyib. Baş Prokurorluğa müraciət edilib və məsələ araşdırılıb.

Həmin şəxslər həbs olunub: “Faktlar onu göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da daim ciddi mübarizə aparılır. Müddətli əlilliyi olan vətəndaşlara müraciət etmək istəyirəm ki, əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar, yenidən təkrar təyinat üçün müraciət etsinlər və başqa kiməsə etibar etmədən özləri bu işlə məşğul olsunlar”.

Qeyd edək ki, əlillik pensiyası kəsilənlər arasında əlillik müddəti bitən, lakin bundan xəbərsiz olan vətəndaşlar da var. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu yaxınlarda Milli Məclisdə deyib ki, bu il bir nəfərin əlilliyi nə kəsilib, nə dayandırılıb: “Bunun müddəti bitib. Mən 10 aydır deyirəm ki, müddəti bitən ayrı şeydir, dayandırılan ayrı şey. Bir adamın əlilliyinin müddəti bitib, o açıb kağızına baxmayıb, sonra deyir ki, nazirlik bizim əlilliyi dayandırıb. Belə bir şey yoxdur. Bizim nazirlik bu il bir nəfərin belə əlilliyini nə kəsib, nə də dayandırıb”.

Ancaq bütün bunlara baxmayaraq, saxta əlillik adı altında növbəti müraciətində pensiya ala bilməyən çox sayda insan var. Bu problemin əsas günahkarı kimi isə cəmiyyətdə nazir Sahil Babayev tənqid hədəfinə çevrilir. Lakin o da faktdır ki, bu problemlərin əsasını onun sələfi Səlim Müslümov qoymuşdu və onun dövründə əhalinin çox böyük bir kəsimi, xüsusən də regionlarda yaşayanların əksəriyyəti əlillik pensiyası alırdı. Əlbəttə, işsizlik, sosial problemlər və sairi nəzərə alsaq bu insanların güzəranına müsbət təsir edirdi. Ancaq sağlam insanların bu vəsaiti alması həqiqi əlilliyi olan şəxslərə qarşı da haqsızlıq kimi dəyərləndirilirdi.

Ötən müddət ərzində əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, əvvəlki dövrlərdə hansısa yollarla əsassız əlillik təyin edilmiş insanlar olub və sağlam ola-ola belə şəxslərin əlillik statusu daşıması, hər ay dövlətdən qanunsuz vəsaitlər əldə etmələri cəmiyyəti, xüsusilə əlilliyi olan insanları da narahat edirdi: “Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən islahatların da bir istiqaməti əlillik təyinatlarının şəffaflaşdırılması və əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsi, əsassız əlillik təyinatlarının qarşısının alınmasıdır. Bu sahədə aparılan islahatlara cəmiyyətdən, əlilliyi olan şəxslərdən də daim dəstək gəlir. Onlar da əsassız əlillik təyinatlarına son qoyulması, sağlamlığı qaydasında olub, lakin əlillik dərəcəsi olan şəxslərin ayırd edilərək, əlillərin cərgəsindən uzaqlaşdırılması üçün aparılan işləri rəğbətlə qarşıladıqlarını bildirirlər. Əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilir. Lakin sağlam ola-ola uzun illər hər ay əlilliyə görə sosial ödəniş almış, dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmədə əlillik təyin edilməyənlərin narazılığı isə heç bir halda haqlı ola bilməz. Digər tərəfdən, nazirlik əlilliyin qiymətləndirilməsi sahəsində qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlərini davam etdirir”.

F.Talıblı qeyd edib ki, 2018-2021-ci illərdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilməklə, onlar barədə sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim edilib: “Ümumilikdə Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Əlilliklə bağlı sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxsə dair əlillik sənədləri də hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa təqdim olunub. Əlilliyin qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb. 5 və 7 nömrəli TSEK-lərin sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə bağlı da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Onlardan 5 nömrəli TSEK-in sabiq sədri Katib Məmmədov və digər əlaqəli şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yekun ittiham elan edilib və cinayət işləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

7 nömrəli TSEK sədri vəzifəsində işləmiş Oruc Məmmədova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəmiş, habelə Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan 2 vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib. Onu da bildirim ki, əlilliyin qiymətləndirilməsi sahəsində qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı görülən tədbirlərə dair ictimaiyyət mütəmadi məlumatlandırılır".

Əlavə edək ki, son vaxtlar Milli Məclisdə də bu məsələ müzakirə olunur. Deputatlar seçicilərinin zaman-zaman onlara müraciət etdiyini və əlil olduqları halda pensiyalarının bərpa edilmədiyini bildiriblər. Nazirlik isə bunu tamamilə istisna edir və haqqı çatan hər bir əlilin pensiyasının bərpa edildiyini deyir.

Deputat Vüqar Bayramov Milli Məclisin iclasında saxta olması səbəbindən əlillik pensiyası kəsilənlərin digər proqramlara cəlb edilməsinin vacibliyini qeyd edib. Bu da çox ciddi məsələlərdən biridir. Çünki istənilən halda bir ailənin büdcəsindən kəsilən vəsaitin fərqli istiqamətlərdən təmin edilməsi üçün fərdi yanaşma mütləqdir. Onların həqiqətən əmək qabiliyyəti varsa və alternativ gəlir mənbələri yoxdursa, DOST iş mərkəzinə, özünüməşğulluq proqramına və sairə cəlb edilməsi dövlətin humanist yanaşmasının bir nümunəsi ola bilər. Çünki hər kəsə məlumdur ki, saxta əlilliyə müraciətlərin kökündə həm də işsizlik amili dayanır. Bu prosesə haqq qazandırmasa belə, gələcəkdə mövcud halların sosial bazasını azaltmaq üçün müvafiq addımlar atılmalıdır.
30-10-2021, 19:09
Narazı qaziyə əlillik təyin edildi
21-06-2021, 10:49
Saxta əlilliklə bağlı 266 şəxs üzrə sənədlər Baş Prokurorluğa göndərilib
30-04-2021, 11:43
15 nəfərə hərbi səbəblərlə təyin edilmiş əlillik ləğv edilib
5-04-2021, 11:10
Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi deməkdir? - Agentlikdən açıqlama
24-07-2020, 11:31
Azərbaycanda əsassız təyin edilən 2600 əlillik ləğv olundu
21-07-2020, 13:55
Nazirlik əlillik təyinatı etibarsız olanları AÇIQLADI
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı