“Mən Rusiyada Azərbaycan diasporunu görmürəm” - FAKT BUDUR!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 225
9 Kas 2021 | 11:13
“Mən Rusiyada Azərbaycan diasporunu görmürəm” - FAKT BUDUR!
capar.info : - Tanınmış rusiyalı (əslən azərbaycanlı) hüquqşünas Elman Paşayevin AYNA-ya müsahibəsini təqdim edirik:

- Aktyor Mixail Yefremovun barəsində çıxarılan məhkəmə hökmündən sonra həyatınız necə dəyişdi?

- Bu məhkəmədən sonra həyatım heç bir şəkildə dəyişməyib. Mən işimi peşəkarcasına yerinə yetirmişəm. Təəssüf ki, Rusiyada vəkilin işi çox axsadılır. Hüquqi proseslərə müdaxilə etməyə tənbəllik etməyən jurnalistlər və teleaparıcıların sayəsində bu bağda hamı özünü aqronom hesab edir. Yenə də öz işimi peşəkarlıqla görmüşəm və utanmıram. Amma bu işi görən zaman siyasi sifariş olanda işləmək son dərəcə çətindir.

Müəyyən insanlarla söhbətlərimi açıqlamaq istəmirəm, amma onlar mənim iradəmi qırmağa cəhd ediblər. Mənim haqqımda səkkiz cinayət işi başlamaq istəyirdilər. Mən onların əmrini yerinə yetirməkdən boyun qaçırdığımda bir sıra məmurlar məni özlərinə düşmən etdilər. Hətta mənim qarşıma şərt qoydular ki, Rusiyanı tərk edim və onların təqibləri bununla bitəcək. Məni qanuni müstəvidən çıxarmağa çalışırdılar. Sual yaranır: əgər mən pis hüquqşünasamsa, o zaman mənə niyə təzyiq edirdilər?

Buna baxmayaraq, vəkillik fəaliyyətimi davam etdirirəm. İşimlə fəxr edirəm, işimi sevirəm. Dörd dəfə rəqiblərimin səyi ilə vəkillik statusumdan məhrum olunmağıma baxmayaraq, yenidən imtahan verdim və hər dəfə daha çox müştərim və müvafiq olaraq daha çox işim oldu. İnsanlar onların işlərini apardığım məhkəmələrin necə bitdiyini yaxşı bilirlər. Yuxarıda dediyim kimi, siyasi sifariş olanda sistemin əleyhinə getmək çətindir. Heç kim sistemi təkbaşına məğlub edə bilməzdi. İndiki vaxta gəlincə, əvvəllər necə işləmişəmsə, davam edirəm.

- Yəni, Yefremov işində sizə sərt təzyiqlər edildiyini iddia edirsiniz?

- Mən Mixail Yefremovun müdafiəsinə qalxanda yüksək rütbəli məmurlardan biri ilə görüşüm oldu. O, mənə dedi ki, Yefremov Rusiyanın ali rəhbərliyindən olan adamları təhqir etdiyinə görə 8 il həbs cəzası alacaq. Sonradan müqavimət göstərdiyimi anlayıb, xidmətimdən imtina etmələri üçün Yefremovlar ailəsinə təzyiq göstərməyə başladılar.

Eyni zamanda, öz işimi peşəkarlıqla yerinə yetirdiyimə inanıram. Yefremovun təqsirləndirildiyi qəza Xarici İşlər Nazirliyinin binası qarşısında baş verib. Orada, sözün əsl mənasında hər kvadrat metr müşahidə kameraları ilə doludur. Sual olunur: ittiham tərəfi qəza zamanı avtomaşının məhz Yefremovun özünün idarə etdiyini sübut edən videogörüntüləri niyə məhkəməyə təqdim etməyib? Bundan başqa, məhkəməyə avtomobilin sükanından barmaq izləri verilməyib. Bu məqamlar özlüyündə çox şey deyir.

- 2019-cu ildə “Rusiya Ədalətli Qüvvələri İttifaqı” partiyasını yaratdınız. Partiyanın inkişafı ilə bağlı vəziyyət nə yerdədir?

- “Rusiya Ədalətli Qüvvələri İttifaqı” partiyasının yaradılması mənim şəxsi təşəbbüsüm idi. Mən çox yaxşı başa düşdüm ki, Rusiyada sadə hüquqşünas kimi işləməklə çox şeyə nail ola bilmək mümkün deyil. Sizin vəkil kimi fəaliyyət göstərdiyiniz hər hansı məhkəmə işinə baxılarkən məmurların bir çox maraqları kəsişdikdə, sizə konkret məqsədlə təzyiq oluna, hətta dolayı səbəblərə görə cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Mən bu tələlərdən çıxmağı bacardım.

Bildiyiniz kimi, Mixail Yefremov işində mənə çox təzyiqlər olub. Səhərdən axşama kimi məni ya İstintaq Komitəsinə, ya da Daxili İşlər Nazirliyinə dindirməyə dəvət edirdilər. Konkret mənə işləmək imkanı vermirdilər. Hazırda məndən başqa heç kimin şikayəti yoxdur. İndi mənim siyasi fəaliyyətimə vaxtım var və tezliklə hamınız bir siyasətçi kimi mənim haqqımda çox maraqlı şeylər eşidəcəksiniz.

- Rusiya mətbuatının yazdığına görə, Dövlət Dumasının Rusiya Liberal Demokrat Partiyasından olan keçmiş deputatı Roman Xudyakov sizin “siyasi atanız” hesab olunur. Belədirmi?

- Mən deyərdim ki, əksinə - mən müəyyən qədər Roman Xudyakovun “siyasi atasıyam”. Mənə yaxın insanlar onun rəhbərliyində olduğu siyasi partiyanın inkişafına köməklik etməyimi xahiş etdilər. Ancaq bir partiya yaratmaqla yalnız özünüz və öz rifahınız haqqında düşünə bilməzsiniz. Təəssüf ki, biz bu sahədə uğur qazana bilməmişik. Mən Xudyakova səmimi dedim ki, mən daha oxşar ruhda işləyə bilmərəm - bir şey söylə, amma başqa bir şey et.

- Roman Xudyakovun Qarabağın “müstəqilliyinin” tanınmasının tərəfdarı olduğunu bilirdiniz?

- Xeyr. Mənimlə danışıqlarda o, həmişə ermənilərin əleyhinə olub, başqa cür ola da bilməzdi.

- Yeri gəlmişkən, Qarabağ haqqında indi Rusiyada nə düşünürlər?

- Qarabağ Azərbaycandır və nida işarəsi!

- Uzun illər Rusiyada yaşayan azərbaycanlı kimi Azərbaycan diasporunun fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Mən Rusiyada Azərbaycan diasporunu görmürəm. Təəssüf ki, hələ burada sözün əsl mənasında heç bir diaspor yoxdur.

- Bəs, sizcə, buna nə mane olur?

- Azərbaycanlıların özləri və ambisiyaları.

- Vəkillik fəaliyyətinizdə maraqlı, kuryoz məqamlar olubmu?

- Onlar hər zaman olur.

- Bir-iki missal çəkə bilərsiniz?

- Vəkilin peşə etikası mənə müdafiə etdiyim şəxslərin məhkəmə prosesinin təfərrüatını açıqlamağı qadağan edir. “Yefremov işi” üzrə məhkəmə zamanı haqqımda nağıllar yayıldı, amma müdafiə etdiyim insanlar mənim prinsiplərə sadiqliyimi bilirlər.
18-10-2021, 12:14
Azərbaycanda vəkilin avtomobilini YANDIRDILAR - FOTO
18-10-2021, 12:14
Azərbaycanda vəkilin avtomobilini YANDIRDILAR - FOTO
3-02-2020, 12:18
"Davay mənim balam yazını təkzib elə, yoxsa..." - Hadı Rəcəblidən əsəbi və sərt etiraz (ŞOK SƏSYAZISI)
26-12-2018, 13:59
İran azərbaycanlı müğənniyə qadağa qoydu
5-08-2021, 10:10
“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə, yenə veclərinə alan olmadı...” - GİLEY
30-12-2020, 12:31
“Gərək oturub maşına işə gedərdim” - Elmar Məmmədyarovdan etiraf
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı