Ağstafada təhsilini BELİNİ BELƏ QIRIRLAR... - İTTİHAM
capar.info : - Bəri başdan bildirək ki, Ağstafa rayon məktəblərini bu il bitirmiş məzunlardan ali məktəblərə sənəd verənlərin sayı ötən ilki nəticə ilə müqayisədə 6 faiz artıb, ali məktəblərə qəbul olunanlardan 600-dən çox bal toplayanların sayı isə əvvəlki illə müqayisədə 4 nəfər çox olmuşdur. Bu faktı ona görə əvvəldən vurğulayırıq ki, bu uğurlarda heç bir xidməti olmayan Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalov deməsin ki, jurnalistlər ictimailəşdirmək üçün yalnız nöqsanları axtarırlar. Zira, Mədət Zeynalov vəzifəyə təyin olunduğu ötən bir il müddətində öz şəxsi mənafeyini düşünməsəydi, rayon təhsilinin nailiyyətlərinin artım göstəriciləri bəlkə də bir deyil, ikirəqəmli ədədlərlə ifadə olunardı.
Redaksiyamıza Mədət bəyin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə ilginc məlumatlar daxil olub. Bildirilir ki, şöbə müdiri məktəblərdə korrupsiyaya rəvac verib: vəzifələri, dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirib, qohumbazlıq siyasəti yürüdür. Yağlı vədlər verdiyi müəllimləri öyrədib onun şərtlərinə boyun əyməyən məktəb direktorlarının üstünə saldırır, davamlı şikayətlər yazdırır, nəhayət, “ipə-sapa yatmayan” şəxsin vəzifədən kənarlaşdırılmasına nail olur.
Dəryaz qəzetinin redaksiyasna verilən informasiyada qeyd olunur ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşından başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardır ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçirirlər. Hərçənd, hiss edirlər ki, məsələyə biganə qalsalar, bu gedişlə Zeynalov öz arvadını gələn il “əməkdar müəllimlər” siyahısına da saldıracaq.
Həmçinin vurğulanır ki, Mədət Zeynalov öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satıb. BDU-nun Sosial xidmətlər fakültəsinin məzunu Fəridə Mahmudovadan 5000 manat alıb, Ağstafa şəhər 2 saylı orta məktəbə psixoloq vəzifəsinə işə götürüb.
Mövzuya qayıdacağıq.
Deryaz.az
6-09-2021, 11:12
Bakı şəhəri üzrə Təhsil İdarəsi ilin ən çətin həftəsində necə işləyir? - FOTOFAKT
27-04-2021, 10:34
ABŞ əhalisinin sayı son 10 ildə 22,7 milyon artıb
3-09-2020, 09:24
Valideynlər məktəbli formaları almağa başladılar
27-01-2020, 13:58
Ötən il Azərbaycana 3,2 milyona yaxın xarici vətəndaş gəlib
11-01-2019, 14:11
Vüsal Hüseynov: Ötən il ölkəmizə gələn əcnəbilərin sayı 6 faiz artıb
2-01-2019, 12:20
Bakıda ən çox iş yeri olan və yüksək maaş verən rayonların adları məlum olub
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU