Deputatlardan 43 milyonluq müəmmaya ETİRAZ - “Aydınlıq gətirilməlidir!”
Gündəm / Siyasət / Hadisə
Oxunub: 249
5 Kas 2021 | 06:33
Deputatlardan 43 milyonluq müəmmaya ETİRAZ - “Aydınlıq gətirilməlidir!”

capar.info : - Xəbər verdiyimiz kimi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Sumqayıt şəhəri ərazisində, birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin tikintisi məqsədilə keçirdiyi açıq tenderə yekun vurub. Bu məqsədlə qurum “Diadem” QSC-yə 43 milyon AZN məbləğində vəsait ayırıb.

Bu isə öz növbəsində cəmiyyətdə ciddi etirazla qarşılanıb. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz zəfərdən sonra dəfələrlə dövlət başçısı səviyyəsində bildirilib ki, işğaldan azad edilən torpaqlara həyat qayıdacaq, abadalaşdırma işləri aparılacaq. Ən yüksək rəsmi səviyyədə bununla bağlı qəti qərar olduğu halda MKSİF-in bu addımını dövlət büdcəsini talamaq, bu çətin günlərdə hökuməti artıq xərcə salmaq kimi qiymətləndirənlər də var.

Cəbrayıl və Qubadlı rayonlarını Milli Məclisdə təmsil edən Ceyhun Məmmədov AYNA-ya açıqlamasında deyib ki, MKSİF-in bu qərarı anlaşılan deyil: “Yaxşı olardı ki, onlar özləri bu məsələyə aydınlıq gətirsinlər. Bu tenderi niyə və hansı məqsədlər üçün həyata keçiriblər? Bu gün nəinki qarabağlılar, bütün soydaşlarımız Qarabağa getmək, orada yaşamaq həsrətindədirlər. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, işğal altında olan torpaqlarımızın hamısına həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək”.

“Prezidentin bu bəyanatından sonra hər kəs o tarixi günü gözləyir. Gözləyir ki, nə zaman doğma Qarabağa qovuşacaq. Seçicilərimlə təmaslarım zamanı bizə ünvanlanan əsas sual da bununla bağlı olur. Hər kəs bu tarixi anı gözləyir. Bütün arzularını da məhz bu kontekstdə qururlar. Açığını desəm, MKSİF-in bu barədə qərarından məlumatsızam. Doğrudan da belə bir şey varsa, məsələyə aydınlıq gətirilməlidir. Görünür, həmin yaşayış evləri şəhid və qazi ailələrinə təqdim ediləcək”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlər qaytmaq qərarında israrlıdırlar: “Bəzən belə fikirlərə də rast gəlirik ki, guya məcburi köçkünlərin bəziləri öz torpaqlarına qayıtmaq niyyətində deyil. Bu, qətiyyən belə deyil. Nəinki məcburi köçkünlər, qaçqın şəhərciklərində dünyaya göz açan, sonradan digər şəhər və rayonlara qeydiyyata düşən gənclərimiz də bu istəyini açıq bildirirlər. Bu rayonların deputatları olaraq bunu aydın görür, müşahidə edirik”.

Məmmədov bu cür ziyanlı təbliğatı “erməni dəyirmanına su tökməyə” bənzədir: “Eyni zamanda erməni mənbələrinin maraqlarına xidmət edir. Hazırda Qarabağda böyük quruculuq işləri aparılır, infrastruktur, mühüm nəqliyyat qovşaqları ərsəyə gətirilir. Qarabağın böyük gələcəyi var. Bütün məcburi köçkünlər həm keçmişinin, həm də gələcəyinin yanında olmaq istəyir. Bu günü səbirsizliklə gözləyirlər. Heç şübhəsiz, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün qarabağlılar bu istəyinə qovuşacaqlar. O gün elə də uzaqa deyil”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da AYNA-ya açıqlamasında MKSİF-in addımının anlaşılmaz olduğunu söyləyib: “O o mənzillər şəhid və qazi ailələrinə veriləcək. Hətta bunun məcburi köçkünlər üçün tikiləcəyi deyilsə də. Bununla bağlı ölkə rəhbərinin qəti mövqeyi var. Qarabağda tikiləcək evlərə məcburi köçkünlər, paytaxtda inşa olunacaq mənzillərə isə şəhid və qazi ailələri yerləşdiriləcək. Yaxşı olardı ki, Məcburi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elanını hazırlyarkən bunu nəzərə alaydı”.

Deputat bu gün Qarabağda böyük abadlıq işləri aparıldığına diqqət çəkib: “Sözsüz, görüləcək əsas işlər hələ qabaqdadır. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Heç şübhəsiz, dövlət başçısının da söylədiyi kimi, Qarabağ cənnətməkana çevriləcək. Bu tarixi günlər çox da uzaqda deyil”.

“Bütün məcburi köçkünlər Qarabağa geri dönəcək, burada yaşayıb-yaradacaq. Eyni zamanda əslən aarabağlı olan gənclərimiz də bu addımı atacaqlar. Digər regionlardan olan soydaşlarımızın da bununla bağlı arzu və istəkləri var”, - deyə Əhmədov vurğulayıb.

Məsələyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də münasibət almağa çalışdıq. Lakin Komitədən çoxsayıə zənglərimizə cavab verən olmadı.
29-01-2019, 12:34
Ümid qəsəbəsi yeni sakinlərini qarşılayır
24-11-2020, 11:24
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir
26-10-2020, 10:09
Prezident yeni tvit yazdı - Qubadlı şəhəri işğaldan azad edildi
21-06-2021, 10:40
Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
17-03-2021, 10:56
Tarixi ədalətin bərpası nəticəsində azadlığına qovuşan Qarabağda yeni həyat başlayır - Pərvin Kərimzadə
13-04-2020, 23:07
Uşaqlara qarşı alçaldıcı hərəkətlər edənlər tapıldı - RƏSMİ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı