İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyət pisləşir – Maaşlar artacaq, amma...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 225
4 Kas 2021 | 11:48
İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyət pisləşir – Maaşlar artacaq, amma...

capar.info : - Uzun müddətdir ki, əhali bahalaşmadan, xüsusilə də ərzaq məhsullarının günbəgün artan qiymətlərindən şikayətçidir. Bu narazılıq öz həllini tapmadan, bir tərəfdən kommunal xidmətlərin qiyməti qaldırıldı, digər tərəfdən də dövlət rüsumlarının artırılması üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təkliflər səsləndirilir. Bütün bunların fonunda isə insanları düşünüdürən narahatedici suallar ortaya çıxır – bahalaşma hara qədər davam edəcək?

Bu istiqamətdə AYNA-nın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.

- Xalid bəy, az qala hər şeydə sürətlə bahalaşma gedir. Ərzaq məhsullarının qiymət artımı necə deyərlər, lalı da dilə gətirib. Bu qiymət artımının əsas səbəbləri nələrdir?

- Ərzaq məhsullarının qiymətinin sürətlə artmasının səbəbi dünya ərzaq bazarında baş verənlərlə bağlıdır. Qlobal miqyasda ərzaq qiymətləri indeksi ötən il ilə müqayisədə, təxminən, 33 fazi artıb. Bunun da bir çox səbəbləri var. Səbəblərdən biri də pandemiyanın dəyər zəncirində yaratdığı problemlərdir. Daşınma xərcləri həddindən artıq yüksəlib. İşçi qüvvəsi ilə bağlı ciddi çatışmazlıq problemi var. Eyni zamanda, iqlimlə əlaqəli məsələlərin də öz təsiri var. Bəzi xammal ixrac edən ölkələrdə quraqlıq hökm sürür. Başqa bir səbəb də, Dünya Mərkəzi Banklarının apardığı kəskin ucuz pul siyasətidir. Yəni pulu ucuzlaşdırırlar və əmtəənin qiyməti qalxır. Daxili bazar amillərinin də təsirləri var. Kommunal, enerji qiymətlərinin qaldırılması, ölkə daxilində baş verən infilyasiya ərzaq məhsullarının daxili bazarda bahalaşmasına təsir göstərir.

- Bahalaşmada gömrük rüsumlarının payı nəqədərdir?

- Bahalaşmada, xüsusən də ərzaq məhsullarının qiymətinin bahalaşmasında gömrük rüsumlarının təsiri və rolu yoxdur. Çünki hökumət əhalinin ərzaq qiymətlərinə həssas olduğunu bildiyinə görə bahalaşma başlayanda un, buğda məhsullarının Əlavə Dəyər Vergisini ləğv edib. Hətta sentyabr ayından dəyirmanlara subsidiya mexanizmi də təkmilləşdirilib və buğda, un məhsullarının bahalaşmaması üçün tədbirlər görülür. Yəni tətbiq olununan rüsumların heç biri ərzaq məhsullarına aid deyil. Artırılan rüsumlar isə gələn ildən olacaq. Bu baxımdan, rüsumların cari vəziyyətə heç bir təsiri yoxdur. Əksinə, dövlət ərzaq məhsullarının qiymətinin atmaması üçün müəyyən güzəştlər edir.

- Əhali bahalaşmadan narazılıq edərkən, dövlət rüsumlarının da artırılması nəzərdə tutulur. Bu nəzərdə tutulan artım baş verərsə, vəziyyətin necə olacağı ilə bağlı proqnozlarınız nədir?

- Rüsumların artırılması və aksizlərin tətbiqi əsasən spirtli içki məhsullarına, tütün məhsullarına, birdəfəlik xidmətlərin alınmasına istiqamətlənib. Onları tətbiqi də gələn ildən olacaq. Bu istiqamət tətbiq olunan rüsumlar əhalinin istehlak səbətində əhəmiyyətli yer almır. Artan rüsumlar elədir ki, onlara insanlar hər ay, hər il müraciət etmirlər, edənlər də imkanlı təbəqədir. Ona görə də sırf bu rüsumların artırılmasının əhalinin sosial vəziyyətinə ciddi təsirini proqnozlaşdırmıram. Amma dediyim kimi, qlobal ərzaq məhsulları qiyməti indeksinin artması, eyni zamanda, qeyri-ərzaq qiymətlərinin bahalaşması dövlətin xidmətlərinin qiymətinin artması, kommunal xidmətlərin bahalaşmasının əhalinin sosial vəziyyətinə ciddi təsiri gözləniləndir.

- Hökumət tərəfindən maaşların artırılacağı bildirilib. Böyük artım gözləniləndirmi?

- Bəli, maaşlarda artım gözləniləndir və hətta büdcənin avqust layihəsində də nəzərdə tutulmuşdu. Buna paralel olaraq oktyabr ayında da Prezident sərəncamı ilə hökumətin bu istiqamətdə tədbirləri sürətlə hazırlaması və büdcədə düzəlişlərin edilməsinə dair sərəncamı mövcuddur. Gözlənilir ki, həm dövlət sektorunda işləyən, dövlət idarəetmə aparatında - təhsil, səhiyyə, mədəniyyət, idarəetmə orqanları, hüquq-mühafizə orqanları və s. maaş alanların məvacibi artırılacaq. Dövlətdən sosial təqaüd, sosial müvainət, pensiya alan şəxslərin də müavinətləri artırılacaq. Bundan əlavə, minimum əməkhaqqının artırılması ilə özəl sektorda da əməkhaqqının artırılması gözlənilir. Bu, dəqiqdir.

- Özəl sektorda işləyənlərə bu vəziyyət necə təsir edəcək? Əvvəlki maaşla artan qiymətlərə ayaq uydura biləcəklərmi?

- Statistika Komitəsinin verdiyi məlumata görə, ərzaq qiymətləri indeksi son bir ildə ölkədə 10.4 faiz artıb, real orta əməkhaqqı isə çox aşağıdır. Son bir ildəki infilyasiya 8 faizin üzərindədir. Hazırda qiymətlərin artımı əməkhaqqını üstələyir. İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyətləri pisləşib. Özəl sektorun özü ciddi çağırış qarşısındadır. Aldıqları məhsulların, xidmətlərin dəyəri bahalaşmaqdadır. Dövlət də həm enerji resurslarının qiymətini qaldırıb, həm də mal və materialların qiyməti sürətlə bahalaşmaqdadır. Qiymətləri özəl sektor istədiyi kimi artıra bilmir. Çünki əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Özəl sektor üçün çətin perioddur və vəziyyətlə ayaqlaşmağa çalışır.

Hökumətin gələn ildə sosial xərclərinin və cari xərclərinin artmasından özəl sektor da faydalanacaq. Tələbat artacaq, insanların alıcılıq qabiliyyəti yüksələcək və özəl sektorda çalışan insanların da gəlirləri bir qədər arta bilər. Üstəlik də, cari xərclərin artması iqtisadiyyatda dinamikanı artıracaq və bundan özəl sektor qismən yararlanacaq. Lakin hazırda çətin dövrlərini keçirirlər.
23-10-2021, 00:09
Ərzaq niyə bahalanır: Elman Rüstəmov bu dəfə düz danışırmı? - TƏHLİL
12-10-2021, 17:46
"Bazarda hər şey olduğu halda niyə bahalaşma olur ki?!" - Deputatdan SƏRT REAKSİYA
12-10-2021, 17:40
"Bazarda hər şey olduğu halda niyə bahalaşma olur ki?!" - Deputatdan SƏRT REAKSİYA
21-09-2021, 12:01
Bu, bahalaşmada son hədd deyil... - NƏ ETMƏLİ?
19-08-2020, 15:18
Azərbaycan əhalisi ən çox pullarını hara xərcləyir?
13-08-2020, 13:12
Ötən ay bu məhsullar ucuzlaşıb
Bugün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Bugün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Bugün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Bugün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Bugün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Bugün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Bugün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Bugün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü