"Xankəndini Meğri ilə dəyişmək sarayla tövləni dəyişmək kimidir...” - REAKSİYA
Gündəm / Siyasət / Hadisə
Oxunub: 223
3 Kas 2021 | 10:55
"Xankəndini Meğri ilə dəyişmək sarayla tövləni dəyişmək kimidir...” - REAKSİYA

capar.info : - “Son günlər Azərbaycan cəmiyyətində qədim Zəngəzur torpağımızdan Naxçıvana və Türkiyəyə keçən yolun açılışına nail olmaq üçün guya həmin dəhlizin keçdiyi hüquqi cəhətdən Ermənistana aid Meğri ərazisinin Azərbaycan Respublikasının Xankəndi şəhəri ilə dəyişdirilməsinin mümkünlüyü barədə fikirlər səslənir. Hətta bildiyimə görə, erməni saytları da bu iddianı tirajlamağa başlayıb. Həm 1-ci Qarabağ savaşında məhz Xankəndi, Şuşa ətrafındakı polis və ordu əməliyyatlarının, döyüşlərin iştirakçısı kimi, həm də sadəcə, o torpaqlarda ömrünün xeyli hissəsini yaşamış və o yurdlardan məcburi köçkün olan Azərbaycanın bir vətəndaşı kimi belə mülahizələrə qəti şəkildə etiraz edirəm. Bunlar ilk növbədə haqsız, ədalətsiz, həm də tamamilə məntiqsiz fikirlərdir”.

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov səsləndirib.

“Əvvəla, heç kəs xalqla hesablaşmadan, müvafiq referendum, digər qanuni prosedurlar həyata keçirmədən Vətənin hansısa torpağını qonşu, özü də düşmən, işğalçı ölkənin torpağıyla dəyişə bilməz. İkincisi, unutmaq olmaz ki, Ali Baş Komandanın da dəfələrlə təkrar etdiyi kimi, Zəngəzur da, Meğri də digər Qərbi Azərbaycan əraziləri kimi bizim tarixi dədə-baba torpaqlarımızdır. Mən də bir sıra döyüşçü dost və zabit həmkarlarımın o fikrini dəstəkləyirəm ki, biz Azərbaycan xalqı, dövləti olaraq qəsbkar Ermənistanla sərhədlərimizin demarkasiya və delimitasiyasının sovet dövrünün xəritləri ilə deyil, 1918-1920-ci illərdəki 114 min kvadrat kilometrlik ərazisi olan müstəqil dövlətimizin, Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri üzrə aparmalıyıq. O halda artıq Zəngəzur dəhlizinə-filana ehtiyac qalmayacaq. Çünki həmin ərazi sovet Rusiyasının qanunsuz olaraq əlimizdən alaraq Ermənistana bağışladığı digər torpaqlarımız kimi Azərbaycan Respublikasının ərazisinə qatılacaq. Üçüncüsü, Xankəndini dəyişəcəyimiz halda gərək Şuşa rayonunun Xankəndinə yaxın Malıbəyli, Quşçular və s. kəndlərini, eləcə də Xankəndidən Ermənistana gedən yolun üzərindəki digər yaşayış məntəqələrimizi, həmçinin Laçın dəhlizi deyilən ərazini, yəni Laçın şəhəri və ətraf kəndləri də ermənilərə bağışlayaq. Özünüz düşünün, bu mümkündürmü? Azərbaycan xalqı, həmin torpaqların sakinləri buna razı olarmı? Və dördüncüsü, qanuni və tarixi Azərbaycan torpaqlarının hər qarışı bizim üçün əzizdir, gözəldir. Amma bir reallıq var. Gözəl mənzərəli Xankəndi və Şuşa-Laçın yolu hara, qupquru, çılpaq dağlı Meğri ərazisi hara? Şuşanın mənzərəsi gözəl olsa da, havası, suyu saf olsa da, dəniz səviyyəsindən 1700 metrə yaxın hündürlükdə yerləşdiyi üçün hər insan, xüsusən meteo-həssas insanlar orada yaşaya bilməz. Amma Xankəndinin, eləcə də yaxınlıqdakı Malıbəyli, Quşçular kəndlərinin iqlimi dağ və düzən iqlimi arasında dəyişdiyindən yaşayış üçün çox rahatdır. Niyə bizlər, Azərbaycan xalqı o rahat, gözəl yurdlarda yaşamayaq? Bütün deyilənləri təhlil edəndən sonra belə nəticəyə gəlirsən ki, Xankəndi ilə Meğrini dəyişmək saray ilə tövləni dəyişmək kimidir. Odur ki, bunu heç kəs heç ağlının ucundan da keçirməsin” –deyə Şuşa rayonunun Xankəndiyə bitişik Malıbəyli kəndindən məcburi köçkün olan kəşfiyyatçı polkovnik vurğulayıb.
3-11-2021, 10:55
"Xankəndini Meğri ilə dəyişmək sarayla tövləni dəyişmək kimidir...” - REAKSİYA
2-10-2020, 14:59
Ordumuzun VACİB UĞURU: Gorus-Xankəndi yolu darmadağın edildi
3-09-2021, 10:42
30 illik “xəyalın sonu”: Xankəndində matəm, Şuşada çal-çağır... - GƏLİŞMƏ
28-09-2020, 10:39
Düşmənin məhv edilən tabor komandiri kimdir?
9-11-2018, 13:20
Ehtiyatda olan zabit ehtiyatda olan komandir polkovnik Akif Səlimovun ad gününü belə təbrik etdi
5-11-2020, 13:53
Separatçı məmur Azərbaycan Ordusunun gücünü etiraf etdi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı