"Reklam çarxı haqlı olaraq efirə buraxılmadı" - QALMAQAL

capar.info : - ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə AzTV sədri Rövşən Məmmədli arasında qalmaqal baş verib.
Bakupost.az xəbər verir ki, buna səbəb V. Mustafayevin AzTV-də yayımlamaq istədiyi videoçarxa imtina cavabı alması olub.
Bununla bağlı ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov bəyanat yayıb.
Həmin bəyanatda deyilir:
“Saat fabriki olan VMF Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Ermənistan Silahlı Qüvvələri üzərində möhtəşəm qələbəsini əbədiləşdirmək üçün 2020-ci ildə fabrik “Qələbə vaxtı” kolleksiyasının istehsalına başladı və düşməndən azad olunan rayonlarımızın adlarını saatlara həkk etdi. Həmin dövrdə ANS-in reportyorları ön cəbhədən məlumatları tamaşaçılara çatdırırdı. Arxa cəbhədə də VMF fabriki gərgin işləyərək, düşmən üzərində zəfər çaldığımız ərazilərin adlarını əbədiləşdirirdi.
Zəfər günü ərəfəsində də VMF fabriki bu saatları nümayiş etdirmək üçün videoçarx hazırlayaraq, onu ölkə telekanallarında nümayiş etdirmək istədi. Bu həm də VMF fabrikinin vətəndaşlar qarşısında hesabatı idi. Təbii ki, bu yayım üçün vəsait də ayrıldı. Lakin maraqlı bir hadisə baş verdi: dövlət kanalı olan AZTV bu çarxı olduğu kimi yayımlamaqdan imtina etdi. Bildirdi ki, reklam çarxı AzTV-yə uyğun gəlmir. Amma Rövşən Məmmədli onu da deyib ki, videoçarx hər hansı problemsiz Mədəniyyət və İdman kanallarında yayımlana bilər. Sual çıxır: əgər bu çarx AzTV-də yayımlana bilməzsa, həmin TV-nin o biri kanallarında necə yayımlana bilər?! Bu mövqe anlaşılan deyil axı, AzTV kommersiya qurumu deyil, büdcədən maliyyələşən kanaldır. Büdcəni maliyyələşdirən şirkətlər sırasında VMF NF də var, yeri gəlmişkən...
AzTV-nin sədri Rövşən Məmmədli belə bir “irad” da tutub ki, “Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə vermək olmaz! Bundan əlavə, AzTV sədrindən daha bir “göstəriş”: VMF-in reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış “Qələbə kolleksiyası”ndan olan saat görüntüləri çıxarılmaldır. Niyə? Əsgərlərimizin canı, qanı bahasına aldığımız rayonların adlarını niyə və kimdən gizlətməliyik? Bunu düşmən tərəfi desəydi, təbii, anlaşılan olardı. Axı niyə bizim dövlət kanalı Azərbaycan malını reklam etməkdən boyun qaçırır? Özü də elə bir zamanda ki, televiziyalar maliyyə çatışmazlığından gileylənirlər.
VMF fabriki bu möhtəşəm qələbəni əbədiləşdirmək istəyirdi. Fabrikin əməkdaşları bu işi o qədər entuziazmla görürdülər ki... Amma bu gün hamı AzTV rəhbərliyinin mövqeyindən şoka düşüblər və anlamırlar ki, nə pis iş görüblər. 1941-45-ci illərdə Böyük Vətən müharibəsindən sonra Rusiyada qəhrəman şəhərlərin adları ilə saatlar buraxıla bilərdi, amma biz istehsal etdiyimiz saatları “Qələbə vaxtı” kolleksiyamızı nümayiş etdirə bilmərik?! Axı niyə? Niyə yerli sahibkarlarımızı, yerli istehsalımızı belə “əzməliyik”?!
Bu adamlar və onların rəhbərləri baş verənlərin əsl məqsədini anlamırlar. Düşmən üzərində möhtəşəm qələbə müasir Azərbaycan tarixində yeni səhifə yazdı. Azərbaycan bu gün təkcə neft-qaz istehsal edən ölkə deyil, biz gəmi tikirik, kosmosu fəth edirik, magistral yol çəkirik və... əvvəllər yalnız İsveçrə, Yaponiya və s. ölkələrdən aldığımız dəqiq mexanizmləri indi özümüz istehsal edirik. Bunun nəyi pisdir? AzTV-nin rəhbərliyinin qürur hissi yoxdur?”.
Məsələylə bağlı qarşı tərəf – AzTV-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, həmin vedeoçarxın efirə verilməməsinin peşəkarlıq və ideoloji baxımdan ciddi əsasları var:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə bağlı bütün fəaliyyətimiz və efir siyasətimiz məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda qəhrəmanlığına, canından keçən şəhidlərimizin igidliyinə və qazilərimizin şərəfli döyüş yoluna həsr olunub. Bu mövzuda hər gün müxtəlif sənədli və bədii filmlər, videoçarxlar, siyasi-ideoloji verilişlər hazırlanır. Eyni zamanda, kanala kənardan da qeyd olunan mövzuda filmlər, videoçarxlar, kliplər təqdim olunur. Lakin AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə.
Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır. Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda multiplikativ xarakter daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib. Bir qədər dəyişiklik etmək, xüsusən də “Vətən müharibəsinin əsas şüarı olan “Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib.
Bilirsiniz, “Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir. Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı.
Ümumiyyətlə, AzTV olaraq hər kəsə, o cümlədən reklam şirkətlərinə məsləhət görərdik ki, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış zəfər tarixini reklam etdikləri məhsullarla uyğunlaşdırarkən diqqətli olsunlar və bu müqəddəs tarixin çəkisinə azacıq da olsa xələl gətirən heç nəyə yol verməsinlər. Buna heç kəsin haqqı yoxdur”.//dia.az
29-09-2020, 10:15
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
25-12-2018, 14:47
Neymarın uşaqlıq arzusu - Peçenye fabriki
9-08-2021, 15:20
Dövlət televiziyasında AĞAYANA YEYİNTİ... - FAKTLAR
5-08-2021, 08:55
Qanunlar AzTV sədri üçün İŞLƏMİR? - FOTOFAKT
3-12-2020, 15:30
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
21-12-2018, 14:57
Gürcüstanda Azərbaycan şirkətinin fındıq fabrikinə silahlı basqın olub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı