Ermənistandan Qarabağa müəmmalı maliyyə yardımları - nə vaxtadək göz yumacağıq?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 260
30 Ekm 2021 | 19:55
Ermənistandan Qarabağa müəmmalı maliyyə yardımları - nə vaxtadək göz yumacağıq?

capar.info : - Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ regionunun bir hissəsində müvəqqəti məskunlaşan rus sülhməramlılarının məsuliyyət zonasında yerləşdirilmiş erməni əhali üçün daha 27 milyon dollar (13,575 milyard dram) ayırıb. Bu barədə Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.

“Analoji qərar bu il artıq 5-ci dəfədir ki, qəbul edilir. İyula qədər 65 milyard dram (130 milyon dollar) ayrılmışdı. İyuldan isə ümumi məbləğ daha 57 milyard dram (114 milyon dollar) artırıldı”, - Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan deyib.

Göründüyü kimi, İrəvan hələ də sanki öz ərazisi kimi bir ovuc ermənilərin qaldığı separatçı anklava, Xankəndiyə rəsmi şəkildə maliyyə dəstəyini davam etdirir. Aydındır ki, hələlik Azərbaycan sırf humanitar səbəbdən Laçın dəhlizi ilə ermənilərin bölgə ilə rahat gediş-gəlişinə mane olmur. Ancaq bunun da sonu gələcək.

Bəs Ermənistandan Qarabağa təyinatı müəmmalı olan maliyyə yardımlarına Bakı nə vaxtadək göz yumacaq? Yummalıdırmı hələlik? Yoxsa etiraz bildirməlidir? Bu vəsaitlərin xərclənməsinə hansısa nəzarət mexanizmi mümkünmü?

Siyasi şərhçi Azər Hüseynov Azərbaycanın məsələlərə səbirlə yanaşmasını belə izah edir: “Ermənistan bunu daxili auditoriya üçün edir. Azərbaycanın bu məsələlərə səbirlə yanaşması daha böyük mənfəət üçündür. Paşinyan hakimiyyəti güzəştlərə meyllidir - daxili müxalifətə baxmayaraq. Ona görə bizdə Paşinyanı tam ”urvatsız" etmirlər. Zatən əgər Paşinyan sülhə imza atıb ərazi bütövlüyümüzü tanısa, həmin sənəd boş və mənasız olacaq. Bizdə diqqətimizi ona cəmləməliyik. Hadisələri anlamaq üçün ipləri gərək bir-biriylə düzgün bağlayaq, Ərdoğanın səfəri, Erbaşın Şuşa səfəri, Hulusi Akarın Ermənistanla bağlı söylədikləri, Ermənistanın daxilinə oynaması normaldır. Amma biz də arada başa salmalıyıq ki, Paşinyan, çaşıb artıq əskik edərsən, başına hər an yumruq dəyə bilər". Ermənistan daxilində millətçi qüvvələr də yox deyil. Onlara qarşı biz də millətçi düşərgəyə dövlət dəstəyi verməliyik".

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva isə bunları düşünür: “Öncə onu qeyd edim ki, Ermənistan 2021-ci ildə bir neçə beynəlxalq humanitar təşkilatdan postmüharibə dövründə mülki əhalinin sosial müdafiəsinin təmin olunması üçün aktiv şəkildə qrantlar alır. Məsələ ondadır ki, beynəlxalq hüquqda postmüharibə dövrünün reallıqlarını ifadə edən bir neçə kriteriyalar var ki, onlar müharibəni başlayan, təhrikçi və ya iştirakçı tərəflərin zərərçəkən kimi müəyyənləşməsində vacib rol oynayır. Öncəliklə burda əsas kriteriya müharibəni onun fəsadlarını hesablamayaraq, populist siyasətə arxayın olaraq başlayan tərəfin müharibənin nəticəsindən asılı olmayaraq zərərçəkmiş tərəf hesab olunması ədalətli deyil. Çünki müharibənin başlanması şərtlərindən biri və birincisi sülhü və ədaləti təmin etmək olmalıdır. Müharibənin nəticəsindən asılı olmayaraq postmüharibə dövründə zərərçəkən tərəf müharibə ərazisində gedən, infrastrukturları dağıdılmış tərəf, yəni Azərbaycandır.

Bir cümlədə onu belə qeyd edə bilərik ki, müharibəni qalibiyyətlə başa vurmağımız heç bir halda bizi zərərçəkmiş olmaqdan məhrum etmir. Müharibəni başlamış və Azərbaycan ərazisində 30 il işğal fakt həyata keçirmiş, Azərbaycan ərazilərini talamış Ermənistan beynəlxalq humanitar instansiyalar qarşısında özünü zərərçəmiş qismində qəbul etdirməyə çalışır və çox zaman da buna nail olur. Burda həmçinin Ermənistana Azərbaycan ərazisində apardığı müharibənin fəsadları kimi ”dağılmış iqtisadiyyatın" bərpası üçün ayrılan 2,6 milyard avro maliyyə paketinin verilməsini, Avropa İttifaqı Şərq Tərəfdaşlıq proqramı çərçivəsində Ermənistana 1,6 milyard maliyyə ayırmasını nümunə göstərə bilərik. Bundan kənarda Avropa İttifaqı və Dünya Bankının Şərq Tərəfdaşlığı üzv ölkələrə infrastruktur layihələri çərçivəsində ayrılan layihələrdən Ermənistan məhz postmüharibə dövrünün mülki müdafiəsi çərçivəsində, infrastrukturun bərpası adı altında alır. Bu maliyyələrin bir hissəsini də Azərbaycan ərazilərindəki separatçı anklava xərcləyir.

Amma bunlar bizə məlum olan faktlardır. ABŞ, Avropadakı erməni lobbi təşkilatları yüz bəhanə ilə maliyyə toplayıb Qarabağa göndərir və biz bu maliyyələrin həcmi və təyinatı ilə bağlı məlumatsızıq. Hardadır qarantiya ki, humanitar vəsait və yük adı altında gətirilən, infrastrukturların tikilməsi üçün bütün dünyadan dilənib, dolanıb gətirdikləri maliyyə məhz hərbi təyinatlı infrastrukturların bərpasına, yenilənməsinə sərf edilmir. Məsələ ondadır ki, Laçın dəhlizi ilə humanitar da olsa yüklərin daşınmasında nəzarətimizin olmaması məsələni çətinləşdirir, Rusiya sülhməramlılarının nəzarət mexanizmləri isə bir çox hallarda yoxdur, bir çox hallarda isə yetərincə güvənli deyil. Ermənistanın Qarabağa təyinatı müəmmalı olan maliyyə yardımlarına, ümumiyyətlə, bu bölgədəki maliyyə, infrastruktur layihələrin şəffaflığı bütün mümkün üsullarla təmin edilməlidir. Aydın məsələdir ki, qarşı tərəf bu istiqamətdə xoş təşəbbüsləri göstərməyəcək, amma bu Azərbaycana bu istiqamətdə addımlar atmağa mane olmamalıdır. Postmüharibə dövründə, bu aralıq müddətdə Qarabağda maliyyə axını, humanitar yüklərin köçürülməsi və s. kimi mövzularda nəzarətsiz köçürmələrdə şəffaflığın, nəzarət mexanizmlərinin təmin olunması Azərbaycan dövlətinin məsuliyyəti və öhdəliyidir. Bu istiqamətdə Azərbaycanın qanunvericiliyinin baza əsasları və beynəlxalq təcrübənin bir sıra mexanizmlərinin tətbiqi ilə Azərbaycan öz ərazilərində təyinatı bəlli olmayan maliyyə və yüklərin şəffaflığını təmin edə bilər".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov Ermənistanın separatçı rejimə maliyyə ayırmadığını qeyd etdi: “Ermənistanda Xankəndinə ayrılmış maliyyə yardımının təqdimatı qəsdən daxili kütləyə hesablanıb və onun üçün bu formada təqdim edilir. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən açıq və birbaşa maliyyə yardımının edilməsi Azərbaycana qarşı deyil. 10 noyabr bəyanatını imzalayan digər tərəflərdən biri olan Rusiyaya qarşı da açıq demarş olar. Xaçaturyanın açıqlaması sadəcə olaraq Qarabağdan Ermənistanın müxtəlif bölgələrində qalmış, sosial təminatla təmin olunmayan ermənilərin gözünə üfürmək üçündür, yəni daxili auditoriyanı çaşdırmaq məqsədi daşıyır. Qarabağın müxtəlif yerlərindən Ermənistana getmiş bir çox ermənilər yaşam şəraiti ilə təmin olunmayıblar. Bunu İrəvandakı aksiyalarda görürük. Bu baxımdan ola bilər ki, Ermənistanda ayrılmış maliyyə yardımı Qarabağdan didərgin düşmüş ermənilərin Ermənistanın ərazilərində yerləşdirilməsi və onlara yaşayış şəraitinin qurulması ilə bağlı olsun. Ermənistanın Qarabağdakı separatçı rejimə maliyyə ayırması niyyəti burada da görünmür. Çünki öncəliklə Rusiya buna göz yummaz. Nəzərə alaq ki, Ermənistan rəhbərliyində təmsil olunan şəxslərdən son aylarda Qarabağa səfərlər edən görmürük”.
“Yeni Müsavat”
19-12-2018, 14:22
Yanvar-noyabrda Azərbaycandan MDB ölkələrinə 1 milyard dollar dəyərində məhsul ixrac olunub
10-06-2020, 12:18
Azərbaycan Yəmənə 25 min dollar məbləğində yardım ayırıb
16-10-2020, 10:24
Gürcüstanın Azərbaycana borcu açıqlanıb
15-12-2018, 14:32
Azərbaycandan Gürcüstana “pul axını” davam edir
14-06-2021, 15:11
Azərbaycana birbaşa xarici investisiyalar artıb
12-09-2020, 11:38
QHT rəhbərlərindən Minsk Qrupu həmsədrlərinə MÜRACİƏT
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı