İrəvan Bakının şərtini qəbul etdi: Əliyevlə Ərdoğanın mesajı - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 260
27 Ekm 2021 | 10:59
İrəvan Bakının şərtini qəbul etdi: Əliyevlə Ərdoğanın mesajı - TƏHLİL

capar.info : - Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qısamüddətli olsa da, zəngin proqrama malik idi.

Türkiyə liderinin proqramını zəngin edən isə səfərin siyasi əhəmiyyəti və Bakı-Ankara strateji mövqelərinin möhkəmlənməsi ilə bağlıdır.

Ərdoğanın ilk ünvanı Füzuli Beynəlxalq Hava Limanı idi. Diqqət çəkən məqama gəlincə, qeyd edə bilərik ki, Türkiyə lideri hava limanına məhz öz təyyarəsi ilə eniş gerçəkləşdirdi, bu, özündə böyük siyasi və simvolik mənaları ehtiva edir.

İkincisi, hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana hava limanının simvolik açarları təqdim edildi.

Həmin simvolik açarların mənası: Yəni, Qarabağın açarı bizdədir və regional məsələlərdəki mübahisə doğuracaq kilidlərin açarları bizik.

Füzuli aeroportu həm də strateji əhəmiyyətə malikdir, ümumiyyətlə Qarabağda hava limanlarının tikintisi həmin ərazilər üçün yeni təhlükəsizlik zolağının yaradılmasına hədəflənən strategiyadır.

Əliyevlə Ərdoğan daha sonra Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydu.

Bu avtomobil yolu Zəngəzur dəhlizinin tərkib hissəsidir, hərçənd ki, bugünə qədər Ermənistan bu məsələyə qarşı çıxan bəyanatları gündəmə daşıyırdı.

İlham Əliyev dəmiryolu ilə yanaşı, avtomobil yolunun da Zəngəzur dəhlizinin tərkib hissəsi olmasını şərt kimi irəli sürmüşdü.

İndi yolun təməlinin qoyuluşu onu göstərir ki, Ermənistan həmin şərti qəbul etmək məcburiyyətində qalıb.

Demək ki, bu zamana qədər Ermənistandan verilən bəyanatlar sadəcə daxili auditoriyanın gözünə kül üfürmək idi.

Hazırda iki ölkə - Azərbaycan və Türkiyə maraqlarını Rusiya ilə uzlaşdırır, Qərb isə hələlik “ofsaytda” görünür.

Rusiya ilə Türkiyəni yaxınlaşdıran səbəblər isə Qərbin hər iki ölkəyə qarşı münasibətindəki sürüşkən mövqeyidir.

Buna görə də, Azərbaycan-Türkiyə-Rusiya üçbucağı önə çəkilir, hərçənd ki, burada Moskvanın maraqlarının böyükmiqyaslı ambisiyaya çevrilməməsi Bakı-Ankara ortaq strateji gedişatlarına daxildir.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqroparkı”nın açılışını etdikdən bir neçə saat sonra mətbuata birgə bəyanat verdilər.

İlham Əliyevin çıxışının əsas tezisləri:

1. Bakı-Ankara əməkdaşlığı regional işlərdə, hətta dünya çapında önəmli amilə çevrilib;

2. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli faktorlardan biridir;

3. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Bu o deməkdir ki, Bakı-Ankara tandemi dəhlizin reallaşması üçün bütün vasitələrdən istifadə etmək iqtidarındadır;

4. İlham Əliyev 10 ölkənin (ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya) Ankaradakı səfirlərinin Gəzi hadisələrinə görə həbs olunan Osman Kavalanın azadlığa çıxmasını tələb etmələrini tənqid edib.

“Heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik”, - deyə İlham Əliyev bəyan edib.

Bu, Bakının bütün məsələlərdə Ankaranın yanında olduğunun bəyanıdır.

Rəcəb Tayyib Ərdoğanın mesajlarına gəlincə:

1. Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələri gələcəkdə daha da dərinləşəcək;

2. Regiondakı yeni layihələr bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Bu tezis İrana və Gürcüstana mesaj xarakteri də daşıyır. Tehran Bakı ilə son gərginlikdən sonra Zəngəzur dəhlizinə qarşı çıxır, Gürcüstan isə bu koridora qoşulub-qoşulmayacağına dair tərəddüdlərini dilə gətirir;

Prosesin ağrısız keçməsi üçün isə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması zəruridir. Ərdoğanın bu yöndə verdiyi mesaj əsasən Ermənistana və onun yatmış revanşist duyğularını oyatmağa çalışan qüvvələrə xəbərdarlıqdır. Yəni “sən də, sənə havadar olanlar da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” ismarışıdır.

“Əgər Ermənistan Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq”, - deyə Ərdoğan bildirib.

Ərdoğanın bəyanatı göstərir ki, Ermənistanın mövqeyi onun taleyini müəyyən edəcək.

Əliyev-Ərdoğan təmaslarında liderlərin hərəkətləri onların son proseslərin nəticələrindən məmnun qaldıqlarının göstəricisidir. Amma bu məmnunluq təbii ki, bəzi qüvvələri narahat edir, bununla belə proses qarşısıalınmaz xarakter alıb. Kimin nə istəməsindən asılı olmayaraq, Bakı-Ankara öz maraqlarını diktə edən ikiliyə çevrilir.
6-09-2021, 10:57
"Füzuli hava limanının açılışı bütün regionu birləşdirəcək" - Pol Qobl
27-10-2021, 09:29
Azərbaycan təkcə müharibəni udmayıb, həm də... - HƏQİQƏTƏN DƏ...
8-01-2021, 10:08
Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək
16-06-2021, 10:17
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək
24-05-2021, 14:38
Ərdoğanın Azərbaycana nə vaxt gələcəyi AÇIQLANDI
8-12-2020, 15:43
Ərdoğanın Bakı səfərinin təfərrüatları açıqlanıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı