Bakıda DƏHŞƏT QƏTL : Birini doğradı, birini... - FOTO
Capar.info : - Bakıda kişi arvadı ilə intim münasibətdə olmasından şübhələndiyi şəxsi qətlə yetirib.
Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib. Məlumata görə, hadisə 2019-cu il sentyabrın 29-da paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
Materiallarda göstərilir ki, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsindəki evlərdən birinin girişində dəhlizdə bədəni, paltarları və ətrafı qana bulaşmış, üzü üstə uzanıqlı vəziyyətdə kişi meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, qonaq otağına və mənzilin girişinə kamera quraşdırılıb.
Bundan əlavə, istintaq zamanı otaqda əşyaların dağınıq, stulların aşmış vəziyyətdə olması müəyyən olunub. Həmçinin döşəmədə çoxlu sayda qan ləkələri aşkarlanıb.
Qətl olan ev
İş üzrə dindirilmiş Aqşin Quliyev bildirib ki, 2000- ci ildə Sahilə Cəfərova ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub.
Onların 3 övladı dünyaya gəlib, Bülbülə qəsəbəsində yaşayıblar. Aqşin 2005-ci ildən Dövlət Neft Şirkətinin Texnoloji Nəqliyyat Departamentində sürücü-motorçu işləyib. Həyat yoldaşının əvvəllər onlarla qapı qonşu olan, sonralar isə Xəzər rayonunun Şağan qəsəbəsinə köçüb, orada yaşayan İlham Həşimovla münasibətinin olmasından şübhələndiyi üçün evdə dəfələrlə onunla mübahisə edib. Şübhələnməyinin səbəbi qonşuların ona qarşı münasibətlərinin dəyişməsi, həmçinin bir neçə dəfə İlhamın onların evinin yanında gəzməsi, pəncərələrinə tərəf baxması olub.
Növbəti mübahisədən sonra, sentyabrın 2-də arvadını və uşaqlarını Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan qayınatasının evinə göndərib. Həmin vaxtdan hadisə baş verən günə kimi evdə tək yaşayıb. Sentyabrın 29-dək İlham Həşimovla bir neçə dəfə telefonla əlaqə saxlayıb, ona görüşmək istədiyini deyib. Keçmiş qonşusu, əvvəl işlərinin çox olmasını bəhanə edərək, görüşdən yayınıb.
Aqşinin istintaq fotosu
Nəhayət, sentyabrın 29-da görüş barədə razılaşıblar və səhər saat 11 radələrində İlham onun evinə gəlib. Öldürəcəyindən şübhələnməməsi üçün onunla xoş görüşüb. Qonaq otağında əyləşib, ona şübhələri barədə danışıb. Həyat yoldaşı ilə nə kimi münasibətlərinin olub-olmadığını soruşanda, İlham and-aman edib. Onun arvadı ilə heç bir münasibətinin olmadığını deyib, hətta telefonunu da baxmaq üçün ona təqdim edib. Telefona baxdıqdan sonra Həşimovun arxasına keçən Aqşin, televizorun yanında qoyulmuş şüşə qabı götürərək İlhamın baş nahiyəsinə durmadan zərbələr vurmağa başlayıb. Qab qırılsa da, zərbələr vurmağda davam edib. Şüşə qırığı sağ əlinin baş barmağını kəsib, İlham zərbələrin təsirindən səndələyib. Bundan sonra Aqşin əvvəlcədən hazır qoyduğu bıçağı götürüb, bu dəfə Həşimovun sol qabırğa və qarın nahiyəsindən xəsarətlər yetirib. AQşin verdiyi ifadədə göztərir ki, İlhama neçə bıçaq zərbəsi vurmağını xatırlamır. İlham qapını açıb bloka qaçmaq istəyib və qışqırmağa başlayıb.
Hadisə anı
Amma Aqşin onun qolundan dartıb, qapını arxadan bağlayıb və yenidən bıçaqla zərbələr vurmağa davam edib. Həşimov üzü üstə yıxılanda, arxadan boyun nahiyəsindən tutub boğazını kəsib. Həmin vaxt hələ o, sağ olub. Boğazını kəsdikdən 1-2 dəqiqədən sonra nəfəsi kəsilib.
Səs-küyü eşidən qonşular qapını döyməyə başlayıblar. Üst-başı qanlı olduğu üçün hamam otağında paltarlarını dəyişib, yuyunub. Bıçağı da yuyaraq, şalvarının cibinə qoyub. Hamamdan çıxanda, böyük qardaşı Afərin pəncərənin barmaqlığının kilidini sındıraraq evə daxil olduğunu görüb. Blokda olan qonşulara yalandan polisə gedib könüllü təslim olacağını deyib. Amma qardaşının keçmiş arvadı ilə münasibəti olan həmkəndlisi, həmçinin uzaq qohumu Füzuli Şirinovu da öldürməyi qərarlaşdırıb. İlhamı öldürdüyünə görə, onsuz da cinayət məsuliyyətinə cəlb olunacaq deyə, Füzulini də qətlə yetirib, hər iki əməlinə görə cəza çəkmək barədə düşünüb. Bu məqsədlə evdən çıxıb, piyada maqistral yola doğru gedib, maşınla Rəsulzadə qəsəbəsinə yollanıb. Ərazidə “sınıqçı” kimi tanınmış Füzulinin yaşadığı evi tapıb. Daha sonraŞirinovun mənzilinə qalxıb və qapının zəngini basıb. İçəri girəndə Füzulinin digər otaqda xəstəyə baxdığını görüb, ona görə də dəhlizdə gözləyib. Bir qədər sonra Şirinov otaqdan çıxıb. Aqşin ayağa qalxıb, heç bir söz demədən şalvarının kəmərinə keçirdiyi, bıçaqla onun qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Otaqda olan digər şəxslər, həmçinin Füzulinin təxminən 18-19 yaşlı oğlu da dəhlizə çıxaraq, onu saxlamağa cəhd ediblər. Buna baxmayaraq, yenə də zərbə vurmağa çalışıb, oğlanın qolu kəsilib. Şahidlər bıçağı əlindən aldıqdan sonra evdən çıxıb. Həyətə düşəndə qonşular onu tutub, saxlayaraq, polisə zəng ediblər. Polislər onu Binəqədi rayon Polis İdarəsinə aparıblar.
İstintaq fotosu
Zərərçəkmiş şəxsin hüquqi varisi Altay Həşimov ifadəsində göstərib ki, mərhum İlham Həşimov onun doğma atasıdır. Ailə üzvləri ilə birlikdə 2002-ci ildə Masallı rayonundan Bakı şəhərinə köçüblər, həmin vaxtdan indiyədək Bülbülə qəsəbəsində müxtəlif ünvanlarda kirayədə qalıblar. Atası «Sədərək» TM-də fəhləliklə məşğul olub. Aqşin Quliyevlə bir neçə il üzbəüz qonşu kimi yaşayıblar. 2016-cı ildə Şağan qəsəbəsində tikdikləri ev hazır olduqdan sonra, ora köçüblər.
Həmin vaxtdan, arada, atası qonşularla münasibəti yaxşı olduğundan əvvəlki məhlələrinə gedib-gəlib. Sentyabrın 29-u səhər tezdən Badamdar qəsəbəsində yerləşən maşın bazarına gedib, saat 12 radələrində telefonuna atasının iş yoldaşı Ceyhun Məmmədov zəng vuraraq, İlhamın Bülbülə qəsəbəsində yaşayan Aqşinlə mübahisə etdiyini və təcili ora getməsinin deyib. Həmin binanın qarşısına çatanda, çoxlu sayda insanların və polislərin toplaşdığını görüb. Aqşin Quliyevin atasını hansısa bəhanə ilə evinə çağırıb, orda bıçaq zərbələri ilə öldürdüyünü bilib. Aqşinin hadisədən bir neçə gün əvvəl də atasına zəng edib, görüşə çağırmasını yalnız hadisədən sonra öyrənib. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdikləri, yəni onun arvadı ilə atasının yaxın münasibətinin olması yalandır. O, heç bir əsas olmadan atasından şübhələnib.
Şahid Sahilə Cəfərova ifadəsində göstərib ki, İlham Həşimov ailəsi ilə onlarla təxminən 15 ilədək qonşu kimi yaşayıb.
Son 8-9 ayda Aqşinin ona qarşı münasibəti dəyişilib, bunun səbəbi isə onu, haqsız yerə hamıya, həmçinin İlham Həşimova qısqanmağı olub. Aqşin Neft Şirkətində işlədiyindən 15 gün dənizdə olub, bunu əsas gətirərək, həmin müddət ərzində İlhamla ona xəyanət etdiyini düşünüb. Əsəbləşəndə çox aqressiv davranıb. Hətta buna görə bir neçə dəfə onu döyüb. Bununla bağlı polisə şikayət etməyib. İlham Həşimovla heç vaxt intim münasibəti olmayıb, dəfələrlə bunu yoldaşına başa salmağa çalışsa da, onu dinləmək istəməyib. Sentyabrın 1-də aralarında yenə mübahisə yarandığından və əri onu döydüyündən, uşaqlarını da götürüb atasının evinə gedib.
Məhkəmə prosesində Aqşin Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini istəyib.
21-01-2020, 13:57
Bakıda hamamda qadının meyiti tapıldı
19-04-2020, 22:31
Azərbaycanda DƏHŞƏT: ər arvadını SMS üstündə öldürdü
13-09-2020, 11:12
Azərbaycanda DƏHŞƏT: keçmiş məhkum arvadını...
13-09-2020, 11:12
Azərbaycanda DƏHŞƏT: keçmiş məhkum arvadını...
1-03-2021, 10:08
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
2-09-2021, 14:17
Bakıda mənzildə 33 yaşlı kişi meyiti tapıldı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı