Üçüncü doza tələbi, alışqanlıq qorxusu və: - “Bu, virusun son dalğası olacaq”
capar.info : - Oktyabrın 22-də Səhiyyə və Təhsil nazirlikləri iki doza vaksin vurdurmuş müəllimlərin üçüncü doza vaksin vurdurmaları ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, müəllimlərin ikinci dozadan 6 ay sonra üçüncü doza ilə peyvəndlənməsi zəruridir: “Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir”.
Artıq bir sıra təhsil müəssisələrindən müəllimlərə üçüncü doza peyvənd vurdurması üçün tapşırıq verilib. Epidemioloji məhdudiyyətlər, peyvəndlənmə ilə bağlı bu cür zəruri tələblər insanların narahatlığına səbəb olur. Belə ki, insanlarda pandemiyanın illərlə davam edəcəyi və müəyyən vaxtdan bir peyvənd olunmağın da həyat tərzimizin bir parçasına çevrilməsi ilə bağlı narahatedici düşüncələr var.
Məsələ ilə bağlı AYNA-ya danışan həkim-farmakoloq Müşfiq Hüseynovun sözlərinə görə, üçüncü doza dünya praktikasında da var və ehtiyac olduğu halda normal qəbul etmək lazımdır: “Üçüncü doza ilə bağlı bəzi ölkələrdə praktika var. Xüsusi təhlükəli işlərdə işləyən kateqoriyalar, məsələn, həkimlər üçüncü dozanı qəbul edə bilərlər. Bizdə bir çox həkim dostum üçüncü dozanı “Pfizer” peyvəndindən vurdurub. Bunda qorxacaq və ya ehtiyat edəcək bir şey yoxdur. Amma hər kəs üçün ehtiyac varmı? Bu, başqa məsələdir. Əgər sağlamamsa, xeyr. Yox, əgər özümü qorumuramsa, təbii ki, ciddi təhlükə var”.
Nazirlik tərəfindən iki doza peyvənd qəbul etmiş müəllimlərin üçüncü dozanı da qəbul etmələri ilə bağlı verilən məlumat barədə sualımızı cavablandıran həkim vəziyyəti belə şərh edib: “Hələ dərslər başlamamışdan əvvəl mətbuatda belə bir məlumat getmişdi ki, müəllimlər arasında vaksin vurdurmadan qeyri-leqal yollarla COVID-19 pasportu alanlar olub. Məktəblərdə yoluxma ilə bağlı situasiyanın ağırlaşmasına baxdıqda da səbəblərdən biri vaksinasiya ilə bağlı prosesdə yol verilən xətalardırsa, ikinci səbəbi də uşaqların daşıyıcı olmasıdır. Bu, normal bir şeydir. Uşaqlar daşıyıcı ola bilir və xəbərləri olmadan böyükləri yoluxdura bilirlər. Əgər üçüncü doza vaksin vurulması ilə bağlı qərar verilərsə, mən bunu normal qəbul edirəm. Amma gərək əvvəlki kimi etməsinlər”.
Həkim epidemioloji vəziyyətin daha nə qədər davam edəcəyi ilə bağlı fikirlərini bölüşərkən, 2022-ci ilin yay aylarına qədər pandemiyanın bitəcəyi qənaətində olduğunu deyib: “Oktyabrın sonu-noyabrın əvvəli mövsümi xəstəliklərin artması ilə əlaqədar yeni dalğanın olacağı gözlənilən idi. Bunu az qala hamı deyirdi. Mənim şəxsi düşüncəmə görə, noyabr ayından sonra ehtimal olunan fevral dalğasının ardınca epidemioloji vəziyyət bitəcək. Düşünürəm ki, fevral dalğası olacaqsa, sonuncu dalğa olacaq. Bu halda da yoluxma sayı 5 minə qədər qalxmayacaq, ölüm sayları çoxala bilər. Mən 2022-ci ilin yay aylarına kimi pandemiyanın bitəcəyinə inanıram. Çox böyük ehtimalla, belə olacaq”.
“Konkret situasiya elədir ki, artıq insanlar bezib, qapalı məkanlarda belə, maska tələblərinə ciddi riayət etmirlər. Fikir vermişəm, avtobuslarda maska taxmayan insanlar da çoxdur. Eyni zamanda bir çox yerlər açıqdır. Artıq insanlar “nə olacaqsa, olsun”, - deyə düşünürlər. Onsuz da əhalinin böyük əksəriyyəti artıq xəstələnib. Növbəti dalğa – payız dalğası da böyük ehtimalla, noyabr ayının birinci həftəsindən 10-na kimi davam edər və ondan sonra artıq sönər. Yəni ilin sonuna yaxın yoluxma sayının ciddi şəkildə azalacağını gözləyirəm”, - deyə mütəxəssis əlavə edib.
İnsanların COVID-19-a qarşı peyvənddən asılı qalacaqları və müəyyən müddətdən bir immuniteti gücləndirmək üçün peyvəndlənmənin təkrarlanacağı barədə narahatlığı ilə bağlı sualımızı cavablandıran Hüseynov bildirib ki, immunitet heç bir halda peyvəndlə yaranmır: “İmmunitetin güclü olması üçün şərtlərə əməl etməlisən. Yəni normal qidalanmalısan, yuxu rejiminə diqqət etməlisən, idman etməlisən, stresdən özünü qorumalısan və s. Bunlara əməl edən insanlarda immunitet güclü olur. Amma immunitetin dərmanla, peyvəndlə bir əlaqəsi yoxdur. Bu situasiyaya qaldıqda isə peyvənd COVID-19-a qarşı dayanıqlılıq yaratmaq üçün vurulur. Onsuz da immuniteti güclü insanlar üçün bir problem yoxdur. COVID-19-a yoluxmayan çox sayda insan var”.
25-10-2021, 13:21
Hamilə qadınlara PEYVƏND ÇAĞIRIŞI - Səhiyyə Nazirliyi məlumat yaydı
9-10-2021, 10:37
Toylar başladı, məktəblərdə yoluxma artır, payızda bizi nə gözləyir? - NƏ ETMƏLİ?
7-09-2021, 13:48
Birinci dozanı vurdurmayanlar ikinci, üçüncü dozaları vurdursalar, nə baş verər... – Həkimdən açıqlama
26-08-2021, 13:47
AzTV-nin rejissoru və həyat yoldaşı peyvənddən ölüb? - AÇIQLAMA
1-03-2021, 13:38
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
18-01-2021, 10:06
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir