Daha bir məktəbdə RÜŞVƏT qalmaqalı - Direktor bir sinfi 200 manata SATIR?
capar.info : - Rüşvət qalmaqalı ilə bağlı daha bir məktəbin adı aktuallaşıb. Söhbət Ağstafa şəhər A. Abdullayev adına 2 saylı tam orta məktəbdən gedir. Iddiaya görə məktəb direktoru Vəfa Tağlyeva təhsil müəssisəsində çalışan müəllimlərə artıq dərs saatı vermək üçün rüşvət tələb edir. Həmçinin bu il sentyabrın 27-də şəhidlərin Anım günü ilə bağlı əklil alması üçün məktəbin 120 müəllimindən 4 manat, iki ibtidai sinfin hər şagirddindən isə 15 manat pul yığıb. Yığdığı pulu isə aidiyyəti üzrə xərcləməyib və mənimsəyib.
Bu iddia ilə Bizim.Media-ya həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Həsənova çıxış edib.
Onun sözlərinə görə direktorun qanunsuz əməllərindən tək o, deyil, bütün müəllimlər yığılıb. Onu isə konkret olaraq intihar həddinə çatdırıb:
“Direktor təhsil şöbəsinin ölümünə baiskar olub...”
“Bu adam hər şeyi rüşvətlə həll edir. 10 ildir məktəbdə ay oynadır. 21 ildir işləyirəm, amma mənə cəmi 5 saat dərs verib. 150 manata 3 uşağı necə oxudum? Özüm onkoloji xəstəyəm, yoldaşım isə qaraciyər serrozundan əziyyət çəkir. Rüşvət vermirəm deyə dərs saatımı artırmır. Deyir hara və kimə istəyirsən müraciət elə, arxamda Təhsil Nazirliyi dayanır. Məhərrəm Vəliyevin icra başçısı olduğu ərəfədə direktor Ağstafa Rayon təhsil Şöbəsinin müdiri Fərhad Vəliyevlə birgə mən və Raisə müəllimə barəsində Rayon Prokurorluğuna şikayət etmişdi. Ağstafa Rayon prokuroru Aslan müəllim 20 dəqiqə bizə baxıb güldü və söylədi ki, sizi bura göndərən gülünc vəziyyətdədir. İki müəllim icra başçısına müraciət etdik. Məhərrəm müəllim dərhal rayon təhsil şöbəsinin müdirini işdən çıxartdı. Vəfa Tağıyeva isə timsah göz yaşlarını axıdaraq Məhərrəm müəllim tərəfindən bağışlandı. O gündən bu adam məni aşağılayır, hər vəchlə işimə kölgə salmağa çalışır.
Fərhad Vəliyev işdən çıxarılmasına dözmədi və ürəyi dayanaraq dünyasını dəyişdi. Yəni, bu adam heç nədən bir təhsil şöbəsinin müdirinin ölümünə də baiskar oldu”.
Məktəbin ağaclarını kəsib əklil düzəltdirdi...
Aygün Həsənova direktorun şəhid adına yığılan pulu necə mənimsədiyindən də danışıb:
”Anım günündən əvvəl əklil adı ilə biz 120 nəfər müəllimdən 4 manat, iki II sinifdən hər şagirddən isə 15 manat yığıb. Şəxsən hamıdan qabaq pulu mən verdim və söylədim ki, şəhidin axan qanına canımı da qurban verərəm. Direktor əvvəl söylədi ki, Anım günündə hər kəs bir nəfər kimi Şəhidlər Xiyabanına gedəcək. Sonra müəllimlər qrupunda səs atdı ki, heç kim gəlməsin. Çünki yığılan pulu özü mənimsəmişdi və əklil almadığını görəcəkdik. O pulla heç nə almayıb. Əksinə, məktəbin həyətindəki şam ağaclarını kəsdirib, sovxoz Əli müəllim isə əklil düzəldib. Anım günündə isə imkan vermədiyi üçün bir nəfər belə iştirak etmədik”.
Özünü yandıracaq...
Direktorun əlindən təngə gəldiyini vurğulayan Aygün Həsənova şikayətlərinə baxılmasa, özünü Təhsil Nazirliyinin qarşısında yandıracağını deyib:
“O qadını araşdırın, alverçidir və gələn gündən məktəbi bazara çevirib. Rüşvəti tək məndən deyil, hamıdan istəyir. Sinfin birini 200 manata satır. Valideyn və müəllim arasında intriqa yaradır. İşçilərini təhdid edir. Hər kəs onun əlindən boğaza yığılıb. Hər şeyin altından asanlıqla çıxır. Haqlı olduğum halda haqsız duruma düşürəm. Sabah intihar eləsəm, deyəcək psixoloji durumları pozulmuşdu. Məsələyə elə bir don geydirəcək ki, hr kəs təccüb içində qalacaq.
Dəfələrlə Təhsil Nazirliyinə bu barədə müraciət etmişəm, teleqram və məktub göndərmişəm. Cavab gəlmir. Çıxış yolum qalmayıb. Bu səbəbdən hazırda Bakıdayam və nazirin qəbuluna düşməyə çalışacağam”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik.
Sözügedən məktəbin direktoru Vəfa Tağıyeva saytımıza açıqlamasında şəhidlərin Anım Günü ilə bağlı pul yığılmasını qismən təsdiqləsə də, Aygün Həsənovanın bəzi iddiaları ilə razılaşmayıb. O, müəllimlər arasında yığılan pula əklil aldığını, şagidlər arasında yığılanların isə valideynlər tərəfindən təşkil olunduğunu bildirib:
“O müəllimə hər il narazıdır. O icra hakimiyyətinə üz tuturdu, indi isə nazirliyə müraciət edir. Mən özüm də dəfələrlə icra hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmışam. Aygün müəllimə yaxşı siniflərə girir və 7-ci sinfə çatanda hamısını dağıdır. Bu il də həmin qaydadadır. Sinifləri isə təzyiqlər nəticəsində ona verirəm. Özümə qalsa, heç vaxt vermərəm. İxtisasdan 39 bal toplayan müəllimə 18 saaat dərs verə bilərik. Aygün müəllimənin isə digərlərindən fərqli olaraq balı az, yüksək dərs saatları olub.
Amma müəllimlər artıq buna yola vermir. Valideynlər də həmçinin istəmir, onların əlindən Aygün müəllimi zorla almışdıq. Məktəbdə ikinci sinif bağladıb. 11 saat dərsi ola-ola yenidən sinif verməyə ehtiyac var sizcə?”
Direktor bir sinfin müqabilində 200 manat rüşvət alması məsələsini də inkar edib:
“Siz indi ona inanırsınız? 10 ildir işləyirəm, bir adam deyə bilməz ki, rüşvət almışam. O vaxt işimiz rayon prokurorluğunda idi. Onu öyrədib həyətimizə göndərmişdilər. Mən də onu qəbul etdim. Ovucunda pul gətirmişdi və sinif rəhbərliyi istədi. Dedim rəhbərlik nədi, pul nədi? O cür məni şərlədilər...Nazirlik məni bura rəhbər qoyubsa, təhsil qanunlara uyğun işləyirəm”.
Vəfa Tağıyeva Anım günündə yığılan pula belə münasibət bildirib:
“Bizim məktəbdə 103 müəllim var. 60 nəfəri ilə görüşdüm və bildirdim ki, məktəbimizin 4 şəhidi var. Hərə evdən 2 ədəd qərənfil gətirsinmi, yoxsa əklil alaq? Hamısı bir ağızdan əklil dedi. Özləri yığışdılar və Qazaxdan əklil sifariş etdilər. Həmin dövrdə də yalnız ibtidai siniflərin dərsləri başlamışdı. Onların valideynləri isə uşaqlarını Şəhidlər Xiyabanına aparmaq üçün avtobus danışmışdılar. Bu məktəbdən kənarda olan işdir, buna məktəb rəhbəri neyləsin? Aygün müəllimənin dərsi bitəndə hər gün təhsil şöbəsinin müdiri ilə görüşür.
Təhsil şöbəsinin müdiri onu mənə qarşı öyrədir. Çünki istədiyi oyunları bu məktəbdə aça bilmir. Əlbəttə ki, məni istəməyəcəklər. Əgər Təhsil Nazirliyinə mənim kimi işçi lazım deyilsə, ərizəmi yazmağa hazıram”, - deyə direktor əlavə edib.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov saytımıza açıqlamasında məsələni araşdıracaqlarını bildirib.
12-01-2019, 13:29
Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər
8-09-2021, 11:17
Sabiq direktor 30 minlik dələduzluq edibmiş
27-09-2021, 12:16
"25-dən çox qohum və rəfiqəsini direktor təyin edib..." - NARAZILIQ!
29-09-2021, 10:34
Məktəbdə növbəlilik QALMAQALI - Valideynlər GİLEY EDİR
12-10-2021, 10:35
Daha bir sinif koronavirusa görə bağlandı
22-09-2021, 13:58
Bu məktəbin əksər məzunları "tələbə" adını qazanıblar - Qabaqcıl təhsil ocağı // FOTO
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı