Moskvadan Ankaraya sensasion dəstək: Kremlin hədəfi nə? - İLGİNC
capar.info : - Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil”, “dünya beşdən böyükdür” fikirlərinə dəstək verib. “Yeni Müsavat” xəbər verir ki, ümumiyyətlə, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırışına dünya miqyasında dəstək verilir.
Lavrov isə Soçidə keçirilən “Valday” forumundan sonra bildirib ki, dünyada BMT-nin qurulduğu dövrdən daha artıq ölkə var. O, bu faktların işığında BMT-nin yenidən təşkilinin zəruriliyini ifadə edib. “Mən Ərdoğanla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyanın taleyini diktə etmək hüququ yoxdur”, - deyə Rusiya XİN başçısı bildirib.
Qərb ölkələrinin BMT-ni nəzarət altında saxladıqlarına işarə edən Lavrov deyib ki, inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin də Təhlükəsizlik Şurasında iştirakı təmin olunmalıdır.
Lavrov təbii ki, öz sözünü demir, ilk növbədə Kremldəki ovqatı ifadə edir, Putinin mövqeyini dilə gətirir. Yeri gəlmişkən, “Valday” klubunun iclasında çıxışı zamanı Putinin özü də Ərdoğanın BMT-də islahatlarla bağlı təklifini müdafiə edib.
Bəs birdən-birə BMT TŞ-nin 5 daimi üzvündən biri olan Rusiyanın Ərdoğana dəstək verməsi hansı hədəflərlə bağlıdır? Axı məlumdur ki, Rusiya nə qədər sıx əlaqələrdə olsa da, NATO üzvü Türkiyəni müttəfiq də saymır. Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu dünyada mövcud olan ədalətsizliklərin əsas səbəblərindən biridir. O bildirir ki, beş daimi üzv Asiya, Avropa və Amerika qitələrini təmsil etdiyi halda, Afrikanın maraqlarını təmsil edən yoxdur. O, eyni zamanda, Təhlükəsizlik Şurasının daimi üzvlüyündə müsəlmanların təmsil olunmadığına da diqqət çəkir. Ərdoğan dünya əhalisinin böyük hissəsinin müsəlman olduğu halda, Çindən başqa bütün digər üzvlərin xristian ölkələr olduğunu vurğulayır. Ərdoğanın BMT-də köklü islahatlarla bağlı təklifi reallaşa, TŞ-nin daimi üzvlərinin sayı Türkiyə, Almaniya, Yaponiya kimi dövlətlərin hesabına genişlənə bilərmi?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, BMT-nin yaradılması ikinci dünya müharibəsindən sonraya təsadüf edib. Onun sözlərinə görə, məqsəd dünyadakı proseslərə nəzarəti saxlamaq idi.
A.Mollazadənin fikrincə, illər keçdikcə ciddi dəyişikliklər baş verdi və hüquq normalarına hörmət göstərilmir: “Ona görə BMT-də islahatlara ehtiyac var. Dünyada iqtisadi-siyasi dəyişikiklər baş verir, bölgələr güclənir, yeni sistemlər formalaşır və belə vəziyyətdə BMT sanki 40-cı illərdə qalıb. Ona görə bu məsələnin Baş Assambleyada müzakirə etmək olar. Hər bir xalqın hüququ müdafiə edilməlidir. O baxımdan Ərdoğan fikirləri ilə razıyam, beynəlxalq hüquq sistemi işləməlidir”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın dediyinə görə, Rusiya münaqişə ocaqlarında Türkiyə ilə birgə koordinasiyalı işləyir: “Suriya məsələsində mövqeləri tam uzlaşmasa da, anlaşmağa çalışırlar, Qarabağda da qoşa addımlayırlar. Rusiya anlayır ki, dünyada tək qala bilər və indi ona taktik-əməliyyat baxımdan ən uğurlu tərəfdaş Türkiyədir. Çünki Qərb və ABŞ Moskvanı sıxdıqca, özünə güclü strateji tərəfdaşlar axtarmağa çalışır. Son illərdə Rusiya ilə Türkiyə arasında kifayət qədər yaxınlaşma var, Putin və Ərdoğan bir-birinə xoş sözlər söyləyirlər, ona görə Lavrov BMT-nin islahatlara ehtiyacı olması fikrini dəstəkləyib. Bu, Putinin mövqeyi kimi dəyərləndirilməlidir. Üstəlik, dünyada yeni güc mərkəzləri formalaşır və BMT artıq üstündəki toz-torpağı silib, yenilənməlidir”.
R.Məmmədovanın sözlərinə görə, BMT qürub dövrünü yaşayır: “Onun 4 qətnaməsi 30 il reallaşmadı və Ordumuz tərəfindən icra olundu. Dünyada artıq beynəlxalq hüquq gücün yanındadır və artıq bu cür tribunalar deqradasiyaya uğrayır. O baxımdan Ərdoğanın təklifləri praqmatikdir, Lavrovun da dəstəkləməsində məqsəd Moskvanın bir sıra məsələlərdə Ankaranın yanında olduğunu nümayiş etdirməkdir. Rusiya düşdüyü vəziyyətdən Türkiyə ilə yaxınlaşmaqla çıxmağı hədəfləyib və Qərbdən təzyiqlərə birgə immunitet sərgilənə bilər”.
“Yeni Müsavat”
1-10-2020, 10:19
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
1-09-2021, 13:31
Lavrov Rusiya-Gürcüstan münasibətlərinin bərpası ilə bağlı şərtləri açıqlayıb
10-10-2020, 10:43
Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur
23-01-2019, 10:23
Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə edəcəklər
14-10-2020, 19:09
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığının təfərrüatları açıqlanıb
16-06-2021, 10:17
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı