“Məktəblərin açılması bir qədər tələsik qərar idi” - HƏKİM RƏYİ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 227
21 Ekm 2021 | 09:28
“Məktəblərin açılması bir qədər tələsik qərar idi” - HƏKİM RƏYİ

capar.info : - Azərbaycanda koronavirusa yoluxma statistikasında son günlərin ən yüksək rəqəmləri açılqanıb. Belə ki, yazını hazırladığımız zaman yayılan son statistikaya görə, Azərbaycanda ötən gün koronavirus infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVİD-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib. 20 363 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, bu günə qədər isə ümumilikdə 5 056 819 test icra olunub.

Artıq mütəxəssislər beşinci dalğanın başladığını, noyabrda vəziyyətin daha kəskin olacağını proqnozlaşdırırlar. Digər tərəfdən də koronavirus təhsil müəssisələrində yayılmaqda davam edir. Orta və ali məktəblərdə yoluxma artır. Bununla belə, hökumət hələlik təhsil müəssisələrinin tamamilə distant təhsilə keçilməsi barədə düşünmür.

Alimlər isə yenidən başqa virusun yayılma səbəbini araşdırmağa başlayıblar. Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər. “AY.4.2" adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, ”AY.4.2" pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək". O da qeyd edilir ki, hazırda dünyada ən çox yayılmış “Delta” ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı etiraf edib ki, COVİD-19 virusunun yaranma səbəblərini araşdırmaq imkanları tükənir. Təşkilat bununla bağlı Çinə müraciət etsə də, imtina edilib.

Bəs görəsən, son günlər COVİD-lə bağlı nə kimi yeniliklər, proqnozlar var? Bütün bunları ekspertlərdən öyrənməyə çalışdıq. Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev bildirdi ki, virusa yoluxma sayı artmaqda davam edir: “Bu, əvvəldən proqnozlaşdırılmışdı, payız və qış fəsillərində virusa yoluxma sayı artacaq deyilmişdi, belə də oldu. Çünki bu fəsillər virusa yoluxma üçün əlverişlidir. Həm də koronavirusdan başqa, mövsümi kəskin- respirator xəstəliklər, müxtəlif viruslar bu aylarda artır, koronavirusa qarışır. Odur ki, hazırda bunu müşahidə etməkdəyik. Açığı deyim ki, məktəblərin açılması bir qədər tələsik qərar idi. Aydın məsələdir ki, payız aylarında virus sayı artır. Bir sinifdə nəzərə alaq ki, 30-32 beş şagird olur və bunlar yetkin şəxslər deyillər. Misal üçün, ibtidai sinifdə onlar arasında nə profilaktik qaydaları qorumaq mümkündür, nə sosial məsafəni qorumaq olur, nə də maska taxmaq mümkündür. Odur ki, asanlıqla virus birindən digərinə keçir. Uşaqlar arasında hazırda koronavirus infeksiyası kifayət qədər artmaqdadır. Bunun yeganə çıxış yolu iki -üç həftəlik karantin elan olunmasıdır. Dərslərin onlayn şəkildə keçirilməsi mümkündür. Burada operativ hərəkət etmək lazımdır. Yaxşı olardı ki, məktəblərdə, bağçalarda həkimlər olsun, bu həkimlər nəzarət etsinlər. Xüsusən də bu bağça və ibtidai sinif şagirdlərində qızdırma varsa, narahatlıq varsa, həmin uşaq təcrid olunmalıdır. Digər şagirdlərdə də varsa, bu zaman onlayn təhsilə keçirilməlidir. Bunu yuxarı sinif şagirdlərinə də tətbiq etmək mümkündür”.

İnfeksionist virusun yeni ştammı ilə bağlı suala da cavab verib: “Koronavirus daha böyük genoma malik olduğu üçün burada daha sürətli mutasiyalar baş verir və yeni variantlar ortaya çıxır. Bu variantlardan ən narahatedici ”Delta" idi. Sonra “Delta plus” variantı da yayıldı. Hər ikisi sürətlə yayıldı, dünyada dominant oldu.

Bundan sonra “Lyamda” ştammı Peruda meydana çıxdı. Sonra “Mu” ştammı yarandı, bəzi ölkələrdə sürtələ yayılmağa başlayıb. Ümumi götürəndə bunlar hamısı bir-birindən çox da fərqlənmir. Çox cüzi, müəyyən fərqlər var. Ümumi götürəndə bunların həm patogenliyi, virulentliyi, xəstəlik törətmə qabiliyyəti koronavirusun ümumi prinsiplərinə uyğundur. Müalicə koronavirusda necə aparılırsa, hansı formada təsir göstərirsə, yeni ştammlarda da eyni təsir göstərir".

İnfeksionist Nicat Əzimli da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Həqiqətən də son günlər müraciət edən xəstələrlə bağlı anamnestik məlumatlarda şahidi oluruq ki, ailə daxilində xəstəliyin ilkin olaraq uşaqdan yayılmağa başlaması faktına çox rast gəlinir. Bu da deməyə əsas verir ki, tədris müəssisələrindəki sıx kontakt epidemioloji vəziyyətə mənfi təsir göstərir. Hələ ki yoluxma halı aşkarlanan sinif və qrupların distant təhsilə keçirilməsi tədbiri kifayətdir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov isə “COVİD-19 peyvəndləri” mövzusunda çıxışında deyib ki, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz: “İndi məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər. Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər. Məktəblərin bağlanmasını istəmirik. Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik. Belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil. Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var. Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir”.

Mütəxəssis qeyd edib ki, yoluxmada artım var və olacaq: “Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştamm gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”
31-08-2020, 17:10
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxub, 144 nəfər sağalıb
18-04-2020, 20:23
Azərbaycanda koronavirusa 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər sağalaraq evə buraxılıb
10-04-2020, 22:34
Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 58 nəfər sağalıb, bir nəfər ölüb
9-04-2020, 17:36
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı: 1 nəfər ölüb, 39 nəfər sağalıb
19-08-2021, 11:44
Gürcüstanda son sutkada koronavirusdan 58 nəfər ölüb
21-10-2020, 10:20
Dünyada koronavirusa yoluxanların sayı 41 milyonu ötüb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı