"“YAŞAT” Fondundan yararlana bilmirik, deyirlər, siz varis sayılmırsız" - GİLEY
capar.info : - “Qardaşım şəhid olandan 3 ay sonra anam dözmədi, ürəyi partladı öldü. Anamdan sonra da atam yaşamadı, 3 ay sonra beyninə qan sızdı və komaya düşərək vəfat etdi. 8 nəfərlik ailəmiz köhnə mebel sexinin zirzəmisində məskunlaşıb. Çox dözülməz şəraitdə yaşayırıq, bizimlə maraqlanan yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya Vətən müharibəsinin 19 yaşlı şəhidi Nurlan Nuruzadənin qardaşı Rövşən Nuruzadə müraciət edib. O bildirib ki, hazırda yaşadıqları zirzəmiyə şəhid qardaşının 3 yaşı olanda sığınıblar. Nurlanı cəbhəyə də elə buradan yola salıblar. Ailə yalnız R. Nuruzadənin sürücü işləyərək aldığı 600 manat maaşla çətinliklə dolanır: “Evdə bir subay bacım və qardaşım, həmçinin iki övladı ilə boşanmış bacım var. Bacımın uşaqlarından biri şəkərli diabet xəstəsidir, insulin iynəsi ilə yaşayır. Özüm də 4 ildir ki, anasız iki övlad böyüdürəm. Uşaqların da üçü məktəblidir, bütün xərcləri qarşılamaqda çətinlik çəkirəm. Bütün ailə mənim himayəmdədir, heç bir yardım, heç bir dəstək yoxdur. Necə dolanırıq Allah şahiddir. “YAŞAT” Fondundan yararlana bilmirik, deyirlər, siz varis sayılmırsız. Bizə ev verilmir, yenə də deyirlər varis deyilsiniz. Ata-anam övlad dərdindən vəfat edib, onlar dünyalarını dəyişəndə evi özləri ilə aparmayacaqdılar ki, uşaqlarına verəcəkdilər də. Heç olmasa, yerdə qalanları yaşatsınlar...”
R. Nuruzadə bildirir ki, digər qardaşı mədə xəstəliyindən əziyyət çəkir, bu səbəbdən ağır işlərdə işləyə bilmir. Həmçinin bacıları da təhsilsizdirlər, onlara qeydiyyat işi və ya digər münasib iş olsa, heç olmasa ailə çətin vəziyyətdən çıxar. “Bir ildir Sumqayıtın icra başçısının qəbuluna düşə bilmirdim. Qardaşımın şəhidliyinin il dönümündə gəlmişdi. Ona da müraciət etdim. Deyirlər yaxşı olacaq...”, - şikayətçi bildirir.
Şikayətlə bağlı “YAŞAT” Fondundan “Qafqazinfo”ya bildirilib ki, şəhid Nuruzadə Nurlan Tofiq oğlunun ailəsinin qeydiyyatı Fond tərəfindən 2020-ci il 17 dekabr tarixində aparılıb. Ailə ilkin olaraq onlara müalicə xərcinin qarşılanması üzrə yardım edilməsini, eyni zamanda evlə təminat istəyib: “2021-ci il mart ayında şəhidin valideyni müayinə edilməsi məqsədilə klinikalardan birinə yönləndirilib, 53.10 AZN məbləğində müayinə xərci və 412.60 AZN dəyərindəki dərman vasitələri Fond tərəfindən alınıb. Evlə təminat məsələsi isə "YAŞAT" Fondunun fəaliyyət istiqamətlərinə daxil deyil. Şəhidin ata və anası vəfat edib. Şəhidin qardaşı isə şəhid ailəsi statusuna malik olmadığından ona yardım edilməsi Fondun səlahiyyətinə aid deyil”.
“YAŞAT” Fondundan həmçinin qeyd olunub ki, şəhidin qardaşı bu ilin iyun ayında ASAN Xidmətin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”ndə işə qəbul edilib.
Sosial Xidmətlər Agentliyindən də oxşar cavab aldıq. Agentlikdən verilən məlumatda qeyd olunub ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən şəhidin həyat yoldaşı, valideynləri, 18 yaşadək uşaqları (əyani təhsil alanda isə 23 yaşa çatanadək) şəhidin ailə üzvləri hesab olunurlar: “Şəhidin bacı və qardaşları ailə üzvü hesab olunmadığı üçün evlə təmin olunmaq məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri xaricindədir”.
Dövlət Məşğulluq Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhər sakini Rövşən Nuriyevin müraciəti ilə bağlı Agentlik tərəfindən bir neçə dəfə ailə ilə görüşülüb, məşğulluqlarına dəstək olmaq üçün iş aparılıb: “Rövşən Nuriyev hazırda ASAN Xidmətdə sürücü işləyir. Onun bacısı Nuriyeva İlahə Tofiq qızı postmüharibə tədbirləri çərçivəsində növbədənkənar özünüməşğulluq proqramına cəlb edilərək 29.12.2020 tarixində gözəllik salonu sahəsi üzrə aktivlərlə təmin edilib. R.Nuriyevin digər bacısı Canəliyeva Könül Tofiq qızı da Agentlik tərəfindən kiçik dərzi sexi sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Artıq o, təlimlərdə də iştirak edib. Yaxın zaman müvafiq aktivlərlə təmin ediləcək. Vətəndaşın qardaşı Nuruzadə Elşən Tofiq oğlu ilə bağlı danışılıb, artıq Məşğulluq altsistemində qeydiyyata alınıb və ona boş yerləri təklif edilərək seçimi əsasında uyğun vakansiya üzrə göndəriş formalaşdırılıb. İşəgötürən tərəfindən müvafiq qərar qəbul edildikdən sonra E.Nuruzadə əmək fəaliyyətinə başlayacaq”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən də şəhid ailəsi ilə görüşdüklərini və köməklik lazım olarsa, ediləcəyi bildirilib.
15-12-2020, 12:45
Uğrunda mübarizə apardığı torpağın adı ilə mükafatandırılan Xüsusi Təyinatlı Şəhidimiz (FOTO)
4-08-2021, 14:35
Qaxda Şəhid ailəsi ÇƏTİN DURUMDA... - Maraqlanan da yoxdur...
16-12-2020, 12:13
Elman nişanlı idi, təəssüf ki, toyunu görmək bizə qismət olmadı - Şəhid qardaşı
25-12-2018, 14:44
Atasını öldürən oğul: Çağırdım ki, çölə çıx, işim var səninlə - VİDEO
29-09-2021, 11:56
Qarabağ döyüşçüsü İNSAF GÖZLƏYİR... - 11 nəfərlik ailənin yükü tək onun üzərindədir
25-03-2021, 17:45
Daha bir şəhid övladının adına 5000 AZN-lik hesab açılacaq
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı