“Xeybəri fəth edənlər” Cənubi Azərbaycanda repressiyaya hazırlaşır - Diqqət, TƏHLÜKƏ!!!
Gündəm / Siyasət
Oxunub: 306
30 Eyl 2021 | 23:14
“Xeybəri fəth edənlər” Cənubi Azərbaycanda repressiyaya hazırlaşır - Diqqət, TƏHLÜKƏ!!!

capar.info : - "İran ordusunun quru qoşunları ölkənin şimal-qərb rayonlarına, daha dəqiq desək Azərbaycanın işğaldan azad etdiyi Zəngilan, Cəbrayıl əraziləri də daxil olmaqla, cənub sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlərə start verəcək. Artıq bu istiqamətdə bölmələr və hərbi texnikalar sərhədə yaxın ərazilərə yerləşdirilir".

Bunu politoloq Turan Rızayev "Hürriyyət"ə müsahibəsində deyib. O, hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə “Xeybəri fəth edənlər” adının verilməsinin təsadüfi olmadığını bildirib:

"Əlbəttə ki, İran müstəqil, suveren ölkədir və öz əraziləri çərçivəsində istədiyi kimi hərbi təlimlər keçirə bilər. Lakin keçiriləcək hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə “Xeybəri fəth edənlər” adının verilməsi heç də təsadüfi deyil.

Birincisi, bir neçə gün öncə İran XİN Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tehranı sərt tənqid etməsi və iradlarına münasibət bildirərək “İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsrail – red.) varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edir” deyib.

Mahiyyət etibarilə bu çox ciddi və bir o qədər də təhlükəli açıqlamadır. Xətibzadə bununla faktiki olaraq Azərbaycan hakimiyyətini sionist rejim adlandırıb. Rəsmi Tehranın indi də hərbi təlimə “Xeybəri fəth edənlər” adının verməsi bunu bir daha təsdiqləyir".

Politoloq əlavə olaraq deyib ki, , İran bu təlimlər ilə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir:

"Məsələ ondadır ki, Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən bir ərazidir. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan sefarat yəhudiləri yaşayıblar. İslam tarixində bu qala və qala sakini olan yahudilər uzun müddət Məhəmməd Peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaratdıqları üçün xüsusi yer tutub. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. Yəni buradan çıxan nəticə belədir: İran üçün Azərbaycan 21-ci əsrin Xeybər qalasıdır.

Təlim ilə bağlı bir digər diqqət çəkən məqam da zirehli texnika, artilleriya, PUA-lar və radioelektron mübarizə vasitələrinin istifadə ediləcəyi olmasıdır. Xüsusilə təlimlərə PUA-ların cəlb edilməsi rəsmi Bakıya verilən növbəti mesajdır. 44 günlük müharibə zamanı müharibənin taleyini böyük ölçüdə həll edən İsrail istehsalı "Harop" və Türkiyə istehsalı "Bayraktar" PUA-larını bilən İran təlimlərə PUA-ları cəlb edərək rəsmi Bakıya qarışındakı ölkənin zəif Ermənistan deyil, İran olduğu mesajını verməyə çalışır.

Rəsmi Tehran Azərbaycanın xarici siyasətindən və regionda baş verən dəyişikliklərdən ciddi narahatdır. Bu mənada düşünürəm, “Xeybəri fəth edənlər” təlimi təkcə hərbi təlim olmayacaq.

Birincisi, İran təlimləri bahanə edərək şimal-qərb bölgəsi Güney Azərbaycanı - Ərdəbil, Zəncan, Şərqi və Qərbi Azərbaycan ostanlıqlarında Cənubi Azərbaycan fəallarını milliyyətçilərə qarşı növbəti təmizləmə əməliyyatı keçirəcək. Çünki Tehran hakimiyyəti yaxşı bilir ki, Azərbaycanla ehtimal bir gərginliyə reaksiya verəcək ilk qüvvə Cənubi Azərbaycan fəalları və milliyyətçiləri olacaq. Bu mənada bu təhlükənin qarşısı vaxtında alınmalıdır.

İkincisi, təlimlər zamanı ölkə daxilindəki İran meyilli qüvvələr aktivləşə bilər. Mahiyyət etibarilə bu proses artıq başlayıb. Anım Günü tədbirlərindən birinə qatılan bir qrup çadralı qadının İsrail əleyhinə şüarlar səsləndirməsi və sosial şəbəkə üzərindən müxtəlif növ çağırışların edilməsi bunu bir daha təsdiqləyir.

Üçüncüsü, İran bu təlimlər ilə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir".
23-09-2021, 20:38
İran nədən narahatdır? - Tehranda üçtərəfli görüşə hazırlaşırlar
15-03-2021, 11:00
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
5-11-2018, 17:06
ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri bərpa olundu
12-07-2021, 10:22
Azərbaycan və İran arasında dənizçilik üzrə anlaşma imzalanacaq
27-07-2020, 19:50
Azərbaycan və Türkiyə ordusu genişmiqyaslı hərbi təlimlər keçirəcək
2-06-2021, 11:16
İranda hərbi gəmi batıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı