Məşhur “Evrostroy-S.S” MMC tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var
Gündəm / Siyasət / Hadisə
Oxunub: 407
25 Eyl 2021 | 22:00
Məşhur “Evrostroy-S.S” MMC tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var

capar.info : - İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ölkənin aparıcı tikinti şirkətlərindən olan "Evrostroy-S.S” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiasına bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası hakim Raqib Qurbanovun sədrliyilə keçiriləcək.
Dövlət Vergi Xidmətinin "Evrostroy-S.S” MMC-yə qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırıldığı açıqlanmayıb. Lakin, ehtimal etmək olar ki, məhkəmə iddiası şirkətin vergi borcu ilə bağlıdır.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə "Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 6 milyon 189 min 708 manat 52 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, bugünə kimi mətbuatda "Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. "Evrostroy-S.S” MMC-nin adı Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin arasında da yer alıb.

Qeyd edək ki, əvvəlki adı "Evrostoy – S.S” MMC olan indi ki, "Sipark İnşaat” tikinti şirkəti Bakının bir neçə küçəsində pilot layihə adı altında binaların inşasını acı bağırsaq kimi uzadır. Şirkət kirayələrə köçürdüyü sakinlərə verdiyi vədi tutmur və onların yeni evlərlə təmin edilməsi yubanır.

Sakinlərin şikayətləri bir neçə dəfə mediada ictimailəşsə də, əvvəlki adı "Evrostoy – S” MMC olan "Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Ümumiyyətlə, "Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Belə çıxır ki, ya ciddi böhran içindədirlər, ya rəhbərlik səviyyəsində bilinməyən gizli məsələlər dövran edir, ya da vətəndaşlar açıq şəkildə aldadılırlar. Onların müraciətlərinə də hər dəfə belə izah verilir ki, iş gedir, tezliklə hazır olacaq. Fəqət, neçə ildir bir binanın ortaya çıxara bilmirlər.

Təsadüfi deyil ki, bu yaxınlarda AMEA ilə "Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən görülən bir layihənin fırıldağı üzə çıxmışdı.

AMEA-nın keçmiş rəhbərliyi – Akif Əlizadə, mənzil bölgü komissiyasının sədri İbrahim Quliyev, AMEA-nın işlər idarəsinin müdiri, Mənzil bölgü komissiyasının sədr müavini Fətəli Abdullayev, AMEA-nın işlər idarəsinin müdir müavini, Mənzil bölgü komissiyasının katibi Sərdar Əliyev və komissiyanın digər üzvləri, "Evrostroy – S MMC” şirkətinin rəhbəri Seymur İsayev ilə gizli şəkildə sövdələşərək mənzilləri AMEA-ya dəxli olmayanlara satıblar.

"Evrostroy-S” MMC izi itirmək üçün şirkətin adını "Sipark inşaat” adlandırılıb. Bu şirkətin adı bir çox qalmaqallı hadisələrdə tez-tez hallanır.

Ümumiyyətlə, son illər "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir.

Xatıradaq ki, şirkətin rəhbəri Seymur İsayev o şəxsir ki şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda yazılıb.
24-08-2021, 10:13
Real TV-nin sahibi dövlətə MİLYONLAR BORCLUDUR... - TƏFƏRRÜAT
10-08-2021, 14:10
Vergi Xidməti tanınmış iş adamına məxsus şirkəti məhkəməyə verdi – REAL TV-nin də sahibidir
6-05-2021, 13:30
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
16-10-2020, 10:24
Gürcüstanın Azərbaycana borcu açıqlanıb
7-06-2020, 12:38
Azərbaycanda bu şəxslərə: 147 milyon manatdan çox DƏSTƏK
20-12-2018, 13:28
Vergi ödəyicilərinə - YENİ GÜZƏŞT
Bugün, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Bugün, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
Bugün, 12:23
Bakıda qətl törədildi
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı