Tehranın narahatlığının əlamətlərini təzə görməyə başlamışıq... - hələ yolun başlanğıcındayıq...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 206
21 Eyl 2021 | 10:15
Tehranın narahatlığının əlamətlərini təzə görməyə başlamışıq... - hələ yolun başlanğıcındayıq...

capar.info : - İranla Azərbaycanın münasibətlərində gərginlik müşahidə edilir. Yaranmış vəziyyətin səbəbkarı və günahkarın İran olduğu isə hər kəsə aydındır. Təkcə ona görə yox ki, İran Ermənistanı son 30 ildir açıq şəkildə müdafiə edir. Hər bir dövlət dostunu özü seçir, düşmənini özü müəyyən edir. Üçüncü dövlətin buna qarışması diplomatik və etik baxımdan da düzgün olmaz və Azərbaycan da bu qaydalara həmişə əməl edir. Sadəcə, biz İranın Ermənistanı müdafiə etməsinə İslam amili çərçivəsindən yanaşıb, onu qınayırıq. Müsəlman azərbaycanlıların qanını tökən, torpağını işğal edən, dədə-baba torpaqlarından itkin salan bir qövmü İranın müdafiə etməsi sırf dini-mənəvi baxımdan bizi incidir.

Bütün bunlar azmış kimi, İran 44 günlük müharibədən sonra da Ermənistanı hər turlu dəstəkləməkdə, ona qayğı göstərməkdədir. Həm də Azərbaycana qarşı qanunsuzluq, saymazlıq edərək. İki ölkə arasında münasibətləri daha da gərgin həddə daşıyan olay İran TİR-larının Qarabağ ərazisinə qanunsuz şəkildə yük və başqa ləvazimatların daşıması olub. AzadlıqRadiosunun məlum reportajından sonra bu qanunsuz əməli ifşa edilən İran Azərbaycandan üzr istəmək əvəzinə, təhdidə keçib. İran dini lideri Ayətullah Əli Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə Amili İranı nəzərdə tutub. İran bunun üstündən bir də əzələ nümayiş etdirir Azərbaycana. Azərbaycanla sərhəddə hərbi təlimlərə də başlayıb. Bu məqsədlə də SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməyə hazırlaşır. Açıq şəkildə Azərbaycanı təhdid edirlər.

Bir məqamı da xatırladaq ki, 2006-cı ildən bu yana ABŞ-ın, İsrailin İranla bağlı planlarından Prezident İlham Əliyev Azərbaycanı uzaq tutub. Dəfələrlə bildirib ki, Azərbaycan qonşu ölkələrlə bağlı bu cür planlarda iştirak etməyəcək. Əvəzində İran bizim düşmənimizə, torpaqlarımızı işğal edib, vətəndaşlarımızı qətlə yetirən, didərgin salan bir aqressora qucaq açıb 30 ildir. Bu bizim mərdliyimiz, o da İranın bizə münasibəti.

İranı bu qədər qızdıran, Azərbaycan əleyhinə açıq-aşkar fəaliyyət göstərməyə vadar edən nədir? Rəsmi Tehran niyə Azərbaycanı, Türkiyəni özünə düşmən etmək hesabına Ermənistanı bu qədər müdafiə edir? Bu prosesdə hətta beynəlxalq qanunları, indiyədək iki ölkə arasında imzalanmış sənədləri pozur? Qarabağda tikilən aeroportlardan narahatdır? Yoxsa bütövlükdə Azərbaycanın regionda güclənməsi, işğaldakı torpaqları azad etməsi cənub qonşumuzu özündən çıxarıb?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycana münasibətinin bu şəkildə olması dərin məsələdir: “Birincisi, bu məsələnin tarixi qaynaqları var, tarixdən qaynaqlanan istiqamətləri var. İkincisi, indiki cari vəziyyətdən, hazırda yaranmış vəziyyətdən qaynaqlanan səbəblər mövcuddur. Bu səbəbləri iki qrupa bölə bilərik; Strateji səbəblər və operativ taktiki səbəblər. Əsas səbəb ondan ibarətdir ki, İran, ümumiyyətlə, Azərbaycan türklərinin milli dövləti olan Azərbaycan Respublikasının yaranmasını özünə təhdid hesab edir. Çünki Azərbaycan türklərinin böyük hissəsi, eyni zamanda onların torpaqlarının böyük hissəsi bu gün İran adlanan dövlətin ərazisindədir. Şimalda demokratik, dünyəvi, rifaha qovuşmuş, qalib Azərbaycan bugünkü İranda yaşayan Azərbaycan türkləri üçün də cəzbedici nümunə olur. Xüsusən də keçən il gördük ki, Azərbaycanın müharibədə uğurlar qazanması cənublu qardaşlarımızı necə ruhlandırır. Yəni prinsip etibarilə İran demokratik, dünyəvi, müstəqil Azərbaycan milli dövlətini öz birliyi üçün təhdid sayır. Bu, təməl səbəbdir. Nəzərə alsaq ki, İranı 1923-1925-ci illərə qədər min il ərzində Azərbaycan türkləri idarə ediblər və bu, tarixi faktdır, ondan öncə də bu torpaqlarda böyük Səlcuqlar imperiyası mövcud olub, sonra Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və nəhayət, Qacarlar dövləti olub. 1923-1925-ci ildə Rusiya və Böyük Britaniya imperiyalarının birgə dəstəyi ilə türk sülalələri hakimiyyətdən devriliblər və fars sülaləsi olan Pəhləvilər hakimiyyətə gətiriliblər”.

Cari vəziyyətdən qaynaqlanan səbəblərə gəlincə, S.Əkbər dedi ki, birinci səbəb, Azərbaycanın Qarabağ savaşında qalib gəlməsi, güclənməsidir. Bu, İranı ciddi şəkildə narahat edir: “Çünki yuxarıda qeyd etdiyim kimi, bu vəziyyət ütün Azərbaycan türklərini ruhlandırır. İkincisi, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik də daxil olmaqla, strateji müttəfiqlik qurması, Şuşa Bəyannaməsinin imzalanması İranı çox ciddi narahat edir. Mən əsas ümumi məsələləri deyirəm. Sözsüz ki, törəmə xırda məsələlər çoxdur. Törəmə səbəblərdən biri Azərbaycanın azad etdiyi ərazilərdə hava limanları inşa etməsidir ki, bu məqam da İranı narahat edir. Azərbaycanda Türkiyə ordusu modelli ordunun qurulmasını da Tehran narahatlıqla qarşılayır. İran kəşfiyyatı işləyir və bilir ki, Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji xarakter alması bütün sahələri əhatə edir. İsraillə Azərbaycanın yaxın dostluq münasibətlərindən də Tehran narahatdır.

Xüsusən də regionda hadisələrin inkişaf perspektivi İranı əndişələndirir. Hadisələrin türk dünyasının güclənməsi xeyrinə inkişafı Tehranın yuxusuna haram qatır. Türk dövlətləri birliyinin hansısa formada yaradılması məsələsi gündəmdədir. Belə olan halda İranın narahat olması və narahatlığının get-gedə artacağı gözləniləndir. Amma bu gün Azərbaycan-İran münasibətlərinin kəskin və pik nöqtəsinə gəlib çatdığı barədə fikirlərlə razı deyiləm. Münasibətlərdə müəyyən gərginlik var. Hələlik gərginlik adlandırsaq, daha doğru olar. İranın narahatlığının əlamətlərini hələ biz təzə görməyə başlamışıq. Hələ yolun başlanğıcındayıq".
13-09-2021, 15:32
İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."
5-02-2021, 09:50
Azərbaycan və İran arasında ticarət potensialları araşdırılacaq
28-10-2020, 10:53
İranın Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub
5-10-2020, 13:04
İran XİN: Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır
2-10-2020, 14:42
İran, Avstriya və Niderland nazirləri Qarabağdan danışıblar
30-07-2020, 10:52
İran ABŞ-ın gəmi maketini vurdu: Hörmüz boğazında gərginlik
Bugün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Bugün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Bugün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Bugün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Bugün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Bugün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Bugün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Bugün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü