"Equinor" şirkəti Azərbaycan nümayəndəliyinə yeni rəhbər TƏYİN EDİB
capar.info : - Norveçin enerji şirkəti Equinor cənab Stiq Otlandın (Stig Aatland) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunmasını elan edir.
FED.az xəbər verir ki, bu barədə şirkətin Bakı ofisindən bildiriblər.
Stiq öz yeni vəzifəsinin icrasına bu ilin sentyabr ayından etibarən, Equinor-un Bakıdakı ofisində başlayacaq. Stiq bu vəzifədə şirkətin Azərbaycandakı fəaliyyətinə 2017-ci ildən rəhbərlik edən cənab Favad Quraişini əvəz edəcək.
Qeyd edək ki, Stiq Otland 15 ildən artıq neft və qaz sənayesindəm peşəkar iş təcrübəsinə malikdir. O, 2006-cı ildən Equinor (əvvəl Statoil) şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
Yeni təyinatına başlamazdan əvvəl, Stiq Qlobal Kəşfiyyat və Qazma İşləri üzrə vitse-prezident, Norveç kontinental şelfində üçüncü ən böyük neft yatağı olan “Yohan Sverdrup” layihəsində qazma və quyular üzrə vitse-prezident, Stavanger mobil qazma qurğuları üzrə vitse-prezident və Equinorun Norveç kontinental şelfində bütün mobil qazma qurğuların əməliyyatları üzrə rəhbər vəzifələrində çalışmışdır. Hazırda o, həmçinin Beynəlxalq Kəşfiyyat və Hasilat üzrə vitse-prezident vəzifəsini tutur.
“Equinor-un Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin olunduğum üçün çox məmnunam. Equinor şirkəti Azərbaycanda 30 ilə yaxındır ki, fəaliyyət göstərir, bu bizim ən böyük və ən uzunmüdətli beynəlxalq öhdəliklərimizdən biridir. AÇG və BTC layihələrinin hələ ilk günlərindən iştirakçısı olmağımızdan qürur duyuruq. 1994-cü ildən bəri AÇG layihəsindəki tərəfdaşlarımızla birlikdə möhtəşəm nailiyyətlər əldə etmişik, və bundan sonra da Azərbaycana olan möhkəm bağlılığımızı göstərməkdə davam edəcəyik. Hal-hazırda, AÇG yatağındakı mövqeyimizlə yanaşı, Xəzər dənizinin Azərbaycana aid sektorunda yeni imkanları dəyərləndiririk və SOCAR-la olan əməkdaşlığımızı daha da dərinləşdirilmək niyyətindəyik”.
Bu sözləri əsrin müqaviləsinin 27-ci il dönümü ərəfəsində Equinor şirkətinin Azərbaycan üzrə yeni rəhbəri təyin olunan cənab Stiq Otland qeyd etdi.
Stiq Otland, Trondheim şəhərində yerləşən Norveç Elm və Texnologiya Universitetində “Neft texnologiyası (qazma, hasilat və rezervuar)” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
O, Norveç vətəndaşıdır. Ailəlidir, üç övladı var. Norveç və İngilis dillərində sərbəst danışır.
Equinor Azərbaycanda "Equinor" şirkəti (2018-ci ilədək "Statoil") Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “AzəriÇıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 %) və BakıTbilisi-Ceyhan (8,71 %) neft boru kəmərinin iştirakçısıdır.
2018-ci ilin may ayında “SOCAR” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi və Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişi imzalamışlar. Sazişlərə əsasən şirkətlər bərabər paya malikdirlər.
22-04-2021, 11:14
Elmar Qasımov İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
20-09-2020, 10:46
"Əsrin müqaviləsi"
28-12-2018, 12:41
SOCAR nanohissəciklərin istehsalına başlayıb
6-05-2021, 12:00
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
25-01-2020, 13:43
Bu il “Qum-dəniz” yatağında neft hasilatının artacağı proqnozlaşdırılıb
10-06-2020, 13:35
Baş nazirin qatili 34 ildən sonra tapıldı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı