Riyakar Minsk Qrupu YENİDƏN fəaliyyətə başlayırmı? - NƏ BAŞ VERİR?

capar.info : - Azərbaycanın 44 günlük müharibədə qələbəsi yalnız işğalçı Ermənistanın üzərində deyil, 27 il mənasız danışıqlar aparıb, işğalçıya dolayısı ilə haqq qazandırmağa çalışan Minsk Qrupunun da üzərində oldu. Ötən ilin dekabrında Bakıya gələn həmsədrlərin nümayəndələrinə dövlət başçısı mədəni şəkildə qapını göstərdi, çünki onlarlıq bir iş qalmayıb. Amma elə həmin gündən həmsədr ölkələrin rəsmiləri, Ermənistan indiyədək bu yarıtmaz qrupun fəaliyyətinin bərpasını və onun vasitəçiliyi ilə danışıqların başlanmasını tələb edirlər. Azərbaycanın sərt mövqeyi hələ ki, yalançı səfərlərinə xeyli pul silən, rahat maaş alan, erməninin tərəfini tutan bu Qrupun yenidən dövrəyə girməsinə imkan vermir. Buna baxmayaraq Azərbaycana dolayısı yolla təzyiqlər son günlər intensiv xarakter alıb. ABŞ-ın Ermənistandakı səfiri xanım Linn Treysi və səlahiyyətləri başa çatmış Fransanın İrəvandakı səfiri Conotan Lokattın Qarabağın statusu ilə bağlı verdikləri bəyanatlar və Minsk Qrupunun vasitəçliyi ilə yenidən danışıqlara başlamaq bəyanatları təsadüfən üst-üstə düşməyib. Bir neçə gün əvvəl Rusiyanı təmsil edən yeni həmsədr İqor Xovayevin Bakı və İrəvan səfərləri və hər iki ölkənin rəsmiləri ilə görüşlər keçirməsi yalnız tanışlıq missiyası sayıla bilməz. Dünən isə Fransalı həmsədr Stefan Viskontinin İrəvana səfərinin başlanmsı kəşfiyyat xarakterli ola bilər. Viskontinin Bakıya gəlib-gəlməyəcəyi barədə məlumat olmasa da, o rəsmi statusuna görə Minsk Qrupunun həmsədridir və gəlişi yalnız Qarabağla əlaqədar ola bilər.
Hələ bu ilin aprelin 13-də Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanat təsdiq etdi ki, həmsədrlər Azərbaycanın müharibədəki qələbəsindən sonra bölgədə yaranmış yeni situasiyanı qəbul etmək niyyətində deyillər və köhnə prinsiplər əsasında münaqişənin həll edilməsini istəyirlər. Bu köhnə Madrid prinsipləridir ki, artıq tarixin arxivinə qovuşub. Qrupun yeni təklifləri yoxdur. İrəvanda da Xarici işlər naziri Ararat Mirzoyanla görüş barədə məlumatdan aydın olur ki, tərəflərin mövqeyi üst-üstə düşür və bu Azərbaycanın maraqlarına uyğun gəlmir. Xəbərdə deyilir ki, tərəfər ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesinin yenidən bərpa olunması zəruri hesab ediblər. Nazir Mirzoyan qeyd edib ki, münaqişənin həllini məlum prinsiplər əsasında görür.
Azərbaycan 10 noyabr bəyanatında göstərilən müddəaların bəzilərinin yerinə yetirilməsini tələb etmək siyasətinə başlamalıdır. Nə vaxt erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsindən çıxar, qaçqınlarımız keçmiş Dağlıq Qarabağa qayıdar və azərbaycan dövlət strukturlarının fəaliyyəti bərpa olar, o zaman Minsk Qrupu ilə nəzakət xətrinə görüş keçirmək olar. İndi isə tək-tək gələn, sonra yenidən nəticəsiz danışıqlara başlayıb zamanı uzatmağa çalışan həmsədrlərə yenidən qapı göstərmək lazımdır. Onların yeni situasiyaya uyğun yeni təklifləri yoxdur.
Azərbaycan ərazi bütövlüyünü tam təmin etmək üçün artıq yeni siyasi addımlar atmalıdır. Əks halda ermənilərin tərəfində dayanan Minsk Qrupu həmsədrləri təzyiqlərini artıracaqdır. Moderator.az
19-08-2021, 13:49
"Əli Kərimli və yandaşları göründükləri qədər kütbeyin deyil" - Qüdrət Həsənquliyev
26-10-2020, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
7-10-2020, 10:31
İlham Əliyevin şərtləri dəyişməzdir
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
24-07-2020, 11:40
Paşinyanın fikirləri həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir - XİN
8-07-2020, 12:16
İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın”
Dün, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Dün, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
Dün, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı