Səhiyyə sistemində RƏSMİ ÖZBAŞINALIQ... - Nə vaxta qdərə ki qanun qəbul edilməyib...
Gündəm / Sosial
Oxunub: 401
11 Eyl 2021 | 11:58
Səhiyyə sistemində RƏSMİ ÖZBAŞINALIQ... - Nə vaxta qdərə ki qanun qəbul edilməyib...

capar.info: - Həkim səhvi üzündən baş verən hadisələr pasiyentlərə bəzən həyatı bahasına başa gəlsə də, belə həkimlər öz fəaliyyətini davam etdirirlər. Bu günlərdə mətbuatda yayılan məlumata görə, daha bir həkim səhvi nəticəsində xəstə ölümlə üz-üzə qalıb. Belə ki, Şirvanda əməliyyat zamanı həkim tamponu xəstənin qarnında unudub. Səkkiz ay bu səbəbdən ağrı-acı çəkən şəxsə sonradan xərçəng diaqnozu da qoyulub. Ruh düşkünlüyünə uğrayan şəxs evə gələrək vəsiyyət edib. 65 yaşlı Alim Səməd oğlu Zülfüqarov səkkiz ay əvvəl əməliyyat olunub. Həkimin onun qarnında unutduğu tamponun uzunluğu isə 92 santimetrdir:

"Bir-iki ay özümü yaxşı hiss elədim. Narahatlığım vardı, dedi, olan şeylərdir. Sonradan dedilər, şiş görünür. Gələrsən, götürərik, sonra kimyaterapiya qəbul edərsən. Gəldim, uşaqlarıma vəsiyyət elədim. Amma ağrılarımın artdığını görən yaxınlarım mənə başqa xəstəxanada müayinə olunmağı məsləhət gördülər. Bundan sonra Bakıya gəldim. Burada əməliyyat olunan zaman qarnımdan səkkiz ay əvvəl unudulmuş tampon çıxdı".
A.Zülfüqarov deyir ki, həkim səhlənkarlığı təkcə onun səhhətinə zərər vurmayıb. Həm də ailəyə maddi ziyan vurub. Həkim səhvinin fəsadlarının aradan qaldırılması ailəyə 10 min manata başa gəlib. Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət olunub. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, Alim Zülfüqarlı Vətən müharibəsində şəhid olan XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.

Həkim məsuliyyətsizliyi səbəbindən xəstələrin başlarına gələn bu hadisələr yenidən "Pasiyent hüquqları haqqında" qanunun qəbulu məsələsini gündəmə gətirib. İllərdir bu qanunun qəbulu nəzərdə tutulsa da, hələ ki, pasiyentlərin hüququnu qoruyan ayrıca qanun qəbul edilməyib.

"Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov da qanunun qəbulunu zəruri hesab edir. Birlik sədri deyir ki, pasiyent hüquqları istehlakçı hüquqlarının bir hissəsi olsa da, ayrıca qanunun qəbuluna ciddi ehtiyac var:

"Azərbaycanda dövlət məmurlarının mütləq əksəriyyəti xaricdə müalicə olunur. Baxmayaraq ki, ölkəmizdəki özəl klinikaların çoxu məmurlarındır. Bizə hər ay özəl xəstəxanalardan şikayətlər daxil olur. 10 ildən çoxdur ki, "Pasiyent hüquqları haqqında" qanunun qəbulu nəzərdə tutulsa da, bu qanunun qəbulu ləngiyir".
AİB sədri deyir ki, Azərbaycanda həkimlər nə maddi, nə də həkim məsuliyyəti daşıyır. Onun sözlərinə görə, həkim peşəsi biznesə çevrilib:

"Həkimlər müvafiq müqaviləyə imza atmırlar. Nəticədə xəstənin hüququnu da qorumaq çətinləşir".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli də pasiyent hüquqlarını qoruyan qanunun qəbulunun vacib olduğunu söyləyir:

"Pasiyent hüquqlarını qoruyan qanunun qəbuluna ehtiyac var. Amma bizdə pasiyentin hüququ “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur. Bundan əlavə tibb müəssisələrində tibbi şuralar var. Həkim səhvi müalicənin keyfiyyəti, müalicə ilə bağlı digər müraciətlər, eləcə də ölüm halları tibbi şuralarda araşdırılır. Əgər həkim səhvi varsa, inzibti tədbir görülür".
Deputat deyir ki, əgər həkim səhvi üzündən xəstənin sağlamlığına zərər dəyirsə, bu zaman pasiyent hüquq mühafizə orqanlarına müraciət edə bilər:

"Bu halda ekspertiza təyin olunur, cinayət tərkibi varsa, həkim məsuliyyətə cəlb olunur. Amma bununla belə hesab edirəm ki, pasiyent hüquqlarını qoruyan ayrıca qanunun daha detallı şəkildə qəbuluna ehtiyac var".
M.Məmmədli "Pasiyent hüquqları haqqında" qanunun nə vaxta qəbul olunacağının səhiyyə komitəsinin iş planının müzakirəsi zamanı müəyyən olunacağını söyləyib.
6-09-2021, 15:50
Şirvan sakininin qarnında 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon aşkar edilib - VİDEO
10-08-2021, 10:54
Bərdədə həkim səhvi bir can aldı... - FOTO
19-08-2021, 12:27
“Səhiyyə naziri olacam” demişdi, 9 il həbs verildi
30-06-2020, 12:49
Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır
8-04-2021, 10:20
Qadınlarla müqayisədə kişilər koronavirusu daha ağır keçirirlər - Həkim
24-11-2018, 15:14
Tam təchizatlı xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında - VİDEO
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı